05 Sentyabr 2024 08:20
585
SİYASƏT
A- A+
Ermənistanın məkri baş tutmayacaq

Ermənistanın məkri baş tutmayacaq

 

Çünki Azərbaycanın şərtlərinə əməl olunmadan sülh sazişi imzalanmayacaq

 

Ermənistanın sülh prosesində səmimi olmadığı yeni məsələ deyil. Baş nazir N.Paşinyan və digər Ermənistan rəsmiləri dəfələrlə bununla bağlı pozitiv məzmunlu açıqlamalar versələr də, reallıq bunun əksini göstərir. Söhbət ondan gedir ki, Ermənistanın hazırkı qanunvericiliyi sülh müqaviləsinin etibarlı olmasına zəmanət vermir.
Xatırladaq ki, Ermənistanın baş naziri avqustun 31-də keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan normallaşma prosesi və bölgədə sülh və təhlükəsizliyin təmin olunması səyləri ilə ziddiyyət təşkil edən açıqlamalar verib. Bütövlükdə isə Paşinyanın söylədiyi bütün fikirlər qeyri-səmimi olmaqla, Ermənistanın sülhdə və münasibətlərin normallaşmasında maraqlı olmadığını göstərir.
Məlumdur ki, Ermənistan konstitusiyasında 1990-cı ildə bu ölkənin Ali Soveti tərəfindən təsdiq olunmuş və "Ermənistanla Dağlıq Qarabağın birləşməsi"nə çağıran "müstəqillik aktı" adlı sənədə istinad edilib. Konstitusiya isə dünyanın hər yerində beynəlxalq sənədlərdən və ya sazişlərdən üstün hüquqi qüvvəsi olan sənəd sayılır. Ona görə də gələcəkdə Ermənistanda konstitusiyaya istinad edilərək sülh sazişindən imtina edilməyəcəyinə heç kim zəmanət verə bilməz.  Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində deyilir: "Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan "heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz" müddəasını qeyd edərək, bu ölkənin konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır".
Ona görə dayanıqlı və möhkəm sülhə nail olmaq üçün Ermənistan öz konstitusiyasına dəyişikliklər etməli, ərazi iddialarından əl çəkməlidir. Bu həm də sülh prosesində Ermənistanın nə dərəcədə səmimi olduğunu göstərən amildir. Xarici İşlər Nazirliyinin şərhində bildirildiyi kimi, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda "Ermənistan və Dağlıq Qarabağın birləşməsi"nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
Ermənistanın sülh prosesində digər bir qeyri-səmimiliyi fəaliyyətini dayandırmış ATƏT-in Minsk qrupunun hüquqi müstəvidə də ləğvi ilə bağlı müraciətdən boyun qaçırmasıdır. Rəsmi İrəvanın keçmiş münaqişənin qalığı olan Minsk qrupu ilə bağlı hazırkı mövqeyi Ermənistanın Azərbaycana qarşı məkrli niyyətini nümayiş etdirir.
Bir neçə gün əvvəl Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən zaman bu məsələyə də toxunaraq bildirib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalı, keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Dövlətimizin başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını bildirib.
Ermənistanda xəstə təfəkkürdən irəli gələrək Azərbaycana və ətraf dövlətlərə qarşı ərazi iddiaları həmişə olub və indi də var. Bu baxımdan Ermənistanın konstitusiyasında dəyişiklik etmədən və Minsk qrupu hüquqi formada ləğv olunmadan sülh sazişini bağlamağa hazır olmasını bildirməsi erməni məkrinin ifadəsidir. 
Lakin Ermənistanın sülh məkri baş tutmayacaq. Çünki Azərbaycanın şərtlərinə əməl olunmadan sülh sazişi imzalanmayacaq.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!