30 İyul 2025 15:33
578
İQTİSADİYYAT
A- A+
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifləri müəyyənləşib  

Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifləri müəyyənləşib  


“Azəristiliktəchizat” ASC-dən daxil olmuş müraciət əsasında Tarif (qiymət) Şurasının iclasında əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi tənzimlənib.

Tarif (qiymət) Şurasının Katibliyindən AZƏRTAC-a bildirilib ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilmiş istilik təchizatı xidmətinin maya dəyəri 1 kvadratmetr sahə üçün aylıq 1,10 manat təşkil edir. Lakin bu sahə üzrə mövcud tarif maya dəyərindən bir neçə dəfə aşağıdır. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Qeyd edək ki, hazırda alternativ isitmə variantlarından istifadə edən əhalinin 1 kvadratmetr sahənin 1 aylıq xərci isitmə növlərindən asılı olaraq, 1 manata qədər dəyişir.

“Azəristiliktəchizat” ASC tərəfindən əhaliyə göstərilən istilik təchizatı xidmətinə görə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, əhali istehlakçı qrupuna göstərilən istilik təchizatı xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 kvadratmetr üçün mövcud 30 qəpikdən 45 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 kvadratmetr sahə üçün) 14,6 manatdan 21 manat səviyyəsində müəyyənləşdirilib. Bu tarif tənzimləməsi “Azəristiliktəchizat” ASC-nin dövlət büdcəsindən asılılığının azalmasına, xidmətin keyfiyyətinin yüksəldilməsinə və dayanıqlığının təmin edilməsinə şərait yaradacaqdır.

Yeni tarif müəyyənləşdirilərkən istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, istehlakçıların alıcılıq qabiliyyəti, istehsal və xidmət şərtləri, alternativ isitmə sistemlərinin mövcudluğu, enerji resursların daha səmərəli istifadə imkanları, qiymət amilinin istiqamətləndirici və məhdudlaşdırıcı təsirindən istifadə kimi əsas prinsipləri nəzərə alınıb.

Qərarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Qərar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarına uyğun olaraq, dağ rayonlarında 2025-ci il 1 noyabr, digər ərazilərdə isə 2025-ci il 15 noyabr tarixindən tətbiq ediləcəkdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 26.12.2005-ci il tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sərbəst güləş üzrə Azərbaycan millisi 6-cı dəfə Avropa çempionu olub

00:33
27 Aprel

Ərdoğan Trampla telefon danışığı aparıb

23:34
26 Aprel

Azərbaycanın daha 2 sərbəst güləşçisi Avropa çempionu olub

21:53
26 Aprel

Azərbaycan-Ukrayna münasibətləri dinamik inkişaf edir

21:50
26 Aprel

Xəzər dənizində zəlzələ baş verib

21:32
26 Aprel

Azərbaycan derbisi: “Qarabağ” “Neftçi”yə qalib gəlib

21:03
26 Aprel

“EFES - 2026” təliminə cəlb edilən hərbi qulluqçularımız Türkiyəyə yola düşüblər

20:56
26 Aprel

Çexiyanın Baş naziri Azərbaycana səfərə gəlib

20:41
26 Aprel

Ukrayna Təhlükəsizlik Qüvvələri Rusiyaya məxsus üç gəmiyə, bir MiQ-31 təyyarəsinə hava zərbələri endirib

19:48
26 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

19:24
26 Aprel

Prezident İlham Əliyev: Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır

17:46
26 Aprel

Bu gün IX sinif şagirdləri imtahan veriblər

16:36
26 Aprel

Azərbaycan Prezidenti: “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir

16:26
26 Aprel

Sabah hava Bakıda dəyişkən buludlu, bəzi rayonlarda isə arabir yağıntılı olacaq

16:23
26 Aprel

Daxili işlər naziri Göyçayda vətəndaşları dinləyib və gənclərin arasından seçim edib

16:13
26 Aprel

“Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına

15:47
26 Aprel

Ağdərədə mina partlayıb, 1 nəfər xəsarət alıb

14:30
26 Aprel

“The Times” qəzeti: Hörmüz boğazında 600-dən çox gəmi qalıb

14:27
26 Aprel

Zelenski: Qırx ildir yüz minlərlə insan Çernobıl faciəsindən əziyyət çəkir

12:38
26 Aprel

Prezident İlham Əliyev: Vaşinqtonda baş verən atışma məni dərindən sarsıtdı

11:01
26 Aprel

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

10:33
26 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!