09 May 2025 09:05
395
SİYASƏT
A- A+
Ermənistanda dövlət borcu 7 ildə iki dəfə artıb

Ermənistanda dövlət borcu 7 ildə iki dəfə artıb


Bütün sahələrdə dərin böhran yaşayan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Tərəflər bir-birilərini təhdidə davam edirlər. Artıq ölkənin mütxəlif şəhərlərində etirazlar keçirilir. Siyasi çəkişmələrdən yorulan əhali isə problemlərinin həllini istəyir. Ölkədə əhalinin 60 faizi işsizdir. Bu ilin ilk 4 ayında işsizliyin səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 26 faiz artıb.  

"4rd.am" saytı yazır ki, hazırda Ermənistanda rəsmi qeydiyyata alınan işsizlərin sayı 74 min nəfərdən çoxdur. Milli Statistika Xidmətinin Ermənistanda yoxsulluğun mənzərəsi və iş bazarının problemləri üzrə beş illik araşdırmalarının nəticələrinə görə, ölkədə hər 100 işsizdən 40-ı gəncdir. Ümumi işsizlər arasında 20-29 yaşlı insanlar üstünlük təşkil edirlər. Ermənistanda yeni iş yerlərinin yaradılması da mümkün deyil. Çünki ölkə iqtisadiyyatı iflasa uğrayır. Vəziyyət o həddə çatıb ki, hətta mövsümi iş tapmaq çox çətindir.

2018-ci il inqilabından 7 il sonra, Nikol Paşinyanın hakimiyyəti dövründə Ermənistanın dövlət borcu martın 31-nə 5 trilyon 318 milyard dram təşkil edib. Bu barədə Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan ötən gün keçirdiyi mətbuat konfransında bildirib. Məlum olur ki, dövlət borcu 13,6 milyard dollara yaxın olub. Bu da ötən ilin dekabrın 31-nə 4,4 faiz artım deməkdir. 2024-cü ilin yekunlarına görə, dövlət borcu ilə Ümumi Daxili Məhsul (ÜDM) nisbəti 0,1 faiz bəndi azalıb.

Hovhannisyan əmin edib ki, borcun cəlb edilməsi və həcmi Ermənistanın büdcəsi və ortamüddətli borc strategiyası ilə planlaşdırılır.

Erməni nazir onu da vurğulayıb ki, daxili borcun ümumi borcda xüsusi çəkisi artaraq, 50 faizə çatıb. Hovhannisyan bunu kifayət qədər yaxşı göstərici hesab edib.

"4rd.am" nəşri yazır ki, 2018-ci ilin sonunda Ermənistanın dövlət borcu təxminən 6,9 milyard dollar təşkil edib: "Borc göstəricilərini müsbət hesab edən nazirin ağlına da gəlməzdi ki, 2018-ci ilin dövlət borcu ilə bağlı məlumatları müqayisə etsək, 2018-ci ildən 2025-ci ilin martına qədər dövlət borcunun təxminən 6,7 milyard dollar artdığını, yəni iki dəfəyə yaxın artdığını qeydə alacağıq. Dövlət borcunun ÜDM-ə nisbəti də artıb, lakin orta səviyyədə, təxminən 2,5 faiz bəndi artıb".

Hazırda Ermənistanın xarici kreditlərinin ən böyük hissəsini Dünya Bankının kreditləri təşkil edir. Ötən il borc faizlərinə və əsas borcun ödənilməsinə təxminən 2 milyard dollar xərclənib. Rəsmi məlumatlara görə, 2024-cü ildə borc faizlərinə 314 milyard dram, əsas borclara isə 451 milyard dram ayrılıb. 

İqtisadiyyat naziri Gevorq Papoyanın çirkin manipulyasiyasından sonra dövlət borcu ilə bağlı söhbətlər qızışıb. Nazir ictimaiyyəti aldatmaq qərarına gəlib, xarici borclarla bağlı məlumatları açıqlayıb, dövlət borcunun o qədər də böyük olmadığı təəssüratı yaradıb. Üstəlik, o, sosial şəbəkədə istifadəçinin sualına cavab olaraq bildirib ki, daxili borc bir cibdən pul çıxarıb digərinə qoymaqla eynidir.

Bunlar bir daha Ermənistanda bütün sahələrdə vəziyyətin qeyri-qənaətbəxş olduğunun, ölkə hakimiyyətinin hər keçən gün daha çıxılmaz vəziyyətə düşdüyünün sübutudur. Hadisələrin bu səpkidə inkişafı yaxın gələcəkdə Ermənistanda hakimiyyət böhranının yaşanacağını göstərir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Macarıstan strateji əməkdaşlığının regional perspektivləri TƏHLİL 

09:49
20 May

Keçmiş məcburi köçkün: Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik  

09:48
20 May

Ağdam sakini: Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsın  

09:47
20 May

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb  

09:45
20 May

Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir

09:44
20 May

Putin Tramp ilə danışıqları məzmunlu və faydalı adlandırıb

09:42
20 May

Zelenski: Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq  

09:41
20 May

Bir tərəfdən də aclıq...

09:20
20 May

Elektron siqaretin zərəri daha çoxdur

09:15
20 May

Əbədiyyət yolçusu

09:10
20 May

MƏN TORPAĞAM

09:07
20 May

Neftçalada maarifləndirici tədbir təşkil olunmuşdur

09:05
20 May

Ürəyini sənətə, övladını Vətənə qurban verib

09:00
20 May

Təbiət sınağa çəkir

08:55
20 May

Düzgün idarə olunan iqtisadiyyatın təməli

08:50
20 May

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni dövrü başlayır

08:45
20 May

Qərb Azərbaycanın yaratdığı geosiyasi reallığı qəbul etməyə məcburdur

08:40
20 May

Ermənistanda 600 min nəfər aclıqla üz-üzədir

08:35
20 May

Paşinyanın açıqlaması konstruktivlikdən tamamilə uzaqdır

08:30
20 May

Fransa beynəlxalq qanunları kobud şəkildə pozmaqda davam edir

08:25
20 May

Azərbaycan yeni orta güc kimi: geosiyasi özəlliklər

08:20
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!