09 Avqust 2024 08:19
1562
İQTİSADİYYAT
A- A+
Dünyanı "çənginə alan" internet şəbəkəsi

Dünyanı "çənginə alan" internet şəbəkəsi

 

Ondan uzaqlaşmaq bəşəriyyətin geri dönüşü deməkdir

 

Zaman o zamandır ki, internet həyatımızın bütün sahələrinə nüfuz edib. Böyük bir dünya olan bu şəbəkədən kənarda yaşamağın nə qədər çətin olduğunu hər an hiss edirik. Hər səhər yuxudan oyananda  ilk işimiz telefonu əlimizə götürüb internetə baş vurmaq olur:  görək nə var nə yox, hansı yeni xəbər var, dünyanın siyasi və iqtisadi xəritəsində nə baş verir?

İnternetin yarandığı ilk vaxtlar bunun sadəcə bir bina daxilində əlaqə vasitəsi olması bildirilmişdi, onun qısa bir zamanda  dünyanı "çənginə alacağı" təsəvvürlərə belə gəlməmişdi. İndi dünya internetlə "nəfəs alır", o, bir gün, bir saat olmasa, bəşəriyyət "boğular". İnternet hər şeydən əvvəl bir kitabxanadır. Dünənə kimi kitablardan öyrəndiyimizi, ensiklopediyalardan axtardığımızı indi kompüterdə, ya da müasir "ağıllı telefon"da internet dünyasına daxil olmaqla beynimizə, yaddaşımıza köçürürük. Quql axtarış  sistemi ilə tapa bilməyəcəyimiz bir şey yoxdur. Əlimiz çox asanlıqla ədəbiyyat, tarix, riyaziyyat, mədəniyyət, incəsənət, siyasət və iqtisadiyyatı əhatə edən bilgilərə çatır. İnternet vasitəsilə başqa-başqa ölkələrdə yaşayan insanlarla əlaqə yaradıb, digər xalqların mədəniyyətini, adət-ənənələrini öyrənir, üstəlik də öz ölkəmiz haqqında onları məlumatlandırırıq.

 Göründüyü kimi, XXI əsrdə cəmiyyətin formalaşmasına təsir edən ən mühüm amillərdən biri olan informasiya-kommunikasiya texnologiyalarının (İKT) insanların həyatında rolu getdikcə artır. Cəmi 50 il əvvəl kimsənin ağlına da gəlməzdi ki, gün gələcək, dünyanı cibində gəzdirəcəksən. İstədiyin zaman cibindəki telefonu açıb dünyada baş verən ən son xəbərləri öyrənəcəksən. Evdə, yolda, avtomobildə, qatarda, lap elə velosipeddə oturub dünyanın o başındakı  dostunla, tanışınla görüntülü danışa biləcəksən. Poçtalyonu elektron poçt əvəzləyəcək, məktubun bir göz qırpımında sahibinə çatacaq. Bu, adama yuxu kimi, nağıl kimi gələrdi. Amma bir gün yuxular çin olur, nağıllar da həqiqətə çevrilir - uçan xalçaların təyyarəyə çevrilməsi kimi.

1958-ci ildə SSRİ-nin kosmosa ilk süni peyk buraxması ABŞ-ni müasir texnologiyaların inkişafını sürətləndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPA yerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı. Öncə ABŞ-də yerləşən bütün radarların vahid şəbəkədə birləşdirilməsi işinə başlanıldı.  İlk addım olaraq Pentaqonda, Hərbi Hava Qüvvələri və Hava Hücümundan Müdafiə bazalarında, eləcə də digər məntəqələrdə yerləşən kompüterləri vahid şəbəkədə birləşdirmək qərara alındı.  Bu işi görmək üçün ABŞ-nin ən yaxşı kompüter mütəxəssisləri bir araya gətirildi. Uzun illər davam edən gərgin əmək və çoxsaylı tədqiqatlardan sonra  1969-cu il oktyabrın 29-da Kaliforniya Universitetindəki laboratoriyaların birində alimlər iki kompüteri vahid sistemdə birləşdirə bildilər. O zamandan həmin gün internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. Artıq 1971-ci ildə 15 müxtəlif obyektdə olan kompüterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuşdu. Sistemin adı ilk illər ARPANET idi. 1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən proqram yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə beynalxalq standart kimi təsdiqləndi.

