02 Noyabr 2024 09:45
472
DÜNYA
A- A+
Ekstremal hava şəraiti iqlim dəyişikliyi ilə əlaqəlidir

Ekstremal hava şəraiti iqlim dəyişikliyi ilə əlaqəlidir


Son illər dünyada baş verən təbii fəlakətlər  və bu günlərdə müasir İspaniya tarixindəki ən ölümcül daşqınlar ekstremal hava hadisələri ilə iqlim dəyişikliyi arasında birbaşa əlaqə olduğunu göstərir. 

Bu həftə ölkənin şərq və cənub bölgələrində bir gündə yağan illik yağışdan sonra İspaniyada ölənlərin sayı 160 nəfərə  çatıb. Klimatoloqların apardığı sürətli təhlilin nəticələri göstərir ki, qlobal istiləşmə bu cür hadisələrin başvermə ehtimalını iki dəfə artırır və yağışları daha intensiv edir.

London İmperial Kollecində Ətraf Mühit Siyasəti Mərkəzində "World Weather Attribution" (WWA) layihəsinə rəhbərlik edən Friderike Otto deyir: "Şübhə yoxdur ki, bu leysan yağışları iqlim dəyişikliyi ilə güclənib".

Hökumətlər 2015-ci il Paris Sazişinə əsasən, qlobal istiləşməni dayandırmağa çalışmağa razılaşdıqdan sonra da dünya üzrə orta temperaturun yüksəlməsi təhlükəli həddə - 1,5C  dərəcəyə yaxınlaşır.

Otto izah edir ki, mədən yanacağı istifadəsi nəticəsində yaranan istiləşmə dərəcəsinin hər bir  kiçik hissəsi üçün atmosfer daha çox rütubət saxlaya və bu, daha intensiv  yağışlara səbəb ola bilər. Bu ölümcül daşqınlar iqlim dəyişikliyinin cəmi 1,3°C istiləşmə ilə nə qədər təhlükəli olduğunu xatırladır. 

BMT hökumətlərin fəaliyyəti ilə iqlim elmi arasında böyük uçurum yaranması barədə xəbərdarlıq edib. Bildirilib ki, mövcud trayektoriya davam edərsə, əsrin sonuna qədər temperatur artımı 3°C-dən çox olacaq.

WWA komandası onlara yerli alim və meteoroloqlarla birgə iqlim dəyişikliyinin nə dərəcədə ekstremal hava şəraitinə səbəb olduğunu və ya onları gücləndirdiyini tez qiymətləndirməyə imkan verən protokol hazırlayıb.

Valensiyadakı ölümcül daşqınlar qrupun texnogen iqlim dəyişikliyi ilə son iyirmi ilin ən ölümcül on ekstremal hava hadisəsi arasında aydın əlaqəni göstərən hesabatı (30 oktyabr) dərc etməyi planlaşdırdığı vaxt baş verib. Ən böyük itki 2010-cu ildə Afrika Buynuzunda təxminən 258 min insanın ölümünə səbəb olan quraqlığa aiddir. 2008-ci ildə Myanmada baş verən Nargis qasırğası 138 min insanın həyatına son qoyub.

Yaddaşlarda qalan ən ölümcül iki hadisə 2022-ci və 2023-cü illərdə Mərkəzi və Qərbi Avropada 90 minə yaxın insanın ölümünə səbəb olan isti dalğaları olub.

Qırmızı Xaç və Qızıl Aypara Mərkəzinin iqlim riski üzrə müşaviri Rup Singh deyir: "Ağır hava nəticəsində kütləvi ölümlər göstərir ki, biz 1.3°C, 1.5°C və ya 2°C-yə hazır deyilik". Onun sözlərinə görə, bütün ölkələr belə halların gələcəkdə daha tez-tez baş verəcəyinə hazırlaşmalıdırlar. Nəticədə emissiyaları azaltmalıyıq.

Bu, BMT-nin Bakıda keçiriləcək iqlim danışıqlarının növbəti raunduna hazırlaşan dünya liderləri üçün əsas mesajdır. Bu il gündəmin əsas mövzusu inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin öhdəsindən gəlmək və mədən yanacaqlardan asılılığı azaltmaq üçün yeni fondun yaradılmasıdır.

London İmperial Kollecinin Ətraf Mühit Siyasəti Mərkəzinin tədqiqatçısı Coys Kimutai deyir: "COP29 belə təhlükəli hava şəraitinin əsas səbəbi olan mədən yanacaqlardan uzaqlaşmanı sürətləndirməlidir. Bizə itkilər və zərər fondu üçün nəzərdə tutulan əhəmiyyətli maliyyə vəsaiti lazımdır.

COP28-də vəd edilən 700 milyon dollar kasıb ölkələrin hər il uğradığı milyardlarla dollar itki ilə müqayisədə dənizdə bir damladır".

Proqnozlara əsasən, bu il çox güman ki, göstəricilərə görə 2023-cü ili keçərək, tarixin ən isti ili olacaq.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan məişət avadanlıqlarının və mərkəzləşdirilmiş kondisioner sistemlərinə illik texniki xidmətlərin satın alınması məqsədilə müsabiqə elan edir

01:21
13 Dekabr

ADA Universiteti Qazax Mərkəzində Ümummilli Liderin xatirəsi yad edilib  

23:29
12 Dekabr

Sankt-Peterburqda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb  

23:27
12 Dekabr

SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

23:25
12 Dekabr

İtaliya qəzeti Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş məqalə dərc edib  

23:23
12 Dekabr

Makron cümə günü Fransanın baş nazirini təyin etməyi planlaşdırır

23:21
12 Dekabr

18 yaşlı Qukeş Dommaracu şahmat üzrə 18-ci dünya çempionudur 

22:56
12 Dekabr

“Time” jurnalı Donald Trampı 2024-cü ilin adamı seçib

22:27
12 Dekabr

Europol: RKK Avropada narkotik və insan alveri ilə məşğuldur

21:36
12 Dekabr

Bu gün Avropa Liqasında VI turun oyunları keçiriləcək

21:13
12 Dekabr

Türkiyənin İqdır şəhərində Heydər Əliyevin xatirəsi anılıb

20:09
12 Dekabr

Xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb

19:37
12 Dekabr

Qərbi Azərbaycan İcmasının ilk xarici ofisi qardaş Türkiyədə açılıb

19:14
12 Dekabr

Ağdamda Ulu Öndərin xatirəsi ehtiramla yad edilib

19:11
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin məzarı ziyarət olunub

18:55
12 Dekabr

Praqada Ulu Öndərin xatirəsi anılıb

18:43
12 Dekabr

Qərb bölgəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub

18:41
12 Dekabr

Naxçıvanda Ümummilli Liderin xatirəsinə ağacəkmə aksiyası keçirilib

18:39
12 Dekabr

Kişineuda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb

18:13
12 Dekabr

DSX-nin Aparatında Ulu Öndərin xatirəsi anılıb

17:56
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:55
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!