24 Sentyabr 2024 02:12
3356
Nazirlər Kabineti
A- A+
“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 84 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 84 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında


№ 437


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddə-sinin səkkizinci abzasını rəhbər tutaraq, “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 4 iyun tarixli 84 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 361 (Cild I) ilə təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası”nın I bölməsinin 2-ci hissəsində “İcra baş idarəsi” sözləri “İcra xidməti” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 19 may tarixli 92 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 5, maddə 457 (Cild I) ilə təsdiq edilmiş “Fərdi identifikasiya nömrəsinin verilməsi Qaydası”nın 2-ci hissəsində “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti” sözləri “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 861 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddə 467) ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın II bölməsinin 2.1.7-ci yarımbəndi ləğv edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 12, maddə 1115 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 437, 449, 467) ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin Aparatı” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 aprel tarixli 49 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 364 (Cild I) ilə təsdiq edilmiş “Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifi-kasiya nömrəsinin daxil edilməsi və istifadə olunması Qaydaları”nın 2.6-cı, 2.7-ci və 3.9-cu bəndlərində “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidməti” sözləri “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 22 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 71 (Cild I) ilə təsdiq edilmiş “Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və kömək göstərə biləcək qohumların olmamasının müəyyən edilməsi Qaydası”nın 2.2-ci bəndində “Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinə” sözləri “Ədliyyə Nazirliyinə” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 noyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1457 (Cild I); 2024, № 1, maddə 110; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 370 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisə-lərinə yerləşdirilməsi Qaydası”nın 2.3.2-ci yarımbəndində “Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinə” sözləri “Ədliyyə Nazirliyinə” sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 216 (Cild I) ilə təsdiq edilmiş “_______ rayonu (şəhəri) ________ bələdiyyəsinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların yığıncaqlarının protokolu”nun “QƏRARA ALIR:” bölməsinin 2-ci hissəsində “Bələdiyyələrlə İş Mərkəzinə” sözləri “Bələdiyyələrlə iş baş idarəsinə” sözləri ilə əvəz edilsin.


 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, 21 sentyabr 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 Azərbaycan Əməliyyat Şirkəti “AzStateNet” dövlət şəbəkəsinə qoşulub

12:24
02 Noyabr

ABŞ və Hindistan birgə hərbi təlimlərə başlayır

12:19
02 Noyabr

Dövlət Xidməti: COP29 trafikinin kiberhücumlara və anomal hadisələrə qarşı mütəmadi monitorinqi təşkil edilib

11:25
02 Noyabr

Azərbaycan neftinin qiyməti 75 dollara yaxınlaşır

11:22
02 Noyabr

FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

11:02
02 Noyabr

Dünya birjalarında neft bahalaşıb

10:52
02 Noyabr

Heydər Əliyev Mərkəzində italiyalı heykəltaraş Lorenso Kuinnin “Təbiətdə tarazlıq” sərgisi açılıb

10:40
02 Noyabr

Rusiya Bankı: Moskva Asiya tərəfdaşları ilə yaxınlaşmaq üçün COP29 platformasından istifadə edə bilər  

09:53
02 Noyabr

Ekstremal hava şəraiti iqlim dəyişikliyi ilə əlaqəlidir

09:45
02 Noyabr

Əli qanlı Pankratov

09:40
02 Noyabr

Burulğan: yaddaşın mühakiməsi

09:35
02 Noyabr

Taleyin seçdiyi Salman Mümtaz

09:30
02 Noyabr

5 gündə 9 min ağac və gül kolu əkilib

09:25
02 Noyabr

Lənkəran şəhərinin küçələri daxili imkanlar hesabına təmir edilir

09:20
02 Noyabr

Payız həm də əkin mövsümüdür

09:15
02 Noyabr

Şirvanda orta aylıq əməkhaqqı 9,1 faiz artıb

09:10
02 Noyabr

Cəlilabadda ilin sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

09:05
02 Noyabr

Goranboy ağsaqqalları və gəncləri bir araya gəldilər

09:00
02 Noyabr

Vətənpərvərlik milli-mənəvi dəyərimizdir 

08:55
02 Noyabr

İşğaldan qurtulan yurdumuz aydınlığa çıxır

08:50
02 Noyabr

Şəhidliyindən sonra ata oldu

08:45
02 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!