 Avqustun 6-sı isə dünyada  ilk internet serveri günü kimi qeyd olunur. 1991-ci ilin bu günündə internet serveri  (World Wide Web) işə salınıb. Həmçinin internet səhifələr üçün standart olaraq "WWW" başlığı müəyyən edilib. Həmin gün Avropa Nüvə Tədqiqatları Təşkilatından (CERN) britaniyalı alim Tim Berners-Li dünyanın ilk internet saytını istifadəyə verib. Burada qlobal məlumat mübadiləsi üçün yeni texnologiya - müasir internetin inkişafı üçün əsas olan Ümumdünya İnternet Şəbəkəsi təsvir edilmişdi. Dünyanın ilk veb-saytını Cenevrədəki CERN-də Tim Berners-Li özünəməxsus "NeXT" markalı kompüterində yaradıb. Alimin fikirlərinə əsasən, layihə elm adamlarına məlumat axtarmağa və paylaşmağa kömək etməli idi. Tim Berners-Li 1989-cu ildə qlobal kommunikasiya sistemi olan Ümumdünya Şəbəkə ideyasını təqdim etdi. Onun rəhbəri Mayk Sendall konsepsiyanı "Qeyri-müəyyən, lakin maraqlı" kimi şərh etsə də, həyata keçirilməsinə icazə verib.

Son 20 il ərzində internet bəşəriyyətin yaşam tərzini dəyişib, dünyanın inkişaf  sürətini artırıb. İnternet sayəsində vaxtilə on illərlə, yüz illərlə davam edən müharibələr indi günlər sonra başa çatır. İnternetin ötürmə, çatdırma  sürətini kosmik sürətlə müqayisə etmək olar. Hazırda milyonlarla insan rəqəmsal mühitin sonsuz imkanlarından faydalanır. Artıq bir çox insan qazanclarını internet üzərindən əldə edir. Onlayn şirkətlərin sayı günbəgün artır.  Bəzən də iş elə gətirir ki, ofisə yollanmırsan, internetin əlindən tutub "evdən işləməli" olursan. Məsələn, 2020-ci ildə - COVID19-un cövlan etdiyi günlərdə ali və orta məktəblər, idarə, müəssisə və şirkətlər onlayn iş rejiminə keçmişdilər. Məcburiyyətdən doğan bu addım heç də əks nəticə vermədi.

İnternet həm də reklam üçün əla vasitədir. Şirkətlər fəal olaraq özlərini reklam etmək, tanıtmaq üçün internetdən istifadə edirlər. Əgər vaxtilə şirkət, firma və markalar məhsullarını televizya kanalları vasitəsilə reklam edir və müəyyən kütləyə öz şüarlarını çatdırırdılarsa, indi onların internetdəki reklamlarını, elanlarını bütün dünya asanlıqla əldə edir. 

Qeyd edək ki, müasir dövrdə internetdən, yəni İKT-dən iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması təsərrüfatların bazar infrastrukturunu (maliyyə, ticarət, biznes və s.) informasiya texnologiyaları əsaslarına çevirməyə imkan verir. Bu isə elektron biznes mühitinin texnoloji bazisinin, elektron kommersiyasının, informasiya-marketinq şəbəkələrinin yaradılmasını şərtləndirir. Müşahidələr göstərir ki, internet-texnologiyaların iqtisadiyyata tətbiqi yalnız ayrı-ayrı müəssisələr səviyyəsində deyil, makroiqtisadi səviyyədə də geniş imkanlar açmaq iqtidarındadır. Yeni iqtisadiyyatın yaranması tendensiyası yalnız mikroiqtisadiyyatda deyil, bütünlükdə iqtisadi münasibətlərin yenidən qurulması və təkmilləşdirilməsində müşahidə olunur.

