Ermənistan beynəlxalq hüququn prinsiplərini pozduğunu bildiyi halda xislətindən əl çəkmir
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan qonşu ölkələrlə, o cümlədən Ermənistanla münasibətlərinin beynəlxalq hüququn prinsipləri əsasında qurulmasının və tənzimlənməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Lakin eyni zamanda Ermənistanın təcavüzünü və 30 ilə yaxın müddətdə davam edən işğalçılıq siyasətinin beynəlxalq hüququn əsas prinsipləri baxımından qiymətləndirilməsinin zəruriliyini vurğulamağı da unutmur.
Beynəlxalq hüququn əsas prinsipləri BMT-nin Nizamnaməsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə 1975-ci il Konfransının Yekun Aktında və digər mənbələrdə öz əksini tapıb. Azərbaycanın dövlət olaraq öz münasibətlərini beynəlxalq hüquq normaları əsasında qurması isə ölkə Konstitusiyasında göstərilib. Belə ki, Konstitusiyanın 10-cu maddəsi beynəlxalq münasibətlərin prinsipləri adlanır. Həmin maddədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Müqayisə etsək görərik ki, Ermənistanın konstitusiyasında da eyni məzmunlu 13-cü maddə var. Buna baxmayaraq, Azərbaycan Ermənistanın təcavüzü məsələsinə beynəlxalq hüququn prinsipləri çərçivəsində baxılmasını tələb etdiyi halda, Ermənistan tərəfi "xalqların öz müqəddəratını təyinetmə" prinsipinə istinad edərək təcavüzkar müharibənin səbəblərini və nəticələrini öz üzərindən atmağa çalışır.
Təcavüzkarlığın nə olduğunu bilmək üçün 1907-ci il Haaqa Konvensiyalarına nəzər salmaq kifayətdir. Konvensiyanın 42-ci maddəsində təcavüzün anlayışı verilib. Həmin anlayışa əsasən, (red. bir dövlətə məxsus) ərazinin faktiki olaraq düşmən ölkənin ordusunun nəzarəti altında olması işğal sayılır. Amma bu da hələ hamısı deyil, ölkəmizə qarşı təcavüzün məhz Ermənistan tərəfindən edilməsinin digər sübutları da var. Məsələn, Azərbaycan ərazisinə silahlı qüvvələrin Ermənistan ərazisindən daxil olması və Ermənistandan əmr, göstəriş, təlimat alması, əlavə köməkçi dəstələrin Ermənistan ərazisindən gəlməsi, Azərbaycan ərazisində vuruşan hərbçilərin Ermənistan vətəndaşı olması, müharibədə yaralanan Ermənistan vətəndaşlarının müalicə üçün Ermənistana qaytarılması, azərbaycanlı əsirlərin Ermənistana aparılması və s.
Cenevrədə yerləşən Qırmızı Xaç Beynəlxalq Təşkilatının Hüquq şöbəsinin hüquq məsləhətçisi Tristan Ferraro özünün "Beynəlxalq humanitar hüquqda işğalın başlanmasının və bitməsinin anlayışı" adlı məqaləsində işğal və təcavüz məsələsinə aydınlıq gətirmişdir. Bu məqaləyə istinad edərək deyə bilərik ki, Azərbaycan tərəfi sözügedən müharibədə beynəlxalq hüququn daha çox prinsipinə istinad edə bilir. Belə ki, Azərbaycan rəsmiləri sözügedən müharibənin beynəlxalq hüququn dövlət sərhədlərinin toxunulmazlığı və dövlətlərin ərazi bütövlüyü prinsipləri çərçivəsində həll edilməsini istəyir.
Ermənistan tərəfi isə elan edilmədən müharibəni başlamaqla beynəlxalq hüququn bir çox prinsiplərini pozub. Misal olaraq "güc tətbiq etməmək və güc tətbiq etməklə hədələməmək" prinsipini göstərmək olar. Ermənistanın kobud surətdə pozduğu digər prinsip "beynəlxalq mübahisələrin sülh yolu ilə həlli" prinsipidir. Bu prinsipi xüsusi vurğulamaq lazımdır. Çünki həmin prinsip həm də Azərbaycanın Konstitusiyasında qeyd edilib. Konstitusiyamızın 9-cu maddəsi Silahlı Qüvvələr adlanır. Bu maddənin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Bu da öz növbəsində ən Ali Qanunda dövlətimizin və onu qəbul etmiş cəmiyyətin tutduğu mövqeyi göstərir.
Ermənistanın Konstitusiyasının 14-cü maddəsi silahli qüvvələr və müdafiə adlanır. Müqayisə üçün bildirək ki, Ermənistanın konstitusiyasının həmin maddəsində bu dövlətin beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd etməsi təsbit edilməyib.
