23 Yanvar 2023 17:53
5488
DÜNYA
A- A+
Dünyanın indiyədək qalan ən qədim ağacları

Dünyanın indiyədək qalan ən qədim ağacları

Dünyanın ən qədim yeddi ağacı təbiətin həqiqətən nə qədər güclü və davamlı ola biləcəyini göstərir. İqlim dəyişikliyi səbəbindən illər ərzində bir çox ağac növlərinin nəsli kəsilib, lakin çox sayda ağac növləri sağ qalıb və bu gün də böyüyür. Bir ağacın neçə yaşı olduğunu dəqiq öyrənmək çətindir, çünki bunun üçün bir çox fərqli amillər var.

AZƏRTAC xəbər  verir ki, dünyanın ən qədim ağaclarından bəziləri indiyədək qalmaqdadır və tarix boyu böyük hadisələrin şahidi olub. Belə ki, dünyanın ən yaşlı ağacı nə az, nə çox, düz 80 min yaşlı Pandodur. Bu ağac ABŞ-ın Yuta ştatında, Fişleyk Milli Meşəsində yerləşir.

Jurupa palıdının yaşı isə 13 min ildir. Bu ağac ABŞ-ın Kaliforniya ştatında, Jurupa dağlarında bitir. Ağacın növü Palmer palıdıdır və 2009-cu ildə aşkar edilib.

2008-ci ildə İsveçin Dalarna əyalətinin Fulufjället dağında aşkar edilmiş Tjikko ağacının isə 9500 yaşı var. Növü Norveç ağacıdır. Bu növ təxminən 600 ildən bir eyni yerdə yeni bir gövdə salmaq və yenidən böyümək qabiliyyəti ilə tanınır. Ağacın yaşını onun kök sistemi vasitəsilə öyrənmək mümkündür.

Metuselah 4852 yaşlı şam ağacıdır. Bu ağac Kaliforniyanın İnyo qraflığında yerləşir. Ətrafı digər qədim ağaclarla əhatə olunduğundan, onun dəqiq yeri ictimaiyyətə məlum deyil. Bu isə ağacın təbii qorunması və mümkün qədər uzun müddət qalması üçün mühüm amildir.

“Llangernyw Yew” ağacı 4000-5000 ildir ki, Uelsin Konvey əyalətindəki Llangernyw kəndində Müqəddəs Digain kilsəsinin həyətindədir. Bu ağac həm yerli folklor nağıllarının əsas simvoludur, həm də cəmiyyətdə xüsusi maraq oyadır.

Sarv-e Abarkuh isə Aralıq dənizi sərvidir və təxminən 4500 yaşı olduğu güman edilir. Ağac bütün dünyada diqqəti cəlb edib. Çünki əfsanəyə görə bu ağacı Zərdüşt peyğəmbər əkib.

Çilinin Alerce Kostero Milli Parkındakı Qran Abuelo ağacının 3648 yaşı var. Bu, Cənubi Amerikadakı ən qədim ağacdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İrandakı məktəblər distant təhsilə keçir

21:14
16 Aprel

Yeni tərcümə texnologiyası təqdim edilib  

21:04
16 Aprel

Azərbaycana idxal olunan avtomobillərin sayı azalıb

20:53
16 Aprel

Azərbaycana yeyinti məhsulları idxalı artıb

20:43
16 Aprel

ACE platformasından 2,1 milyon ton neft hasil edilib

20:36
16 Aprel

İnsanın qan təzyiqi riski içdiyi su ilə də bağlı ola bilər

20:24
16 Aprel

ABŞ-nin təyyarədaşıyan gəmisi son 50 ilin rekordunu qırıb

20:15
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

20:03
16 Aprel

Yaponiya Asiya ölkələrinə neft böhranı üçün 10 milyard dollar yardım ayırır

19:51
16 Aprel

Nizami Kino Mərkəzində “At gücü” sənədli filmi təqdim olunub  

19:48
16 Aprel

Çin iqtisadiyyatı sürətlə artır

19:42
16 Aprel

ABŞ-dən İrlandiyaya köçənlərin sayı son illərdə kəskin artıb

19:34
16 Aprel

Daha bir təqsirləndirilən şəxs Türkiyədən Azərbaycana ekstradisiya olunacaq

19:31
16 Aprel

Hindistanda qadınlarla bağlı yeni qanun layihəsi 

19:24
16 Aprel

Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir

19:06
16 Aprel

Aleksey Overçuk regionda nəqliyyat-logistika infrastrukturunun inkişafını yüksək qiymətləndirib

19:01
16 Aprel

Şahin Mustafayev: Azərbaycan–Rusiya əməkdaşlığında əsas istiqamət nəqliyyat-logistikadır

19:01
16 Aprel

Bərdədə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baxış olub  

18:57
16 Aprel

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

18:39
16 Aprel

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti ilə görüşüb

18:24
16 Aprel

Azərbaycanda sabit genişzolaqlı və mobil internetin sürəti artıb

18:18
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!