Beləliklə, 1958-ci ildə ilk addımını ataraq yola çıxan internetin bugünkü  istifadəçilərinin sayı  dünya miqyasında 5,35 milyardı keçib. Bu, dünya əhalisinin 66,2 faizinin internetə çıxışı deməkdir.  İlk dəfə internetdən istifadə edənlərin  statistikasına nəzər salanda maraqlı bir fakt ortaya çıxır: 2023-cü ildə internet istifadəçilərinin sayında 1.8 faiz artım olub ki, bu da 97 milyon şəxs deməkdir.  Əvvəlki 2022-ci ildə isə internet istifadəçilərinin sayında 1.9 milyon artım olub. Bu, 98 milyon şəxsin ilk dəfə olaraq internetdən istifadə etməsinin rəqəmlə ifadəsidir. Dünyada milyonlarla internet saytı fəaliyyət göstərir. Milyonlarla insan internet vasitəsilə iş sahibi olur, milyardlarla  manat (dollar) maaş alır, sosial şəbəkələrdə - feysbuk, instaqram, yutub - dəqiqədə milyonlarla paylaşım olur.

Bütün bunlar həyatımızı həm asanlaşdırıb, həm də çətinləşdirib. Məsələnin asan tərəfi aydındır. Çətini isə odur ki, internetsiz "addım ata" bilmirik, həyatımızda olmaması ehtimalı bizi dəhşətə gətirir. Sanki zaman da internetsiz keçmir.  Görəsən, internet olmasa nə baş verərdi?  Ensiklopediyalara minlərlə manat pul ödəməli olacaqdıq, elektron poçt əvəzinə ənənəvi poçt xidmətinə möhtac qalacaqdıq, göndərdiyimiz məktubların üzərinə vurulan markalara minlərlə manat (dollar)  xərcləyəcəkdik. Dünyanın ucqarlarında, lap elə yaxın ərazilərdə  baş verən hadisələrdən xəbər tuta bilməyəcəkdik.

Amma internetin bəzi zərərli tərəflərini söyləməsək, məsələyə ədalətli yanaşmış olmarıq. Bu qədər faydalı olan internetin xoşagəlməyən tərəflərindən biri odur ki, ondan lazımsız, səmərəsiz istifadə etmək, kompüter qarşısında saatlarla, günlərlə oturmaq asılılıq yaradır. Gününü internetdə keçirən insanlarda psixoloji pozuntular müşahidə olunur, göz və baş ağrıları çoxalır. Bu hallarda təkcə bədən deyil, insan ruhən də yorulur. Bütün bunlar baş verməsin deyə internetdən səmərəli istifadə etmək daha yaxşıdır. Necə deyərlər, qidanın, nəfəsin, oksigenin də çoxu ziyanlıdır.

 

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:03
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:02
20 May

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə 

02:02
20 May

S.X.Rüstəmxanlının "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:01
20 May

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında

02:01
20 May

Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:00
20 May

"Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 27 aprel tarixli 394-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

02:00
20 May

“İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 24 sentyabr tarixli 370 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

01:58
20 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 10 yanvar tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən “İcazə Sistemi” haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

01:56
20 May

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

01:54
20 May

Bakıdakı WUF13 çərçivəsində Azərbaycan–Türkiyə şəhərsalma dialoqu aparılıb  

00:22
20 May

İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkanları nəzərdən keçirilib

23:29
19 May

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Cəbhə xətti genişlənə bilər  

23:01
19 May

Dünya mediası Prezident İlham Əliyevin WUF13-ün açılışındakı çıxışını geniş işıqlandırıb  

22:58
19 May

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb  

22:45
19 May

D-8 rəsmilərinin WUF13-də dayanıqlı şəhərlər və enerji keçidi ilə bağlı dialoqu baş tutub - YENİLƏNİB  

22:12
19 May

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır 

21:59
19 May

Tərtərdə vətəndaşların müraciətləri dinlənilib, təsərrüfatlara baş çəkilib  

21:39
19 May

WUF13 çərçivəsində qlobal mənzil böhranına dair müzakirələr aparılıb YENİLƏNİB

21:31
19 May

Azərbaycan ilə Esvatini arasında enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib  

21:28
19 May

WUF13: “Şəhərlər üçün süni intellekt – şəhərsalma və ağıllı, dayanıqlı icmaların qurulması” adlı panel sessiya keçirilib  

21:09
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!