20 Dekabr 2024 08:10
111
SİYASƏT
A- A+
Ermənistan Qərbin yedəyində sürünür 

Ermənistan Qərbin yedəyində sürünür 


Müharibə cəhdi ona baha başa gələcək


"Ermənistan rəsmi dairələrinin Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dair fikirləri əksər hallarda üst-üstə düşmür. Baş nazirin fikirlərini bəzən parlament sədri və ya xarici işlər naziri başqa tərzdə şərh edir. Bu, əlbəttə ki, ölkənin rəhbər şəxsləri arasında vahid fikrin olmamasından, ən əsası isə, Ermənistanın müstəqil siyasət yürüdə bilməməsindən qaynaqlanır".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat bildirib ki, Ermənistan müstəqil siyasət yürüdə bilmir, Qərbin yedəyində sürünür, ilk növbədə Fransanın tapşırıqlarını yerinə yetirir. Bu dövlətdə rəhbər vəzifə daşıyanların əksəriyyəti xarici ölkələrin agentləridir. Avropa, Rusiyayönümlü bu şəxslər Ermənistanın taleyi, sülh müqaviləsinin bağlanmasının əhəmiyyəti, xalqın gələcəyi barədə deyil, öz vəzifələri, ağalarına yarınmaq haqqında daha çox düşünürlər. Məhz buna görə də sülh müqaviləsinin bağlanmasına dair məsələlər ortaya qoyulanda, şərh ediləndə Ermənistan havadarlarının mövqeyindən çıxış edir. "Paşinyan sülh müqaviləsinin iki maddəsi istisna olmaqla, qalan maddələr üzrə razılığa gəlindiyi barədə bəyanatlar səsləndirir. Xarici işlər naziri isə bütün maddələr üzrə razılıq əldə edildiyini bildirir. Digər tərəfdən qeyd edilir ki, Ermənistan  konstitusiyasında dəyişiklik edilməsinə ehtiyac yoxdur. Halbuki Azərbaycan Ermənistan  konstitusiyasında dəyişiklik edilməsini - ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasını əsas şərt kimi qarşıya qoyub və yarımçıq sülhə getməyəcəyini dəfələrlə bəyan edib. Ermənistanın rəsmi dairələri isə Azərbaycanın bu çağırışlarını tamamilə başqa istiqamətə yönəldir", - deyə T.Rzayev əlavə edib.

Komitə sədri qeyd edib ki, Ermənistan sülh sazişi imzalamağa hazır olduğunu elan etdiyi halda silahlanmanı genişləndirir, xarici ölkərdən külli sayda silah-sursat alır. Fransanın köməyi və təkidi ilə müharibəyə hazırlaşır. Əgər ortada sülh danışıqları varsa, qarşılıqlı münasibətlərdən, dövlətlərin ərazi bütövlüyünün tanınmasından söhbət gedirsə, silahlanmaya, sərhədə monitorinq qruplarını cəlb etməyə, sərhədçilərin hərəkətini izləməyə nə ehtiyac var? Əlbəttə, Ermənistan bu suallardan qaçır, yalançı sülh danışıqlarını ortaya atmaqla özünə vaxt qazanmaq istəyir. Ancaq bütün bunlar əbəsdir. Prezident İlham Əliyev ötən günlərdə "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoruna müsahibəsində də bildirdi ki Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Ermənistanın silahlanma prosesi sıçrayışla gedir. Bu ölkənin rəsmi dairələri sülh ətrafında ikili oyun oynayırlar. Sürətlə silahlanır, xarici havadarlarına arxalanaraq müharibəyə hazırlaşırlar. Ancaq onlar səhv yoldadırlar, 44 günlük müharibədən, 23 saatlıq antiterror tədbirlərindən hələ də yaxşı nəticə çıxarmayıblar.

Tahir Rzayev bildirib ki, Ermənistanın müharibə cəhdi ona baha başa gələcək. Təcavüzkar dövlət bu barədə bir daha düşünməli, haqq yoluna gəlməlidir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nigeriyada məktəb yarmarkasında yaranan izdihamda 35 uşaq ölüb

15:39
20 Dekabr

Ruanda “ASAN xidmət” təcrübəsini öyrənir

15:38
20 Dekabr

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 41,3 milyon dollar Azərbaycana qaytarılıb

15:37
20 Dekabr

Bəhreyn qəzeti Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

15:36
20 Dekabr

Bakıda Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub

15:35
20 Dekabr

İlk şəffaf ekranlı naqilsiz televizor satışa çıxıb

15:01
20 Dekabr

Məntiqli süni intellekt təqdim edilib

14:55
20 Dekabr

2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana daha əlverişli şərait yaradacaq

14:34
20 Dekabr

Braziliya məktəblərində mobil telefondan istifadə qadağan edilib

14:15
20 Dekabr

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda mühüm yeniliklər tətbiq edilir  

14:13
20 Dekabr

Baş Prokurorluğa yeni səlahiyyət verilir

14:12
20 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq - Proqnoz

13:41
20 Dekabr

Gürcüstanda etiraz aksiyaları zamanı 171 polis əməkdaşı xəsarət alıb

13:40
20 Dekabr

Yunanıstan Türkiyəyə 1000-dən çox qədim sikkə qaytarıb

13:37
20 Dekabr

İlin əvvəlindən Darien Gap bölgəsində 55 nəfər həlak olub

13:24
20 Dekabr

Aİ Suriyadakı siyasi dəyişikliklərə yanaşmasını formalaşdırıb

13:24
20 Dekabr

Ankara ABŞ-nin “Qazprombank”a qarşı sanksiyalarından zərər çəkməyəcək

13:23
20 Dekabr

WSJ: Cozef Baydenin müşavirləri dörd il ərzində ona “nəzarət ediblər”

13:09
20 Dekabr

Səfir: Çin və Azərbaycan arasında ikitərəfli ticarətin həcmi 3,1 milyard ABŞ dollarına çatıb

12:47
20 Dekabr

Müdafiə naziri Türkiyə nümayəndə heyəti ilə görüşüb

12:25
20 Dekabr

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılacaq  

11:58
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!