09 Yanvar 2022 00:44
1099
SİYASƏT
A- A+
Erməni iqtisadçılar həyəcan təbili çalırlar: “2022-ci il aclıq, səfalət ili olacaq”

Erməni iqtisadçılar həyəcan təbili çalırlar: “2022-ci il aclıq, səfalət ili olacaq”

 

Ermənistanın iqtisadiyyatında və sosial həyatında yaranan ağır vəziyyət  davam edir. Erməni ekspertlər etiraf edirlər ki, bu gedişlə ölkə daha böyük fəlakətlərlə üzləşməli olacaq.

Yaşanan iqtisadi böhran şəraitində gündəlik istehlak, xüsusən də ərzaq məhsullarının qiymətində artım mövcud durumu daha da pisləşdirir. Keçmiş maliyyə naziri Vardan Aramyan deyib ki, ölkə iqtisadiyyatının xilasına ümid var, lakin bunun üçün hökumət populist addımlardan əl çəkməli, kəmərləri sıxmalıdır.

Dövlət maliyyəsinin idarə edilməsi üzrə beynəlxalq müşavir V.Aramyan 2021-ci ilin iqtisadi göstəricilərini və 2022-ci il üçün proqnozlarını təhlil edərkən bildirib ki, cari ildə Ermənistan həm sosial, həm də siyasi baxımdan ciddi problemlərlə üzləşəcək: “2020-ci böhran ilindən sonra gələn 2021-ci ilin hamı, hətta inkişaf etmiş ölkələr üçün çətin olduğunu kimsə inkar etmir. Lakin iqtisadi tənəzzül Ermənistanda həm Aİ ölkələri, həm də region ölkələri arasında ən dərindir.

Təəssüf ki, 2022-ci ildə makroiqtisadi canlanma natamam olacaq. 2020-ci ildəki 7,4 faiz iqtisadi geriləmədən sonra Ermənistanda iqtisadi artım xeyli aşağıdır. Ən azı 7 faizə yaxınlaşa biləcəyimizlə bağlı proqnozlar fantaziya janrındandır”.

V.Aramyan deyir ki, Ermənistan hökuməti xalqın rəğbətini qazanmaq üçün populist addımlar ataraq ölkənin iqtisadi vəziyyətini daha da ağırlaşdırır: “Söhbət 2022-ci il yanvarın 1-dən artan pensiya və müavinətlərdən gedir. Mən burada ciddi risklər görürəm. Bu öhdəliyi götürəndə ixtisar, demək olar ki, mümkün deyil. Siz sadəcə olaraq babalarınıza, nənələrinizə deyə bilməzsiniz ki, mən yanılmışam, iqtisadi vəziyyətin pensiyalarınızı artırmağa imkan vermədiyini qabaqcadan görməmişəm. Mən çox yaxşı başa düşürəm ki, bu, inflyasiyanın fonunda xalqa qarşı edilir. Yalnız bu gün ölkədə ərzaq məhsullarının bahalaşması 20 faizə çatıb və bu, istər-istəməz sosial partlayışa gətirib çıxaracaq. Ancaq düzgün addımlar atılmalıdır. İqtisadiyyatın sütunlarını qurmadan sosial məsələlərin həllinə getmək qətiyyən yanlışdır, çünki bu il məsələni həll edəcəksiniz, gələn il isə daha böyük problem yaradacaqsınız”.

Aramyan Ermənistan iqtisadiyyatının hazırkı vəziyyətini təcili yardıma ehtiyacı olan xəstə ilə müqayisə edib. Qeyd edib ki, sağalmaq üçün hələ də ümid var. Amma bunun üçün hakimiyyət populist addımlardan, xərcləmələrdən əl çəkməli, kəmərini sıxmağı bacarmalı və ilk növbədə, bunu özündən başlamalıdır:  “Hökumət özünü necə doğrultsa da, iqtisadi aktivliyin 5 faizlik göstəricisi olduğunu bəyan etsə də, mən iki amili səsləndirəcəyəm. Xahiş edirəm unutmayın ki, siz artımdan qat-qat dərin tənəzzül keçirmisiniz, ikincisi, struktura baxın, iqtisadiyyatınız necə inkişaf edir? Biz əsasən ekzogen hadisələr hesabına ayaq üstə dururuq. Bu, transfertlərin axını və misin dünya bazarındakı qiymətlərində yüksək artımın baş verməsi hesabına olur. Bunlar iqtisadi aktivliyin az-çox yüksək göstəricilərinə səbəb olan iki amildir”.

