17 Noyabr 2026 08:20
196
İQTİSADİYYAT
A- A+
Enerji əməkdaşlığı, yeni investisiya imkanları və dünya bazarlarında qiymət dəyişiklikləri

Enerji əməkdaşlığı, yeni investisiya imkanları və dünya bazarlarında qiymət dəyişiklikləri


Ötən həftə ölkənin iqtisadi həyatında bir sıra mühüm hadisələr və yeniliklər baş verib. Beynəlxalq əməkdaşlıq, enerji sektoru, investisiyalar və maliyyə bazarları ilə bağlı diqqətçəkən xəbərlər iqtisadi gündəmin əsas mövzularını təşkil edib. 

Həftənin ilk günündə Azərbaycanla Çin arasında enerji sektorunda əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılıb. SOCAR və Çinin "Sinopec" şirkəti strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Şanxayda imzalanan sənəd satınalma və təchizat zəncirinin idarə olunması sahələrində tərəfdaşlığın genişləndirilməsini, təchizatçı resursları barədə məlumat mübadiləsini və qarşılıqlı satınalma imkanlarının araşdırılmasını nəzərdə tutur. Razılaşma çərçivəsində tərəflər qabaqcıl təcrübələrin bölüşdürülməsi, məhsul və avadanlıqların qarşılıqlı təchizat zəncirlərinə daxil edilməsi imkanlarını da nəzərdən keçiriblər. 

* * *

Enerji sahəsində regional əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm razılaşma əldə olunub. COP31 çərçivəsində Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sənəd dörd ölkə arasında "yaşıl enerji" dəhlizinin inkişafını, elektrik enerjisinin ötürülməsi və təchizatı üzrə əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Layihə Azərbaycanın bərpaolunan enerji potensialından istifadə etməklə elektrik enerjisinin Türkiyə və Avropa bazarlarına ixrac imkanlarının genişləndirilməsinə xidmət edəcək.

* * *

Ötən həftənin ən diqqətçəkən hadisəsi  Türkiyədə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının Liderlər Sammiti olub. Noyabrın 11-də Antalyada COP31 çərçivəsində təşkil olunan sammitdə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər.

Sammitdə qlobal iqlim dəyişiklikləri ilə mübarizə, emissiyaların azaldılması və dayanıqlı enerji keçidi məsələləri müzakirə olunub. Görüş beynəlxalq iqlim gündəliyində ölkələrin əməkdaşlığının gücləndirilməsi baxımından əhəmiyyət daşıyıb.

* * *

İqlim gündəliyi ilə yanaşı, Avropanın enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələləri də ötən həftə Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin əsas mövzularından olub. Enerji və iqtisadi əməkdaşlıq məsələləri noyabrın 12-də Dublində keçirilən "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısında müzakirəyə çıxarılıb. Prezident İlham Əliyev "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" mövzusunda "dəyirmi masa"da iştirak edib. 

Dövlət başçısı çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna toxunaraq bildirib ki, Avropa İttifaqına qaz ixracı 2022-ci ildən bəri 8 milyard kubmetrdən 13 milyard kubmetrə çatdırılıb. Azərbaycanın qaz təchizatını artırmaq planlarının olduğunu vurğulayan Prezident enerji infrastrukturunun genişləndirilməsinin vacibliyini də qeyd edib.

* * *

Həftənin mühüm hadisələrindən biri 2027-ci ilin dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəsi olub. Noyabrın 13-də layihə birinci oxunuşda təqdim edilib və plenar iclasa tövsiyə olunub.

Sənədə əsasən, gələn il Azərbaycanda ÜDM-in 141 milyard manat, dövlət büdcəsinin gəlirlərinin isə 39,3 milyard manat olacağı proqnozlaşdırılır. Neftin orta illik qiyməti 65 dollar, inflyasiya 5,3 faiz, iqtisadi artım isə 2,7 faiz səviyyəsində nəzərdə tutulub. Ortamüddətli dövrdə neftdənkənar sahədə 4,4 faizlik artım gözlənilir.

