11 Dekabr 2025 08:55
3049
Oxucu məktubları
A- A+
Əbədi yaşayan mərdlik nümunəsi

Əbədi yaşayan mərdlik nümunəsi


Vətəni ürəkdən sevənlər, məqamında canını ona fəda edənlər əbədi bir ömür qazanırlar. Astaranın Əzərüd kəndində boya-başa çatan Pəncəli Teymurovun həyatı buna nümunədir. 

Astara elinin şəhidliyi Vətən sevgisindən başlanan igid oğlu 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarına qarşı son nəfəsinə qədər qəhrəmanlıqla döyüşüb. Onun kimi igidlərin torpağa axıtdıqları qanın hesabına Lələtəpədə ilk qələbə bayrağımız dalğalanıb. Odur ki, aramızda olmasalar da, adları çəkiləndə Azərbaycan xalqı qürur hissi keçirir. 

Bu günlər Azərbaycan Yazıçılar İttifaqının cənub bölgəsi və Astara Pedaqoji Kollecinin təşkilatçılığı, şəhidlərin ailə üzvlərinin iştirakı ilə qəhrəmana həsr olunmuş tədbir keçirilib. Pəncəli Teymurovun xatirəsi ehtiramla yad edilib, Vətən uğrunda xidmətləri, hərbçi kimi yüksək peşəkarlıq, şücaət və mərdlik göstərməsi barədə danışılıb. Astara Pedaqoji Kollecinin direktoru, professor, şəhid atası Kamran Kazımov, kollecin Maliyyə-informatika və qida təhlükəsizliyi şöbəsinin müdiri, şəhid xanımı Nuranə Fərəcova bildiriblər ki, Pəncəli Vətən, torpaq uğrunda şəhidliyi ilə özünə əbədi abidə ucaldıb. İndi kiçik də, böyük də onunla fəxr edir. Ən böyük qürur yerimiz olmaqla o, qəlbimizdə əbədi yaşayacaq, hər an ehtiramla xatırlanacaq.

Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ev-muzeyində olublar.

Qeyd edək ki, "Qoca" ləqəbli əfsanəvi kəşfiyyatçı Pəncəli Nurməhəmməd oğlu Teymurov əsgəri borcunu şərəflə yerinə yetirdikdən sonra - 1999-cu ildən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Vətənin keşiyində dayanıb. Nümunəvi xidməti ilə bir çox medala və mükafata layiq görülüb. O, 2016-cı il Aprel döyüşləri zamanı ölüm-dirim savaşı meydanında 35 yaşında şəhidlik məqamına ucalıb. Ölümündən sonra 2016-cı ildə "Vətən uğrunda" medalı, 2025-ci ildə isə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 


Zəfər ORUCOÜLU

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açılıb

17:04
13 Mart

Pit Heqset: İranın daxilində 15 mindən çox hədəfə zərbə endirilib

16:57
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah” YENİLƏNİB 

16:56
13 Mart

Belçika şirkəti Azərbaycanın külək enerjisi potensialını dəyərləndirir  

16:45
13 Mart

İlk dəfə olaraq kosmosda asteroidin istiqamətini dəyişmək mümkün olub

16:33
13 Mart

Azərbaycan Müdafiə Nazirliyi: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik  

16:32
13 Mart

Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq genişlənir  

16:31
13 Mart

ECOLEAD layihəsi çərçivəsində 200-dən çox ağac əkilib

16:31
13 Mart

Ahmedou Ould-Abdallah: Afrika qlobal iqtisadiyyatda cəmi 2 faiz paya malikdir  

16:28
13 Mart

İqtisadiyyat naziri UNCTAD baş katibi ilə beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyətini dəyərləndirib  

16:19
13 Mart

Maltanın sabiq Baş naziri: Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir  

16:12
13 Mart

Cenevrədə Hindistanda siqh icmasına və digər etnik qruplara qarşı repressiyalara dair konfrans təşkil olunub  

16:03
13 Mart

Bakı Forumu çərçivəsində Orta Dəhliz və Avrasiya bağlantısı ətrafında müzakirələr aparılıb YENİLƏNİB 

16:01
13 Mart

Süni intellekt proqramlarından istifadə yolu ilə qadınları şantaj edən şəxs saxlanılıb  

15:58
13 Mart

Eka Tkeşelaşvili: Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir

15:57
13 Mart

Azərbaycanda orta illik inflyasiya açıqlanıb

15:53
13 Mart

İrandan Azərbaycana daha 15 nəfər təxliyə olunub  

15:49
13 Mart

Omana PUA hücumu olub, 2 nəfər ölüb  

15:43
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah”  

15:41
13 Mart

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:39
13 Mart

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

15:38
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!