Sabiq nazir hökumətin təqdim etdiyi investisiyaların həcmini “fantaziya janrı” hesab edərək 2021-ci ildə birbaşa xarici investisiyaların 42 milyard dram təşkil etdiyini xatırladıb. Üstəlik, onların əksəriyyətinin dağ-mədən sənayesinə yönəldildiyini bildirib.

Vurğulanır ki, dağ-mədən sektorunda çoxlu sayda qeyri-rezident investorlar il ərzində dividend şəklində mənfəət əldə edərək onları ölkədən çıxarırlar. Statistika bunu birbaşa investisiya axını və eyni zamanda gəlirin xaricə axını kimi qeyd edir.  İqtisadiyyata yönləndirilən ümumi investisiyalara gəlincə, 2021-ci ilin 9 ayının məlumatına görə, özəl investisiyaların artımı da praktiki olaraq sıfır, daha dəqiq desək, 0,3 faiz təşkil edir.

Qeyd edək ki, hökumətin qərarı ilə 2022-ci il yanvarın 1-dən minimum pensiya və müavinətlər 2000-3000 dram artırılıb. 2021-ci ilin yanvar-noyabr aylarında rəsmi məlumata görə, istehlak qiymətləri və ərzaq məhsullarının qiymətləri 20 faizdən çox artıb.

İqtisadçı ekspert Suren Parsyan qeyd edir ki, 2019-cu ildən Ermənistanda kasıblıq səviyyəsi artır və bu tendensiya davam edir: “2022-ci ildə də qiymətlərin kəskin artması buna daha ciddi təsir göstərəcək. Erməni milli valyutası olan dramın devalvasiyası ölkədə həm qiymətlərin artımına, həm aclığa, həm də kasıbçılıq səviyyəsinin artmasına təkan verəcək. Erməni valyutasının bundan sonra da ucuzlaşması prosesi davam edəcək”. Ekspert onu da əlavə edib ki, işğal olunmuş əraziləri itirdiklərinə görə, Ermənistan iqtisadiyyatında ciddi problemlər yaranıb. Odur ki, qarşıda Ermənistanı heç də yaxşı olmayan günlər gözləyir.

“Lragir” qəzeti isə bu xüsusda yazır: “İqtisadiyyat Nazirliyində qiymət artımından “ciddi narahatdırlar”, amma inflyasiya və qiymət artımı məsələsi Mərkəzi Bankın səlahiyyətlərinə daxildir. Mərkəzi Bankda qiymət artımının qarşısını almaq üçün yenidən maliyyələşdirmə faizi artırılıb. Bu haqda Mərkəzi Bankın sədri Martin Qalstyan elan edib. Onun sözlərinə görə, Mərkəzi Bank əsas siqnalı istehsalçıların diqqətinə çatdırmağa çalışır - qısamüddətli perspektivdə müəyyən qiymət artımı ola bilər”.

İqtisadçı Vahan Xaçatryan Mərkəzi Bank rəhbərinin ölkədə qiymət artımının dünya bazarındakı vəziyyətlə şərtləndiyi fikri ilə razıdır: “Səbəblər dünya iqtisadiyyatında və dünya bazarındadır. Ötən ilin iyulundan başlayaraq hazırda baş verənlər həm də kənd təsərrüfatı üçün əlverişsiz hava şəraiti ilə və əlbəttə ki, ən əsası pamdemiya zamanı yaranan geoiqtisadi vəziyyətlə bağlıdır”.

Bu gedişlə 2022-ci ildə Ermənistanın daha dərin böhran yaşaması, ağır problemlər içində çabalaması, insanların narazılığının pik həddə çatması qaçılmazdır.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!