Bu yerdə vurğulamaq yerinə düşər ki, Azərbaycan ərazisində yaşayan ermənilərin silahlanmasının və separatçılıq meyillərinin baş qaldırmasının səbəblərindən biri də Ermənistan tərəfindən beynəlxalq hüququn "dövlətlərin daxili işlərinə aid olan məsələlərə qarışmamaq" prinsipini pozmasıdır. Ermənilərin separatçılıq çağırışları və hərəkətləri başlayarkən onlar guya azərbaycanlılarla birgə yaşamağın mümkün olmadığını vurğulayırdılar. Halbuki erməni milliyyətinin nümayəndələri Azərbaycan SSR-in iqtisadi, sosial və digər sahələrində təmsil olunurdular.
"Dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi öhdəliyi" prinsipi də Ermənistan tərəfindən pozulur. Belə ki, son dövrdə Azərbaycan və Ermənistan arasında sərhədlərin dəqiqləşdirilməsi və çəkilməsi məsələsi aktual olduğu halda, bu prinsipin pozulması prosedurun gedişində ləngimələr və yayınmalarla müşahidə olunur.
Ermənistan tərəfinin həvəslə qabartdığı "xalqların öz müqəddəratını təyinetmə" prinsipinə gəldikdə deməliyik ki, erməni xalqı artıq bu prinsipdən bir dəfə istifadə edib və Ermənistan Respublikası adlı dövlətini yaradıb. Beynəlxalq hüquqa görə, öz müqəddəratını təyinetmə prinsipindən, adətən, hər xalq bir dəfə istifadə edir. Əgər dünyadakı xalqlar müxtəlif vaxtlarda və ərazilərdə bu prinsipdən təkrar-təkrar istifadə edərək özünə dövlətlər yaratsalar, bu hal dünyada qarşısı alınmaz xaosa və zəncirvarı olaraq beynəlxalq hüququn bütün digər prinsiplərinin pozulmasına səbəb ola bilər. Deməli, 1980-ci illərin sonlarından başlayaraq Ermənistan SSR, daha sonra isə Ermənistan Respublikası beynəlxalq hüququn əsas prinsiplərini pozmuş, "xalqların öz müqəddəratını təyinetmə" prinsipinə istinad edərək təcavüzkar, separatçı siyasətini pərdələməyə çalışmışdır.
Vüsalə MURADXANLI,
hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ərdoğan - Putin görüşü ilə bağlı AÇIQLAMA gəldi
03 Iyul
Kanada İran rəsmilərini ölkədən qovur - Araşdırma başladı
03 Iyul
Putin Qazaxıstana getdi
03 Iyul
Dnepr şəhərinə hava hücumu olub, ölənlər və xəsarət alanlar var
03 Iyul
Sabah Bakıda və Abşeron yarımadasında temperaturun 30-35° olacağı gözlənilir
03 Iyul
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib...
03 Iyul
Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə 80 milyard kubmetrədək təbii qaz ötürülüb
03 Iyul
Almaniya 40 minə yaxın polşalıya təzminat ödəyəcək
03 Iyul
M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürüşmə qeydə alınıb
03 Iyul
İqlim dəyişikliyinin ölkələrin elektrik təchizatına mənfi təsiri artır
03 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu q...27 Iyun 2024
![](/uploads/img/posts/2024/06/27/1719473706217621927_1200x630jpg-1719477132.jpg)
Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi tə...26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/17193913105429036540_1200x630jpg-1719393315.jpg)
Azərbaycan beynəlxalq əməkdaşlıq platformasına çevrilir25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/manwetttjpg-1719265024.jpg)
İlham Əliyevin əməkdaşlıq modeli qlobal platformaya çevrilir21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/1647332818_ef00f73450eae074135fcd9c4cacf6d8 Копированиеjpg-1718925466.jpg)
Qurtuluş missiyası15 Iyun 2024
![](/uploads/img/posts/2024/06/15/saytjpg-1718404077.jpg)
ÇOX OXUNANLAR
Prezident növbədənkənar parlament seçkilərini təyin etdi29 Iyun 2024
![](/uploads/img/posts/2024/06/29/1583835201167192134jpg-1719605770.jpg)
Sülh uğrunda müharibə26 Iyun 2024
![](/uploads/img/posts/2024/06/26/1656311658_e346c3b9742c001ff2f42ef9aa7170cajpg-1719357575.jpg)
Davamlı inkişaf, səmərəli islahat, real nəticə25 Iyun 2024
![](/uploads/img/posts/2024/06/25/4jpg-1719265162.jpg)
Böyük tarixdən başlanan Zəfər yolu23 Iyun 2024
![](/uploads/img/posts/2024/06/23/babaaajpg-1719094277.jpg)
“Euronews” televiziyasında Prezident İlham Əliyevin müsahibəsi yayımlanıb22 Iyun 2024
![](/uploads/img/posts/2024/06/22/17190365625934912960_1200x630jpg-1719036839.jpg)
Adın nədir - Daşdəmir...21 Iyun 2024
![](/uploads/img/posts/2024/06/21/susajpg-1718926127.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!