07 Dekabr 2024 08:50
864
Mədəniyyət
A- A+
"Duyğular işığında" sərgilənən əsərlər

"Duyğular işığında" sərgilənən əsərlər


Bakı Fotoqrafiya Evində dekabrın 5-də Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü, Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri namizədi, dosent Nigar Bağırovanın "Duyğular işığında" adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.

Açılış mərasimini giriş sözü ilə açan Əməkdar jurnalist, pedaqoq, "Azad Azərbaycan" Teleradio Şirkətinin Bədii Şurasının sədri, Bakı Slavyan Universitetinin professoru Etibar Babayev sərginin gözəl bir məkanda açıldığına diqqəti çəkib: "Qədim İçərişəhərin bu gözəl məkanında çox böyük niyyətlə, çox böyük həvəslə işləyib ərsəyə gətirdiyi əl işlərini nümayiş etdirmək üçün Nigar Bağırova çox zəhmət çəkib". "Duyğular işığında" sərgilənən əsərlərin bu böyük zəhmətin bəhrəsi olduğuna, müəllifin öz arzularına, məqsədinə çatdığını bildirən Etibar Babayev Nigar Bağırovaya yeni yaradıcılıq uğurları arzulayıb. 

Sonra Etibar Babayev sərgi barədə təəssüratlarını bölüşmək üçün Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafında xidmətləri olan Xalq rəssamı Arif Hüseynova söz verib. 

Nigar Bağırovanın  yaradıcılığından və təşkil olunmuş sərginin əhəmiyyətindən danışan Arif Hüseynov təqdim edilən əsərləri yüksək dəyərləndirib: "Mən sərgilərdə çox olmuşam. Amma bu sərgidə həm fotoqraf, həm də rəssamın əsərləri nümayiş olunur". Hər bir əsərin çox maraqlı, diqqətçəkən olduğunu qeyd edən Arif Hüseynov bildirib: "Nigar Bağırova dünya incəsənətinə, böyük sənətkar Rodenin heykəllərinə müraciət edib. Onun rəngkarlıq versiyaları var. Bu da maraqlı bir versiyadır. Bir-birini tamamlayan əsərlərdir". Xalq rəssamı əmin olduğunu bildirib ki, Nigar Bağırovanın "Duyğular işığında" fərdi sərgisi maraqla qarşılanacaq.

Arif Hüseynovun təbrikini və xoş sözlərini Nigar Bağırovanın fərdi sərgisinə, eləcə də bütövlükdə yaradıcılığına yüksək qiymət hesab edən Etibar Babayev sözü sənətşünas Rafael Gülməmmədova verib. Sənətşünas sənətlə məşğul olmaq istəyini təqdir edərək deyib: "Sənətlə məşğul olmaq əbədiyyətlə qovuşmaq deməkdir. Əbədiyyət istəyi isə hər bir insanda olmur. Əbədiyyətlə qovuşmaq cürət, comərdlik tələb edir. Nigar xanımda bu keyfiyyətlər var. Bu çox sevindiricidir. Mən dəfələrlə Nigar Bağırovanın emalatxanasında olmuşam. Sənət barədə maraqlı söhbətlərimiz, müzakirələrimiz olub. Nigar xanım müəyyən tənqidə, məsləhətə, fikirlərə, əlavələrə açıqdır. Bu çox yaxşı keyfiyyətdir. Sonuncu dəfə emalatxanasında olanda Nigar Bağırova mənə yeni əsərlərini göstərdi. Sözün açığı, Fransaya səfəri, Roden muzeyini ziyarət etməsi və onun təsiri altında yaratdığı tablolar mənə çox maraqlı göründü. Hesab edirəm ki, Nigar xanımın yaradıcılığının bu dövrü digər dövründən keyfiyyətcə çox-çox fərqlənir. Sərgidə bunun şahidi olmaq mümkündür. Nigar xanım Roden kimi bir sənətkarın yaradıcılığını öz daxili dünyasından keçirib onu özü hiss etdiyi kimi təsvir edib. Biz burada bir rəssamın digər rəssamın yaradıcılığını öz içərisindən keçirərək o sənətdən aldığı təmasları əks etdirmək istəyində olduğunu görürük. Nigar xanım çox uğurlu bir addım atıb. Sənət xarici dünyanı öz içindən keçirib, şəxsi, individual qiymətini verməkdən ibarətdir. Öz qiymətini verən şəxs rəssam adlanır".

