25 May 2022 00:44
548
SİYASƏT
A- A+
Ermənilər Zəngəzur dəhlizini xilas yolu olaraq görürlər

Ermənilər Zəngəzur dəhlizini xilas yolu olaraq görürlər

 

Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı tərəflərin razılığa gəldiyini bildirməsi Ermənistanda ciddi müzakirə mövzusuna çevrilib. Bununla yanaşı, iqtidarla müxalifət bir-birini yenidən ittiham etməyə başlayıb. Müxalifət iddia edir ki, iqtidar Zəngəzuru hissə-hissə Azərbaycana təhvil verəcək. Rəsmi İrəvan isə anlamağa başlayıb ki, Zəngəzur dəhlizi onun iqtisadi inkişafına yol aça bilər.

Keçmiş hərbi xuntanın etirazlarına baxmayaraq, Brüsseldəki sonuncu görüşdə əldə olunan razılıqlar Ermənistan xalqı tərəfindən müsbət qarşılanıb. Erməni mediasının, siyasi ekspertlərin şərhləri və mövqelərindən  görünür ki, onlar ölkələrinin xilas formulunu Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsinin imzalanmasında görürlər.

"4rd.am" saytı yazır ki, Brüssel görüşündə aparılan danışıqlar fonunda bir daha nümayiş olundu ki, kommunikasiyaların bərpası  Ermənistan üçün böyük şansdır: "Daha dəqiq desək, bu səfər İlham Əliyevin yeni qələbəsi, erməni xalqının dirçəliş günüdür. Zəngəzur dəhlizinin açılması Ermənistana qarşıdakı illərdə böyük iqtisadi dividendlər qazandıracaq. Son 10 ilə nəzər yetirdikdə Azərbaycanın mövqelərinin daha güclü hala gəldiyi halda Ermənistanda əks vəziyyətin yarandığı müşahidə olunur. Aydındır ki, bu, Sarkisyan-Koçaryan koalisiyasının xarici siyasətinin iflasıdır. Hər halda Brüsseldəki razılaşmalar Ermənistanın xilası olacaq".

Erməni siyasi ekspert Vazgen Vahenyan qeyd edir ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın sanki dünyaya yenidən gəlməsi olacaq. Onun fikrincə,  sülh müqaviləsi imzalanmasa, Ermənistanın regional proseslərdən izolyasiya edilməsi daha kəskin xarakter alacaq. Vahenyan diqqəti buna yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir: "Ermənistan qlobal kommunikasiya layihələrindən kənarda qalmaqla son 30 ildə özünə qəsd edib. Ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda bu şansı itirmişdi. Zəngəzur dəhlizinin açılmasından sonra Ermənistan da qazanan tərəf olacaq".

"İnstaqram" sosial şəbəkəsində çoxlu sayda izləyicisi olan səhifələr "Brüsseldə növbəti görüş" xəbərini paylaşaraq "Zəngəzur dəhlizinin açılması Ermənistan üçün nələr vəd edir" sualını oxucularına ünvanlayıblar. Bir çox izləyici bu paylaşmanın altında rəylər yazaraq müstəqil şəkildə fikirlərini ifadə ediblər. Onların sırasında müəllim, həkim, iqtisadçı, mühəndis, biznesmen, idmançı, incəsənət xadimi və digərlərinə rast gəlmək mümkündür. İxtisasca iqtisadçı olan Armen Baxşiyan adlı biri yazır: "Acı həqiqət olsa da, demək lazımdır. Azərbaycan iqtisadi cəhətdən Ermənistandan çox öndədir. İnvestorlar Ermənistandan qaçdığı halda Azərbaycana pul qoymaq üçün axın edirlər. Bu, Azərbaycanı daha da gücləndirir və belə vəziyyət Zəngəzur dəhlizinin açılması ilə Ermənistan iqtisadiyyatına mütləq şəkildə öz müsbət təsirini göstərəcək".

Bununla yanaşı, İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin etiraz aksiyaları davam edir. Etirazlara əsas kimi hakimiyyətin yürütdüyü uğursuz xarici və daxili siyasət göstərilir. Qeyd edilir ki, baş nazirin xarici siyasəti ölkəni uçuruma sürükləyir, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyur. Onlar aksiyalarında təxribatçı çağırışlar da səsləndirərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə də dəstəklərini ifadə edirlər.

Dünən təşkil edilən etiraz aksiyalarında polisin müdaxiləsi nəticəsində 80-dək insan yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Hazırda baş verənlərdən belə məlum olur ki, yaxın tezlikdə Ermənistanda vəziyyət daha acınacaqlı xarakter alacaq. Müxalifət dünən səhər saatlarından başlayaraq Xarici İşlər Nazirliyinin binasını blokadaya alıb. İşçiləri binaya buraxmayan müxalifətçilərlə polis əməkdaşları arasında qarşıdurma yaranıb.  Hadisə yerinə çoxlu sayda "qırmızı beretlilər" cəlb edilib. Onlar etirazçıları nazirliyin binasından uzaqlaşdırmağa cəhd etsələr də, müxalifətçilər polisin əmrlərinə tabe olmaq istəməyiblər.

İrəvandakı qarşıdurmalar fonunda müxalifət siyasi təzyiqlərə məruz qaldığını bəyan edib.  Bildirilir ki, vətəndaş itaətsizliyi aksiyalarının təşkilatçıları sosial şəbəkələrdə paylaşım edərək tərəfdaşlarının nəzarətə götüruldüyünü, müxalifətçilərin mənzillərində axtarışların aparıldığını bəyan ediblər. Xüsusilə də parlamentin vitse-spikeri İşxan Saqatelyanın yaydığı məlumat diqqət çəkib. O, sosial şəbəkələrdə yazıb ki, polis hazırda Tavuş, Kotayk və Qeqarkunik vilayətlərində "Daşnaksütyun" partiyasının üzvlərinin evlərində axtarış aparır. Onun sözlərinə görə, bu əmri verənlər və onu icra edənlər məsuliyyətə cəlb olunmalıdırlar.

Bölgələrdə aparılan axtarışlar barədə digər müxalifət qüvvələrinin, xüsusən də Ermənistanın Respublika Partiyasının və Vətən Partiyasının nümayəndələri də məlumat yayıblar. Bütün hallarda proseslərin gedişi Ermənistanı qarşıdakı dövrdə daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!