* * *

Rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsindəki yeniliklər də ötən həftənin gündəmində yer alıb. Noyabrın 13-də Bakıda İkinci Süni İntellekt Sammiti keçirilib. Dövlət və özəl sektor nümayəndələrini, beynəlxalq ekspertləri və texnologiya şirkətlərini bir araya gətirən tədbirdə süni intellektin müxtəlif sahələrdə tətbiqi, yeni texnoloji yeniliklər və Azərbaycanın rəqəmsal inkişaf perspektivləri müzakirə olunub. Sammit çərçivəsində təqdimatlar, panel müzakirələri və praktiki nümayişlər təşkil edilib.

* * *

Ötən həftənin ən qürurverici hadisəsi Azərbaycan gəmiçilik tarixində yeni bir səhifənin açılması idi. Müstəqil Azərbaycan bayrağı altında üzən ilk tanker - "Xankəndi" Avstraliya sularına daxil olaraq tarixə düşüb. Bruneydən yola çıxan tanker 18 günlük səfərin ardından Avstraliyanın Gilonq limanına çatıb. Burada yükünü təhlükəsiz şəkildə boşaldan gəmi ekoloji və texniki təhlükəsizlik yoxlamalarından uğurla keçib.

 2024-cü ildə ASCO və SOCAR-ın birgə müəssisəsi tərəfindən alınan gəminin bu səfəri Azərbaycanın beynəlxalq dəniz nəqliyyatında coğrafiyasının genişlənməsi baxımından diqqət çəkir.

* * *

Həftə ərzində dünya əmtəə birjalarında qiymət dəyişiklikləri də müşahidə olunub. Neft bazarında "Brent" markalı xam neftin bir bareli 2 sent bahalaşaraq 95,84 dollara, "Light" markalı neft isə 18 sent ucuzlaşaraq 88,56 dollara satılıb.

Qiymətli metallar bazarında isə qızılın bir troya unsiyasının qiyməti 1 dollar artaraq 3886,3 dollara yüksəlib. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Xankəndi Azərbaycan velosiped yarışına hazırlıq məsələləri müzakirə edilib

08:35
17 Noyabr

"Şəhərsalma və Memarlıq İli" Lənkəran üçün düşərli olub 

08:30
17 Noyabr

Şəfa görmək istəyən Naftalana gəlsin

08:25
17 Noyabr

Enerji əməkdaşlığı, yeni investisiya imkanları və dünya bazarlarında qiymət dəyişiklikləri

08:20
17 Noyabr

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığı yeni əməkdaşlıqlar üçün zəmin yaradır

08:15
17 Noyabr

Ənənəvi enerjidən süni intellektə: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının yeni istiqaməti

08:10
17 Noyabr

2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi başladı

08:05
17 Noyabr

Milli dirçəlişdən tarixi Zəfərə

08:00
17 Noyabr

Kreml Putin, Tramp və Si Cinpinin mümkün görüşünün təfərrüatlarını açıqlayıb

07:32
17 Noyabr

Prezidentin sosial şəbəkə hesablarında Milli Dirçəliş Günü ilə bağlı paylaşım edilib

07:13
17 Noyabr

Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında

05:06
17 Noyabr

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında

05:05
17 Noyabr

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

05:03
17 Noyabr

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında 

05:03
17 Noyabr

"Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun tətbiqi və "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

05:03
17 Noyabr

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında

05:02
17 Noyabr

"Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

05:02
17 Noyabr

2027-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında

05:00
17 Noyabr

Azərbaycan millisi Andorraya qalib gəlib, Emin Mahmudov yığmadakı karyerasını bitirib

23:51
16 Noyabr

Ukraynanın Zaporojye vilayətinə aviazərbələr nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb

23:13
16 Noyabr

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib

22:59
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!