20 Dekabr 2024 15:35
130
CƏMİYYƏT
A- A+
Bakıda Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub

Bakıda Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub

Dekabrın 20-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq humanitar hüququn tətbiqi üzrə fəaliyyətlər: müsbət təcrübələr və problemlər” mövzusunda seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Baş Prokurorluğun nümayəndələri, beynəlxalq ekspertlər, Bakı Dövlət Universitetinin müəllimləri və Ombudsman Aparatının əməkdaşları iştirak ediblər.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Ombudsman təsisatı arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Bildirib ki, bugünkü tədbir Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunub. Azərbaycan da Konvensiyanın üzvüdür.

O qeyd edib ki, Cenevrə Konvensiyasına üzv olan dövlətlərin heç də hamısı onun tələblərinə əməl etmir.

A.Səfixanlının sözlərinə görə, ölkəmizin üzləşdiyi mina probleminin həll edilməsi, itkin düşmüş şəxslərin taleyi, onların ailələrinə qaytarılması da beynəlxalq humanitar hüququn prinsiplərindəndir.

Ombudsman Aparatının rəhbəri deyib ki, Azərbaycan 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinin qurbanı olsa da, hər zaman beynəlxalq humanitar hüququn prinsiplərinə əməl edib. O, soydaşlarımızın uzun illər ərzində pozulmuş hüququn təmin edilməsinin zəruri olduğunu vurğulayıb.

BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç silahlı münaqişələrdə beynəlxalq humanitar hüququn üzləşdiyi problemlərin həllinin və onunla humanitar hüququn həyata keçirilməsi ilə bağlı məlumatlılığın artırılmasının vacib olduğunu diqqətə çatdırıb.

O bildirib ki, silahlı münaqişələrdə humanitar hüququn üzləşdiyi çağırışlar getdikcə artır. Dövlətlərin də bu işdə ciddi səy göstərməsi üçün siyasi iradə tələb olunur.

Draqana Kojiç, həmçinin qeyd edib: “Beynəlxalq Qızıl Xaç Komitəsinin mandatı çərçivəsində Ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələri mövcuddur. Ümid edirəm ki, beynəlxalq hüququn implementasiyası sahəsində əməkdaşlıq davam etdiriləcək”.

Tədbirdə təqdimatlarla çıxış edən məruzəçilər aidiyyəti sahələri üzrə həyata keçirilən fəaliyyət və beynəlxalq təcrübə barədə məlumat verib, iştirakçılarla fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovdan

17:16
20 Dekabr

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

17:15
20 Dekabr

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustindən

17:12
20 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

17:00
20 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

16:59
20 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

16:58
20 Dekabr

Ruanda ilə iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

16:57
20 Dekabr

Ali Məhkəmə Plenumunun iclası keçirilib

16:56
20 Dekabr

Üzərində Musa peyğəmbərin göstərişləri olan lövhə satılıb

16:55
20 Dekabr

Nigeriyada məktəb yarmarkasında yaranan izdihamda 35 uşaq ölüb

15:39
20 Dekabr

Ruanda “ASAN xidmət” təcrübəsini öyrənir

15:38
20 Dekabr

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 41,3 milyon dollar Azərbaycana qaytarılıb

15:37
20 Dekabr

Bəhreyn qəzeti Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

15:36
20 Dekabr

Bakıda Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub

15:35
20 Dekabr

İlk şəffaf ekranlı naqilsiz televizor satışa çıxıb

15:01
20 Dekabr

Məntiqli süni intellekt təqdim edilib

14:55
20 Dekabr

2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana daha əlverişli şərait yaradacaq

14:34
20 Dekabr

Braziliya məktəblərində mobil telefondan istifadə qadağan edilib

14:15
20 Dekabr

“Kitabxana işi haqqında” və “Muzeylər haqqında” qanunlarda mühüm yeniliklər tətbiq edilir  

14:13
20 Dekabr

Baş Prokurorluğa yeni səlahiyyət verilir

14:12
20 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq - Proqnoz

13:41
20 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!