10 Iyun 2024 22:01
298
İDMAN
A- A+

Emin Mahmudov: Qazaxıstanla görüşdə azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik

 

Qazaxıstanla görüşdə azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik.
"Report" xəbər verir ki, bunu Azərbaycan milli komandasının və "Neftçi"nin kapitanı Emin Mahmudov Qazaxıstan ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl baş tutan mətbuat konfransında deyib.
32 yaşlı yarımmüdafiəçi görüşün gərgin mübarizə şəraitində keçəcəyini deyib. “Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması müdafiədə yaxşı oynayır, sürətli əks-hücuma keçir. Son illər inkişaf ediblər. İki il əvvəl onlarla qarşılaşmışdıq. Eyni səviyyədə oyunu göstərmək və qələbə qazanmaq istəyirik. Milli komandanın formasında hər matça qalibiyyət üçün çıxmalıyıq. Sabahkı görüşdə də azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik”.
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü iyunun 11-də, saat 18:00-da Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video