17 İyun 2022 01:39
993
SİYASƏT
A- A+
Ermənistan iqtisadiyyatı can verir

Ermənistan iqtisadiyyatı can verir

 

Xarici investorlarla yanaşı, yerli iş adamları da bu ölkədən qaçırlar

 

Ermənistanda investisiya mühitinin bərbad durumda olması xarici ölkələrdən  yatırılan sərmayələrin həcmini sürətlə azaldır. Hətta erməni iş adamları belə öz ölkələrinə sərmayə yatırmaqdan boyun qaçırmağa başlayıblar.

Ermənistan rəsmilərinin korrupsiyaya qurşanmaları, ölkə iqtisadiyyatında yaranmış böhranlı vəziyyət, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması, işsizliyin tüğyan etməsi iş adamlarını da bu ölkədən qaçırır.

Digər tərəfdən,  ailəsini dolandırmaq xatirinə ölkəni tərk edənlərin sayının artması, iş adamlarına açıq-aşkar təzyiqlər göstərilməsi və onlardan haqq tələb olunması, istər xarici, istərsə də yerli investorların Ermənistana sərmayə yatırmaqdan boyun qaçırmaları investisiya qoyuluşunun kəskin şəkildə azalmasına təsir edən başlıca amillər sırasında yer alıb. Xarici investorlar iqtisadi inkişafı sual altında olan və məmurların öz səlahiyyətlərini aşaraq özbaşınalıq etdikləri bir ölkənin iqtisadiyyatına sərmayə yatırılmasının nə dərəcədə böyük risk olduğunu yaxşı bilirlər. Xarici və yerli sərmayədarların inamsızlığı nəticəsində investisiya qoyuluşunun kəskin azalması isə iqtisadiyyatı getdikcə tənəzzülə uğramaqda olan Ermənistanı daha ağır vəziyyətə salıb.

Ermənistan Mərkəzi Bankı illərdir bəyan edir ki, ölkə "üzən məzənnə" siyasəti aparır. Hazırda isə İrəvanda dolların və avronun məzənnəsi kifayət qədər sürətlə aşağı düşür, əvəzində rublun qiyməti yüksəlir ki, bu da təbii olaraq Ermənistan vətəndaşlarında ölkənin maliyyə bazarında baş verənlərlə bağlı suallar yaradır. Ermənistan geniş geosiyasi və geoiqtisadi dəyişikliklərin təsirini hiss edir ki, bu da bir neçə amildə özünü göstərir və bununla da məzənnə bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olur.

Rusiya-Ukrayna münaqişəsi fonunda Ermənistanın Rusiya qazının pulunu rublla ödəməyə başladığı barədə məlumatlar var idi. Bu isə o deməkdir ki, Ermənistanda dollara tələbat ən azı "ArmRosQazprom"un "Qazprom"a ödəməyə getdiyi qədər azalıb. Nəticədə valyutaya tələb ayda on milyonlarla dollar azalıb və bu da onun ucuzlaşmasına səbəb olan amildir.

İrəvan hazırda heç nə istehsal etmədən xarici maliyyə qaynaqlarından əldə olunan kreditlər hesabına ayaqda qalmağa çalışır. Ölkənin dövlət borcu 10 milyard dollara yaxınlaşıb. Bu ilin yanvarından indiyə qədər 2 milyard dollardan çox kredit götürüldüyü bildirilir. Əlbəttə ki, iqtisadiyyatı çökməkdə olan Ermənistanın belə ağır borc yükünün altından qalxa biləcəyi ciddi şübhələr doğurur.

Bütün bunların fonunda Ermənistanda gözlənilən defolt isə ölkənin xarici borc öhdəlikləri sahəsində ciddi çətinliklərin meydana çıxmasına rəvac verəcək. Defolt o deməkdir ki, dövlət borc öhdəliklərini vaxtında yerinə yetirə bilmir. Ermənistan isə onsuz da borc öhdəliklərini çətinliklə yerinə yetirir. Əslində, borc öhdəlikləri növbəti dəfə alınan başqa borclar hesabına yerinə yetirildiyindən ölkənin xaricdən olan iqtisadi asılılığı sürətlə artır. Məsələ bundadır ki, Ermənistanın iqtisadi vəziyyəti uzun illərdir ağırdır və müharibədəki məğlubiyyətdən sonra düzəlməsi də sual altındadır. Digər əsas səbəb də odur ki, Ermənistanda dövlət adına heç nə qalmayıb, sanballı dövlət müəssisələrinin əksəriyyəti xarici şirkətlərə satılıb. Amma hazırda onlar da işlək vəziyyətdə deyil.

Deyilənlərə görə, baş nazir Paşinyanın komandası da sələfləri kimi, sadəcə oğurlamağı və mənimsəməyi daha yaxşı bacaran cinayətkar ünsürlərdən ibarətdir. Bu fonda xaricdən alınan borcların da əksər hissəsi mənimsəmənin qurbanı olur.

Beləliklə, gedən proseslər Ermənistanın sürətlə məhvinə doğru yaxınlaşdığını bir daha təsdiqləyir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!