23 Aprel 2024 23:50
10302
Elm və texnika
A- A+
Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasından AZƏRTAC-a bildiriblər ki, 2024-cü ilin Dövlət Mükafatlarına aşağıdakı işlər təqdim edilmişdir.

Elm sahəsində:

1. Adil Qəribov - "Atom-hidrogen energetikasında termo və radiasion-heterogen proseslər" - Rusiyada nəşr olunmuş monoqrafiya.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu təqdim etmişdir.

2. Könül Bünyadzadə - "Sufi fenomenologiya" - monoqrafiya (iki cilddə).

Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu təqdim etmişdir.

3. Fatimə Mustafayeva, Nəcəf Qəhrəmanov - "Polietilen əsasında odadavamlı kompozit materialların alınması, tədqiqi və emalı" - monoqrafiya.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutu təqdim etmişdir.

4. Qüdrət Kəlbəliyev, DilqəmTağıyev, Sakit Rəsulov - "Qeyri Nyuton neftlərinin və neft dispers sistemlərinin reologiyası və mexanika sahəsində fundamental tədqiqatlar".

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti təqdim etmişdir.

5. İradə Hüseynova, Samirə Rüstəmova, Durna Əliyeva, Tofiq Allahverdiyev, Atabəy Cahangirov - "Rəqəmsal və yeni genom texnologiyalarından istifadə etməklə buğdanın quraqlığa davamlılıq mexanizmlərinin araşdırılması, yeni genotiplərin yaradılması və tətbiqi".

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu təqdim etmişdir.

6. Nizami Cəfərov - "Heydər Əliyev: dil, ədəbiyyat və incəsənət" - kitab.

Bakı Dövlət Universiteti təqdim etmişdir.

7. Natiq Cavadov, Elçin İsgəndərzadə, Hikmət Əsədov - "Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar".

Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi təqdim etmişdir.

8. Mahirə Hüseynova - "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" - kitab.

Azərbaycan Dövlət Pedaqoji Universiteti təqdim etmişdir.

9. Ziyad Səmədzadə - "XX əsrdə və müstəqillik dövründə Azərbaycan iqtisadiyyatı və onun inkişafının aktual problemləri"- silsilə əsərlər.

Azərbaycan İqtisadçılar İttifaqı təqdim etmişdir.

10. Sadiq Qurbanov - "Zamana sığmayan lider. Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi".

Azərbaycan Dövlət İqtisad Universiteti təqdim etmişdir.

11. Qurban Yetirmişli, Fəxrəddin Qədirov, Səbinə Kazımova, Rafiq Səfərov - "Azərbaycan ərazisində seysmik və geodinamik aktivliyin monitorinqi üçün rəqəmsal üçsəviyyəli texnologiya (yer səthi, səthə yaxın, peyk) sisteminin yaradılması və tətbiqi: nəticələr və perspektivlər" - 2000-2023-cü illərin elmi nəşrlər silsiləsi.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi təqdim etmişdir.

Texnika sahəsində:

12. İlqar Nəzərov, Məmmədsaleh Əliyev, Rafiq Hüseynov - "Hərbi təyinatlı sursatların istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsal sahələrinin yaradılması".

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Şərq İstehsal Birliyi" MMC təqdim etmişdir.

13. Vaqif Fərzəliyev, Həqiqət Cavadova, Əfsun Sucayev, Vasif Abbasov, Səxavət Rüstəmov - "Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili" - kompleks elmi-texniki iş.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu təqdim etmişdir.

14. Vaqif Məhərrəmov - "Kosmik obyektlərin infraqırmızı müşahidə texnikası" (rus dilində nəşr) «Tехника инфракрасных наблюдений космических обьектов».

Azərbaycan Texniki Universiteti təqdim etmişdir.

Memarlıq sahəsində:

15. Rayihə Əmənzadə - "Gəncə şəhərinin memarlıq salnaməsi. XII-XIX əsrlər" - kitab.

Azərbaycan Memarlar İttifaqı təqdim etmişdir.

Mədəniyyət sahəsində:

16. Vaqif Mustafayev, Azər Quliyev - "Həyat, deyəsən gözəldir" - bədii film.

Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı təqdim etmişdir.

17. Sakit Məmmədov - "Heydər Əliyev və Qarabağ"- diptix.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi təqdim etmişdir.

18. Ərtegin Salamzadə, Xəzər Zeynalov - "Təsviri sənətdə Heydər Əliyev obrazı" (ingilis dilində nəşr) - kitab.

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu təqdim etmişdir.

19. Salxab Məmmədov, Əli İbadullayev - "Humanizmi tərənnüm edən Azərbaycan qadınları" (Fransanın Konyak şəhərində parkda Məhsəti Gəncəvinin abidəsi (2016-cı il) və Evian-le-Bən şəhərində Natəvanın abidəsi (2018-ci il).

Azərbaycan Rəssamlar İttifaqı təqdim etmişdir.

20. Fuad Salayev - "Qarabağnamə" heykəltaraşlıq kompozisiyası: Bakı şəhəri Muzey Mərkəzinin önündə ucaldılan "Səyyah" və "Müzəffər" heykəlləri.

Azərbaycan Rəssamlıq Akademiyası təqdim etmişdir.

21. Eldar Mikayılzadə - "Azərbaycan xalçası: ilmələrin rəqsi"- kitab-kataloq.

Azərbaycan Milli İncəsənət Muzeyi təqdim etmişdir.

22. Mehriban Ələkbərzadə - Son illərdə rejissorluq fəaliyyətinə görə.

Azərbaycan Teatr Xadimləri İttifaqı təqdim etmişdir.

Ədəbiyyat sahəsində:

23. Sabir Rüstəmxanlı - "Son illərdə yaradılan silsilə əsərlər"

Azərbaycan Yazıçılar Birliyi təqdim etmişdir.

24. Yunus Oğuz - "Cığır"- tarixi roman.

Azərbaycanda Atatürk Mərkəzi təqdim etmişdir.

25. Asif Mərzili (Məmmədov) - "Sonuncu əmr" - roman.

Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi təqdim etmişdir.

Dövlət Mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Komissiyanın ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68.

Azərbaycan Respublikasının Nazirlər Kabineti. E-mail: [email protected] 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!