29 Iyun 2024 08:25
205
SİYASƏT
A- A+

Elşad İSKƏNDƏROV: "Mina qurbanlarının hüquqlarının bərpası üçün əməli addımlar atmağın zamanı çatıb"

 

İyunun 27-də BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində "Minalarsız dünya naminə insan haqları sistemindən istifadə və mina qurbanlarının hüquqlarının bərpası" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın, Xorvatiyanın, Mozambikin, Panamanın diplomatik nümayəndələri, habelə beynəlxalq qurum rəhbərləri yerüstü minaların fəsadlarının aradan qaldırılması və insan haqları üzrə BMT sisteminin mina qurbanlarının, onların ailə üzvlərinin hüquqlarının qorunmasında istifadəsi mövzusunda keçirilən panel müzakirələrdə çıxış ediblər.
Tədbirdə "Minalar və təmiz ətraf mühit hüququ" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov bildirib ki, minalar təkcə bilavasitə qurbanlarının deyil, bütün insanlığın haqqı olan təmiz ətraf mühit hüququna dağıdıcı təsir göstərir. Səfir konkret misallar gətirərək minaların torpağın eroziyasına, su mənbələrinin çirklənməsinə təsiri ilə ekosistemi və biomüxtəlifliyi məhv etdiyini diqqətə çatdırıb. Bu baxımdan təmiz ekologiya probleminin xüsusi aktuallıq daşıdığı bir dönəmdə BMT-nin İnsan Haqları Şurasının bu hüququn müdafiəsi istiqamətində konkret addımlar atmasının vacibliyi vurğulanıb.       
"Məhz burada - Cenevrədə həm insan haqları, həm silahsızlaşdırma, həm də humanitar dəstək üzrə BMT strukturlarının və digər beynəlxalq qurumların fəaliyyət mərkəzləri yerləşir. Ona görə də İnsan Haqları Şurası bu fürsətdən istifadə edərək mina qurbanlarının xüsusi həssas kateqoriya kimi tanınması, onların hüquqlarının bərpa və təmin olunması üzrə konkret addımlar atmalıdır" deyən azərbaycanlı diplomat əlavə edib ki, işğaldan azad olunmuş ərazilərimizdə 2 milyona yaxın minanın təmizlənməsi on illər və milyardlarla dollar vəsait tələb edir. E.İskəndərov Azərbaycanın mina ilə çirklənmənin ağır nəticələrini yaxşı bildiyini vurğulayıb. Minaların insan həyatlarını məhv etməsi ilə bərabər, inkişafda olan dövlətlər üçün ağır iqtisadi yük olduğunu qeyd edən Azərbaycan nümayəndəsi deyib: "Azərbaycan BMT İnsan Haqları Şurasına bu sahədə hərtərəfli dəstək, mina qurbanlarının hüquqlarının bərpasına töhfəsini verməyə hazırdır".
Qeyd edək ki, BMT-nin Cenevrə ofisi nəzdində Azərbaycan daimi nümayəndəliyi və "Universal Hüquqlar Qrupu" ("Universal Rights Group") beynəlxalq təşkilatının təşəbbüsü ilə keçirilən tədbirin həmtəşkilatçıları Avstriya, Xorvatiya, Sloveniya, İrlandiya, Panama, Monteneqro və Niderlandın nümayəndəlikləri olub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video