02 Avqust 2023 09:40
494
SİYASƏT
A- A+
Elçin ƏMİRBƏYOV: "İsrail və Azərbaycan strateji tərəfdaşdırlar"

Elçin ƏMİRBƏYOV: "İsrail və Azərbaycan strateji tərəfdaşdırlar"

 

"Bakı və Qüds arasında strateji tərəfdaşlıq qurulub. Hər iki xalq arasında münasibətlər ən yüksək səviyyəyə çatıb və daha da inkişaf edəcəyi gözlənilir".
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-nin geniş oxucu kütləsinə malik "Jewish News Syndicate" nəşrinə açıqlamasında yer alıb. Azərbaycan rəsmisi açıqlamasında iki ölkə arasında münasibətlərin çoxşaxəli və dinamik olduğunu, mütəmadi şəkildə inkişaf etdiyini vurğulayıb: "Bu gün biz qarşılıqlı münasibətlərimizin zirvə nöqtəsindəyik və bu dostluğu, əməkdaşlığı dərinləşdirməkdə, inkişaf etdirməkdə qətiyyətliyik". 
Məqalə müəllifi qeyd edib ki, bu açıqlamalar Azərbaycanın dünyada şiə çoxluğun yaşadığı ilk dövlət kimi İsraildə öz səfirliyini açmasından cəmi dörd ay sonraya təsadüf edir. Diplomatik missiyanın açılması iki ölkə arasında otuz ildən bəri mövcud münasibətlərin və iki xalq arasında yüzilliklərə söykənən tarixi əlaqələrin, eləcə də təhlükəsizlik və enerji sahəsində tərəfdaşlığın nəticəsidir. Diqqətə çatdırılır ki, iki xalq arasında münasibətlər dinlərarası əlaqələr üçün nümunəvi sayıla bilər və İsrail 1991-ci ildə dövlət müstəqilliyini elan etmiş Azərbaycanı tanıyan ilk ölkələrdən biri olmuş, 1993-cü ildən Bakıda öz səfirliyini açmışdır. İsrailin neft tələbatının təxminən 30 faizini Azərbaycan təmin edir, Azərbaycan isə İsrailin hərbi məhsullarının əsas alıcılarından hesab olunur və 2020-ci ildə Ermənistanla müharibədə həmin silahlar Azərbaycanın Qələbəsinə töhfə verib.
Elçin Əmirbəyov qeyd edib ki, Azərbaycandakı yəhudi icması ölkə ictimaiyyətinə sıx inteqrasiya olmuş mühüm bir icmadır: "Yəhudi icması bizim ölkələri birləşdirən və münasibətləri möhkəmləndirən "canlı körpü" kimi çıxış edir". 
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda yaşayan yəhudilərin sayı 25-30 min civarındadır və Azərbaycandan İsrailə miqrasiya etmiş yəhudilər öz tarixi vətənləri ilə sıx əlaqə saxlayırlar. Həmçinin 50-dək etnik qrupun dinc şəkildə birgə yaşadığı Azərbaycan bu ölkədə yaşayan yəhudi icması ilə yaxşı münasibətlərdən qürur duyur.
Məqalədə iki ölkə arasında əlaqələrin gələcəyinə də toxunulub və qeyd edilib ki, Ermənistanın işğalından azad olunmuş ərazilərin bərpası və yenidən qurulmasında İsrail şirkətləri də yaxından iştirak edə bilərlər. Eyni zamanda bu il ərzində Bakıya yüksəksəviyyəli səfərlərin baş tutması da əlaqələrin səviyyəsindən xəbər verir. Həmçinin qeyd edilib ki, Azərbaycan Türkiyə və İsrail arasında münasibətlərin inkişafına da öz töhfəsini verir.
E.Əmirbəyov məqalənin sonunda qeyd edib ki, İsrail təkcə sözdə dost deyil, eyni zamanda əməldə öz dostluğunu sübut edir və bu, ölkənin milli təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır. 
Yekunda vurğulanıb ki, Azərbaycan-İsrail münasibətləri həm Bakıda, həm də Qüdsdə hər iki tərəf üçün əhəmiyyətli hesab edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!