13 Avqust 2023 09:15
458
SİYASƏT
A- A+
Ermənistan özü qurduğu tələyə düşüb

Ermənistan özü qurduğu tələyə düşüb

 

Qarabağda "humanitar böhran" yaratmaq istəyi fiaskoya uğrayıb

 

Ermənilərin qurduqları bütün planlar öz əleyhlərinə işləyir. Azərbaycana məlumat vermədən və razılıq əldə olunmadan ölkəmizin sərhədlərinə göndərilmiş avtomobil konvoyu günlərdir ki, sərhəddə dayanıb. Azərbaycanın mövqeyi isə dəyişməz olaraq  qalır. Ölkəmiz böyükhəcmli daşımalar üçün onlara konkret yol göstərib: separatçıların beton bloklarla öz əlləri ilə bağladıqları Ağdam-Xankəndi yolunu! İstəsələr "humanıtar yardım"ı bu yolla Xankəndiyə çatdıra bilərlər. Özü də ermənilərin daha çox istinad etdikləri beynəlxalq hüquq normalarına uyğun olaraq. Əlbəttə ki, yüklərin daşınması gömrük normalarının şərtləri ilə qanunauyğun formada ciddi  yoxlandıqdan sonra ünvanına çatdırıla bilər.
N.Paşinyan hökuməti elə zənn edirdi ki, avtomobil konvoyunu sərhədimizə göndərib yalan məlumatlarla, arxalarında duran bəzi dövlətlərin vasitəçiliyi ilə Azərbaycana təzyiq edib, beynəlxalq aləmdə erməniləri blokadada saxlayan "zalım  azərbaycanlı" obrazı yaradıb öz istəklərinə nail ola biləcəklər. Hər şey əksinə oldu. Azərbaycanın göstərdiyi qətiyyət, prinsipiallıq Paşinyan hakimiyyətini çətin duruma saldı. Artıq Hayastanda da, Qarabağda da anlayırlar ki, Azərbaycanla zorla, güclə, təzyiq yolu ilə danışmaq mümkün deyil.  
Bu faktdır ki, Ermənistan daxili xaosa doğru sürüklənir. Terrorçu ölkədə hakimiyyət böhranı baş verməkdədir. Revanşistlər Paşinyan hakimiyyətinin buraxdığı səhvlərdən istifadə edib təşəbbüsü ələ alaraq daha fəal mübarizəyə  keçməyə çalışırlar. Görünən budur ki, haylar "humanitar böhran" avantürasına gedəndə Azərbaycanın tutacağı mövqeyi hesablamaqda yenə naşılıq ediblər. Laçın yoluna dəhliz "statusu" almaq  istəyən N.Paşinyan qaş düzəltdiyi  yerdə vurub göz çıxarıb.  Belə olan halda Nikol Paşinyanın düşdüyü durumu təsəvvür etmək o qədər də çətin deyil. Başqa çıxış yolu qalmayan Nikol Paşinyan "humanitar yardım" dolu avtomobil konvoyunu "fırladıb" yenidən Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolu ilə aparacaq. Bu da Ermənistan hökumətinin və onlara dəm tutanların gücsüzlüyünün bir daha nümayişi olacaqdır. 
Bu geridönmə əməliyyatı onsuz da ağır durumda olan Paşinyan hakimiyyətinə ciddi siyasi hücum vəd edir. Təbii ki, bunu Paşinyan hökuməti də anlayır. Amma N.Paşinyanın başqa çıxış yolu yoxdur. Erməninin adama işi düşəndə "dayı" deməsi artıq dünyaya bəllidir. Ermənistan mətbuatının yazdığına görə, Nikol özünü və ona himayədarlıq edən dostlarını düşdüyü vəziyyətdən çıxarmaq üçün Azərbaycan hakimiyyətinə müraciət edərək yüklərin Laçın yolu ilə keçməsinə razılıq verilməsini xahiş edib. Eyni zamanda yük barədə məlumatların da ən xırda detalına qədər Bakıya çatdırıldığı qeyd edilir. Amma buna baxmayaraq, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: 
"Humanitar yardım" konvoyu  Bakının dediyi kimi, Laçın yolu ilə deyil, ciddi yoxlama və nəzarət şərti ilə Ağdam-Xankəndi marşrutu ilə daşınmalıdır. Artıq çənbər daralıb. Ermənistanın "humanitar böhran" şousu öz başına bəla olub. İndi bunu təkcə Ermənistanda deyil, Qarabağda separatçı rejimin rəhbərləri də anlayırlar ki, rəsmi İrəvan bundan sonra Azərbaycanın geopolitik iradəsi qarşısında acizdir. Rəsmi Bakı şərtləri müəyyən edir, Ermənistan isə onların icrasına məhkum durumdadır. Bu səbəbdən də Ermənistanın və Xankəndinin Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çarələri qalmayıb. Əgər erməni azlığı Qarabağda qalıb yaşamaq istəyirsə, Azərbaycanın   reinteqrasiya haqqında təklifini qəbul etməlidir. 
Ermənistanın hiyləsinin işləmədiyini, onları himayə edən dövlətlərin, beynəlxalq təşkilatların hüquqazidd təkliflərinin, təzyiqlərinin keçərsiz olduğunu hiss edən Qarabağda yaşayan erməni icmasının Azərbaycanın reinteqrasiya haqqında təklifinə münasibəti loyallaşmaqdadır. Artıq separatçıların başçılarından bəziləri Azərbaycanın yaratdığı  reallıqları dərk edib qiymətləndirməyə təşəbbüs də edirlər. Qondarma rejimin sabiq "müdafiə naziri", "artsax hərəkatı"nın fəallarından olan Samvel Babayan bu günlər BBC-yə verdiyi müsahibədə Azərbaycanla gələcək münasibətlərdən danışarkən deyib: "Əgər Əsgəran və Ağdam sərhədində böyük bir bazar yaradılsa, mallar müvafiq laborator yoxlamalardan keçdikdən sonra  Azərbaycan şirkətləri ilə əlaqə qurar və topdansatışla məşğul olanlar gedib o bazardan mal götürüb mağazalara verərlər, mağazalar işləyər. İlk mərhələdə mən təxminən belə görürəm". 
Hadisələrin gedişi deməyə əsas verir ki, yaxın gələcəkdə biz yeni bir tarixi hadisəyə şahidlik edəcəyik. Reallıqları dərk edən ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri gün yaxınlaşmaqdadır. Əgər bu gün  Samvel Babayan gələcək münasibətləri "təhlil" edib forma axtarırsa, Azərbaycan Prezidenti onlara düzgün yolu çoxdan göstərib. Artıq  başqa yol yoxdur.

Elşən QƏNİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!