28 Mart 2023 21:17
215
CƏMİYYƏT
A- A+

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi beynəlxalq tədbirdə iştirak edib  

 

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Avrasiya Patent Təşkilatı (APT) tərəfindən Qazaxıstanın paytaxtı Astanada “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Regional Görüş”ü keçirilib.

Bu barədə AZƏRTAC-a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Beynəlxalq tədbirdə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin direktor müavini Faiq Əlizadə və Bakı Mühəndislik Universitetinin Sənaye mühəndisliyi kafedrasının dosenti, universitetin texnoparkında fəaliyyət göstərən “Yeni fikir” layihəsinin rəhbəri İsa Qasımov iştirak ediblər. Agentliyin nümayəndəsi Azərbaycanda innovasiya sahəsində aparılan islahatlar barədə konfrans iştirakçılarına məlumat verib, yeni yaradılan Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzinin infrastruktur və imkanlarının genişləndirilməsi, tenxoprkların və texnologiyaların kommersiyalaşdırılması ofislərinin yaradılmasına dəstək verilməsi istiqamətində Agentliyin rəhbərliyi ilə aparılan işlər barədə məruzə edib.

Regional görüşdə ÜƏMT və APT ekspertləri tərəfindən texnoparkların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı çıxışlar edilib. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Türkmənistanda fəaliyyət göstərən texnoparkların nümayəndələri öz ölkələrində texnoparkların cari vəziyyəti, onların inkişafı istiqamətində görülən işlər, texnoparklarda əqli mülkiyyət siyasəti sahəsində təcrübə barədə məlumat veriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video