19 Fevral 2025 10:38
407
DÜNYA
A- A+
Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

NASA alimləri, planetimiz üçün potensial təhlükə yarada biləcək 2024 YR4 asteroidinin trayektoriyasını və fiziki xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirmək məqsədilə dünyanın ən güclü teleskoplarından biri olan “Ceyms Uebb” teleskopunu (JVST) bu obyektə yönəldəcək.

AZƏRTAC “The Independent” nəşrinə istinadla xəbər verir ki, sözügedən asteroid ilk dəfə 2024-cü ilin dekabrında kəşf edilib. İlkin hesablamalara əsasən, onun diametri 40 metrdən 90 metrə qədər dəyişir. Lakin onun Günəş sistemindəki trayektoriyası ilə bağlı yeni məlumatlar alimləri bu obyektin Yerlə toqquşma ehtimalını yenidən qiymətləndirməyə vadar edib. Mövcud hesablamalara görə, asteroidin 2028-ci ildə Yerə yaxınlaşması ehtimalı yüksəkdir, lakin onun trayektoriyası hələ də dəqiqləşdirilməlidir.

Alimlər asteroidin optik xüsusiyyətlərinə əsaslanan ölçülərin qeyri-müəyyən olduğunu bildirirlər. Ceyms Uebb” teleskopununun infraqırmızı diapazonda müşahidə aparmaq qabiliyyəti isə asteroidin istilik emissiyasını təhlil etməyə və onun real ölçüsünü daha dəqiq qiymətləndirməyə imkan verəcək. Bu tədqiqat çərçivəsində NASA, Avropa Kosmik Agentliyi (ESA) və Kanada Kosmik Agentliyi (CSA) birlikdə fəaliyyət göstərir. Teleskopun müşahidələri 2025-ci ilin mart ayında aparılacaq. Bu zaman asteroid teleskop üçün ən əlverişli mövqedə olacaq və müşahidələrin daha yüksək dəqiqliklə aparılmasına imkan yaradacaq. Məlumatların təhlili nəticəsində asteroidin trayektoriyası və fiziki xüsusiyyətləri ilə bağlı daha etibarlı proqnozlar vermək mümkün olacaq. Bu tədqiqatın nəticələri yalnız 2024 YR4 asteroidinin mümkün təhlükəsini qiymətləndirməyə deyil, həm də gələcəkdə potensial təhlükəli asteroidlərin aşkarlanması və müşahidəsi üçün metodologiyaların təkmilləşdirilməsinə töhfə verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FHN: Ağsudakı zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb  

10:43
18 Yanvar

Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fövqəladə iclası çağırılıb  

10:37
18 Yanvar

Ağsuda zəlzələ olub 

10:34
18 Yanvar

BMT-nin okeanla bağlı sazişi qüvvəyə minib

10:03
18 Yanvar

Kir Starmer: ABŞ-ın tarif tətbiqi tamamilə yanlışdır

09:41
18 Yanvar

Kosmonavtları Aya aparacaq raketin sınaqları başlayıb

09:03
18 Yanvar

Avropa İttifaqı ilə MERCOSUR arasında azad ticarət sazişi imzalanıb  

23:41
17 Yanvar

Müasir İncəsənət Muzeyində "Qeyzer" adlı müasir incəsənət sərgisinin açılışı olub  

23:03
17 Yanvar

Ukrayna Rusiyanın hava hücumundan müdafiə vasitələrini və dron anbarını vurub  

20:16
17 Yanvar

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!