30 May 2023 22:26
267
İQTİSADİYYAT
A- A+

Energetika naziri “Boston Consulting Group” şirkətinin nümayəndələri ilə görüşüb

 

Energetika naziri Pərviz Şahbazov “Bakı Enerji Həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan “Boston Consulting Group” şirkətinin İcraçı direktoru Pattabi Seshadrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə ənənəvi enerji resurslarının ixracı istiqamətində ölkəmizin uğurları, energetika sahəsində həyata keçirilən islahatlar, liberal elektrik enerjisi bazarının yaradılması üçün atılan addımlar, enerji keçidi siyasəti, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üzrə reallaşdırılan layihələr, yaşıl elektrik enerjisi və hidrogen ixracı üzrə qurulan əməkdaşlıqlar və adıçəkilən istiqamətlərə xarici investisiyaların cəlbi ilə bağlı görülən tədbirlər barədə məlumat verilib.

Söhbət zamanı şirkətin iqlim dəyişikliyi və davamlılıq, aşağı karbonlu enerji mənbələrindən istifadəyə keçid kimi istiqamətlərdə fəaliyyətindən bəhs edilib, Azərbaycanda həyata keçirilən layihələrə maraq ifadə olunub. Gələcək əməkdaşlıq imkanlarına dair ekspertlər səviyyəsində qarşılıqlı məlumat mübadiləsi ilə bağlı razılığa gəlinib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video