30 Sentyabr 2025 09:00
14064
Oxucu məktubları
A- A+
Əbədiyaşarlığın başlanğıcı

Əbədiyaşarlığın başlanğıcı


44 günlük Vətən müharibəsinin başlamasından 5 il ötür. Mənə isə elə gəlir ki, dünən idi Turalımı son dəfə bağrıma basıb cəbhəyə yola saldığım gün. Müharibəyə könüllü getdi. Dedi ki, üç qardaşıq, mütləq torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qatılmalıyıq. Getdi və bu vəzifəni şərəflə yerinə yetirdi.

Tural həmlə taborunda döyüşürdü. Onun taboru ermənilərin uzun illər ərzində qurduqları istehkamları yararaq qəhrəmancasına irəliləyirdi. Keçdiyi döyüş yolu haqqında danışmağa Turalın imkanı olmadı. Ancaq bu barədə bizə oğlumla çiyin-çiyinə döyüşən yoldaşları danışıblar. Deyirlər ki, çox qorxmaz, cəsur və xeyirxah idi. Turalımın döyüş yolu Talışdan başlayıb Suqovuşanda başa çatdı. Ancaq bu, son olmadı. Əbədiyaşarlığın  başlanğıcı oldu. 

Bizim üçün təsəlli budur ki, bu gün dövlət başçısından başlayaraq sıravi vətəndaşlaradək işğaldan azad edilmiş torpaqlara qədəm qoyan hər kəs  ilk növbədə bu yolda canından keçən oğullarımıza dualar edir, onların qəhrəmanlığı, vətənpərvərliyi barədə danışırlar.   

Ötən 5 il ərzində şəhid ailələri həmişə qonaqlı olub. Xalqımız dərdimizə şərik çıxıb, bizi tək qoymayıb. Bu günlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun idarə və müəssisə rəhbərləri ilə birlikdə qonağımız oldu, Bəyimsarov və Sarov kəndlərindən olan şəhid ailələri və qazilərlə görüşdü, qayğılarımızla maraqlandı, qaldırılan məsələlərlə bağlı operativ olaraq məsul şəxslərə tapşırıqlar verdi. 

Vətən hər birimiz üçün müqəddəsdir. Şəhid ailələri üçün isə onun hər qarışı əzizdir. Bu torpaqlarda övladlarımız döyüşüb. İndi həmin torpaqların cənnətə döndüyünü görəndə ürəyimiz qürurla döyünür. Allah Prezidentimizi qorusun! Balalarımızın qanı yerdə qalmadı. Onların intiqamı alındı. 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Güldanə MƏMMƏDOVA, 

Tərtər rayonu Bəyimsarov kəndinin sakini, şəhid anası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

10:54
19 Aprel

İran: Hücumlar nəticəsində 3500 insan həlak olub

10:46
19 Aprel

Avropada inflyasiya sürətlənib

10:39
19 Aprel

Macarıstanda seçki nəticələri rəsmən elan edilib

10:29
19 Aprel

Yumurta min bir dərdin dərmanıdır

10:21
19 Aprel

İranla ABŞ arasında uranla bağlı fikir ayrılığı davam edir

10:16
19 Aprel

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyi üzrə əməkdaşlıq nəzərdən keçirilib  

10:11
19 Aprel

Azərbaycanın D-8 daxilində aktiv fəaliyyəti yüksək qiymətləndirilir

10:01
19 Aprel

Nazirlər təhlükəsizlik çağırışlarının aradan qaldırılmasında dialoq və diplomatiyanın rolundan danışıblar

09:53
19 Aprel

Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq çoxşaxəli xarakter daşıyır

09:41
19 Aprel

TDT-nin gücü onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunub – nazirlərin qeyri-rəsmi iclası  

09:36
19 Aprel

Azərbaycan-Türkmənistan münasibətləri: Hörmət və etimada əsaslanan tərəfdaşlıq möhkəmlənir

09:29
19 Aprel

Media: Şimali Koreya bir neçə ballistik raket buraxıb

09:27
19 Aprel

Portuqaliyalı nazirə sülh gündəliyi və atılan addımlar barədə məlumat verilib

09:21
19 Aprel

Azərbaycan ilə Əlcəzair münasibətlərinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

09:13
19 Aprel

Azərbaycan Afrika qitəsi ölkələri ilə əlaqələrin daha da inkişafına xüsusi əhəmiyyət verir

09:08
19 Aprel

Azərbaycan ilə İordaniya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər artırılır

08:59
19 Aprel

Azərbaycanın NATO ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirilib

08:47
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!