Açılış mərasimində çıxış edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın həqiqi üzvü, millət vəkili Rafael Hüseynov Nigar Bağırovanın fərdi sərgisinin açılmasını uğurlu addım hesab edib: "Bir şair üçün cəmiyyətə təqdimin yolu hansısa auditoriyadır. Səhnədən şeirlərini oxuyur, insanlara yazdığı misraları çatdırır, ya da cəmiyyətə kitabını təqdim edir. Bir musiqiçi üçün insanlarla təmas onun konsertlərindən başlanır. Bir rəssam üçün isə sərgidən vacib özünü ifadə etmək meydanı yoxdur. Rəssam emalatxanasında oturub ömrü boyu şəkillər çəkə bilər. Həmin şəkilləri cəmiyyətə göstərməsə, onu rəssam kimi tanımayacaqlar. Ona görə də sərgi həm də müxtəlif gözlərin sənin yaradıcılığına baxması deməkdir, kimisi tənqid edir, kimisisə hansısa təəssüratını bölüşür. Bunların hamısı rəssama impulslar verir ki, gələcəkdə yaradıcılığını daha mükəmməl bir səviyyəyə çatdırsın. Rəssam olmaq üçün gərək dünyanı da, insanları da, rəngləri də fərqli görə biləsən. Rənglərin çalarları da məlumdur. Baxmayaraq ki, o çalarlardan, daha təkrarsız yeni çalarlar yaratmaq mümkündür. Amma hər halda o qamma bəllidir. Birincisi, gözlər lazımdır ki, o çalarların müxtəlifliyini, o rənglərin içərisindəki isti, soyuğu görə bilə. İkincisi, o fırçanı idarə edə, rənglərin ahəngini qura bilməlisən. Sənin fırçanda bir plastika olmalıdır. Bunların hamısı Nigar Bağırovada var".

"Duyğular işığında" adlı fərdi sərgisinin həyəcanını və sevincini bölüşən Nigar Bağırova bilirdi ki, hər bir rəssam istəyir onun əl işlərini görsünlər, bəyənsələr və ya  bəyənməsələr də, bir söz desinlər: "Azərbaycandan kənarda çox sərgilər keçirmişəm. Həmişə azərbaycanlı olmağımla qürur duymuşam. Fəxr edirəm ki, Azərbaycanda dünyaya göz açmışam, bu ölkədə boya-başa çatmışam. Mənə bu sənətlə məşğul olmağa şərait yaradan ailəmə təşəkkürümü bidirirəm. Bütün azərbaycanlı qızlara, qadınlara isə demək istəyirəm ki, həyat qısadır, amma çox gözəldir. İnsan elə bilir ki, bu işi gördü, bitdi... Yox, belə deyil. İnsan nəyəsə yenidən başlamaqdan çəkinməməlidir. Sanki bir vərəqi tamamlayıb digərinə keçməlisən. Həyatın elə anları, elə dəqiqələri olur ki, hər şeyi dəyişir. Biologiya elmləri namizədi, dosent olan bir insan bir gün rəssam ola bilir. Fikrimcə, danışmağı sevməyən insan kimi kətana duyğularımı köçürmək mənim üçün daha asandır. Çünki mənə elə gəlir ki, insan öz sirrini özündə saxlamalıdır. Kətan danışmır, səsi gəlmir. Kətanı görürlər, duyurlar, düşünürlər..."

Nigar xanım Azərbaycanın təbiətindən, mədəniyyətindən, incəsənətindən, milli-mənəvi dəyərlərindən heyranlıqla, vurğunluqla söz açdı: "Bizim dağları çəkərkən muğamlarımızı, xalq mahnılarımızı düşünməmək mümkün deyil. Bizim vətənimiz çox gözəldir. Biz istedadlı xalqıq. Odur ki, bu xalqın çox dəyərli insanları, böyük sənətkarları olub. Azərbaycanın görkəmli şəxsiyyətlərini, onların ölməz əsərlərini dünyaya tanıtmalıyıq. Ölkəmizin təbiətinin tayı-bərabəri olmayan gözəlliklərini göstərməliyik. Bütün bunları etmək üçün hər birimiz öz bacardığımızı, əlimizdən gələni əsirgəməməliyik".

Qeyd edək ki, "Duyğular işığında" sərgisi dekabrın 10-dək davam edəcək.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!