09 May 2025 08:05
717
SİYASƏT
A- A+
Energetika, texnologiya, innovasiya və rəqəmsal inkişaf...

Energetika, texnologiya, innovasiya və rəqəmsal inkişaf...


Azərbaycan və Vyetnam bu sahələr üzrə də əməkdaşlıq edəcək


Azərbaycanın və Vyetnamın qəbul etdikləri Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatla ölkələrimizin bir-birilə əlaqələri daha yüksək pilləyə qalxır. Bunun üçün bir çox sahədə, o cümlədən iqtisadiyyatda böyük potensial var. Odur ki, ticarət, energetika, nəqliyyat və digər istiqamətlər üzrə əməkdaşlığı inkişaf etdirmək üçün geniş üfüqlər açılır. 

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində imzalanan sənədlər də bunu göstərir. Həmin sənədlər sırasında iki ölkənin energetika sahəsində əməkdaşlığı genişləndirilməsini hədəfləyənlər də diqqət çəkir. Bunlardan biri "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"dur. Digər bir Anlaşma Memorandumu isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Sənaye - Enerji Qrupu ("PetroVietnam") arasında imzalanıb. Energetika sahəsinə aid daha bir sənəd isə "SOCAR Trading Singapore PTE LTD" ilə "Binh Son Refining and PetrochemicaI JSC" arasında imzalanmış Anlaşma Memorandumudur.

Elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində də əməkdaşlıq genişlənəcək. Bu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Elm və Texnologiya Nazirliyi arasında Anlaşma Memorandumuna əsasən həyata keçiriləcək.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VİNEN) arasında imzalanan Anlaşma Memorandumu isə Birgə Biznes Şurasının yaradılmasını nəzərdə tutur.

Məlum olduğu kimi, mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı öz bəyanatında demişdir: "Energetika sahəsində imzalanmış sənədlər və apardığımız müzakirələr deməyə əsas verir ki, biz yaxın gələcəkdə bu sahədə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu gün bu əməkdaşlıq var və daha çox ticarət əməkdaşlığı formasında aparılır. Ancaq qarşılıqlı sərmayə qoyuluşu məsələləri də müzakirə edildi. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olundu və göstəriş verildi ki, aidiyyəti qurumlar bu məsələlərlə bağlı konkret addımlar atsınlar".

Vyetnamın dövlət başçısının ölkəmizə səfəri çərçivəsində iqtisadiyyatın bu və digər sahələrində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb. Prezident İlham Əliyev iqtisadi-ticari istiqamət üzrə ticarət dövriyyəsinin dinamikasının Azərbaycanın Vyetnama əsasən neft satışından ibarət olduğu üçün təəssüfləndiyini bildirib: "Neft satışı yüksək səviyyədə olanda ticarət dövriyyəsi artır, azalanda azalır. Əlbəttə, biz ticarət dövriyyəmizi daha da balanslaşdırılmış formada görmək istərdik və bunun üçün, təbii ki, qarşılıqlı informasiya mübadiləsi lazımdır. Hansı layihələr ölkələrimizdə həyata keçirilir, investisiya imkanları nədən ibarətdir, qaydalar, qanunvericilik bazası, vergi inzibatçılığı - bütün bu məsələlər biznes dairələri üçün gərək aydın olsun. Belə olan halda əminəm ki, ticarət dövriyyəsi təkcə neft amilindən asılı olmayacaq".

Bu gün daha çox ticarət əməkdaşlığı formasında aparılan Azərbaycan-Vyetnam iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün qarşılıqlı sərmayə qoyuluşu məsələləri də önə çəkilib. Həm Vyetnam şirkətlərinin Azərbaycana, həm də Azərbaycanın neft şirkətinin Vyetnama sərmayə qoyuluşu məsələləri müzakirə olunub və aidiyyəti qurumların bu məsələlərlə bağlı konkret addımlar atması tapşırılıb. Həm "Şimal-Cənub", həm "Şərq-Qərb" nəqliyyat dəhlizləri vasitəsilə qarşılıqlı ticarətin stimullaşdırılacağı qeyd olunub. Azərbaycan tərəfinin Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazır olduğu bildirilib.

Eləcə də Hökumətlərarası Komissiyanın iclasının uzun müddətdir keçirilməməsi qeyd edilib. Əldə edilmiş razılaşma əsasında tezliklə komissiyanın iclasının keçirilməsi məsələsi öz həllini tapıb. Çünki bu, bir çox istiqamət üzrə mümkün əməkdaşlığı daha da sürətləndirə bilər. 

Bütün bunlar Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın bəyanatında bir növ müddəalar kimi səslənib: "Hökumətlər-arası komissiya vasitəsilə ticari-iqtisadi əməkdaşlığı fəallaşdırmaq, əmtəə dövriyyəsi və sərmayələri artırmaq, iki ölkənin işgüzar dairələrini bir araya gətirmək, energetika, neft və qazla yanaşı, bütün sahələrdə əməkdaşlıq etmək, dəmir yolları, dəniz yolları, kənd təsərrüfatı sahələrində digər əməkdaşlıq imkanlarını araşdırmaq vacibdir. Biz hökumətlərarası komissiyanın növbəti iclasının tezliklə baş tutması məsələsini nəzərdən keçirəcəyik. Həmin komissiyanın gələcək iclasının nəticələrini səbirsizliklə gözləyirik, çünki o, artıq strateji tərəfdaşlıq əsasında həyata keçiriləcək".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

Yel baba 

09:00
13 Mart

Qubanın Novruz adətləri

08:55
13 Mart

"Cıdır tamaşaları"

08:50
13 Mart

Qədimdən qədim yeni gün

08:45
13 Mart

Ermənistan geosiyasi dönüş nöqtəsindədir

08:40
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!