20 May 2025 08:35
458
SİYASƏT
A- A+
Ermənistanda 600 min nəfər aclıqla üz-üzədir

Ermənistanda 600 min nəfər aclıqla üz-üzədir


Bu, 3 milyon əhalisi olan kiçik dövlət üçün ciddi siqnaldır


Postmüharibə dövründə yaranan mövcud sosial-iqtisadi durum, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının müxtəlif bəhanələrlə uzadılması Ermənistanda yaşayış səviyyəsinin daha böyük sürətlə pisləşməkdə olduğunu göstərir. Siyasi ekspert Samvel Karepetyan deyib ki, Ermənistan əhalisi yaşamır, sürünür. Aclıq və səfalət içindədir. Bir qrup isə o qədər varlanıb ki, artıq bir-biriləri ilə didişirlər. 

İqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların hakimiyyətdəki ailə ilə oliqarxların əlində cəmləşməsi, vergilərin qarətə çevrilməsi nəticəsində Ermənistanda ağır bir situasiya formalaşıb. Bundan xilas olmaq üçün isə sadə vətəndaşlar xaricə qaçmağa üstünlük verirlər. Aparılan sorğulardan məlum olub ki, əhalinin 87 faizi yaşayış səviyyəsindən narazıdır. Respondentlərin 28 faizi ölkəni tərk etmək istədiyini bildirib.

BMT-nin Ərzaq Proqramının regional nümayəndəsi Nana Skau açıqlama verərək bildirib ki, Ermənistanda əhalinin 23 faizi - təxminən 600 min nəfər - ərzaq təhlükəsizliyi problemi ilə üzləşib. Üç milyonluq əhalisi olan Ermənistan üçün bu göstərici sadəcə sosial yox, həm də siyasi, iqtisadi və milli təhlükəsizlik məsələsi kimi nəzərdən keçirilməlidir.

Paşinyan hakimiyyəti və erməni siyasi dairələri bu reallığı ya görməzdən gəlir, ya da qəsdən susurlar. Ermənistan cəmiyyətində bu problem nə ictimai diskussiyalarda yer alır, nə də Paşinyan hakimiyyətinin gündəmində diqqətə layiq hesab olunur. Halbuki bu 600 min nəfərlik göstərici hər bir dövlət üçün ciddi siqnaldır.

Paşinyan hökumətinin son illərdə reklam etdiyi "statistik iqtisadi artım", əslində, real gəlir artımı deyil. Ermənistanın iqtisadi artımı sosial təbəqələr arasında son dərəcə bərabərsiz şəkildə bölünür. Rəqəmlərdən görünür ki, iqtisadi artımın bəhrələri yalnız Paşinyan komandasına yaxın olan oliqarx qruplar və iri ticarət çevrələri arasında dolaşır, sadə erməni sakin isə gündəlik çörək problemi ilə üz-üzədir.

Bu vəziyyət Ermənistanın sosial strukturu üçün təhlükəli olduğu qədər, milli təhlükəsizliyi üçün də ciddi təhdid yaradır. Ərzaq təhlükəsizliyi olmayan bir ölkədə nə daxili sabitlik, nə sosial dayanıqlılıqdan danışmaq mümkündür. 

Belə bir durumda Ermənistan artıq xarici investorlar üçün əhəmiyyətini itirib. Beynəlxalq reytinq agentlikləri ölkənin xarici və daxili valyutada uzunmüddətli reytinqini aşağı salıb. Ermənistanın qiymətli kağızlarla bağlı reytinqi də bu qayda ilə endirilib. Bu, son vaxtlar ölkədə iqtisadi reytinqin endirilməsi ilə bağlı artıq üçüncü hadisədir. Ermənistanda iqtisadi inkişafın tempinin azalması və tənəzzüllə bağlı Avropa Bankının proqnozlarını da buraya əlavə etsək, aydın olar ki, bu ölkə xarici investorlar üçün tam maraqsızdır.

Proqnozlara görə, bu ilin qalan dövrü üçün xaricdən Ermənistana gələn pul transferləri yarıbayarı azalacaq, ixrac isə 10-15 faiz ixtisar olunacaq. Hazırda Ermənistanın xarici valyuta ehtiyatları son 7 ilin ən aşağı səviyyəsindədir. Ermənistan hökumətinin hansısa xarici dövlət və ya beynəlxalq maliyyə qurumu tərəfindən irihəcmli yardım alacağına heç bir ümidi də yoxdur.

Bütün bunlar Ermənistanda vəziyyətin nə dərəcədə ağır olduğunu aydın şəkildə nümayiş etdirir və bir daha təsdiq edir ki, bu ölkəni qarşıdakı dövr ərzində daha böyük çətinliklər gözləyir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!