Dünyada ikinci belə bir muzey yoxdur
Bu muzey dağlar diyarı Lerikdədir. Çünki dünyanın ən çox yaşayan insanları burdadır. 168 il ömür sürmüş lerikli Şirəli babanın "rekord"unu hələ təzələyən olmayıb.
Lerik Rayon Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. 2010-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin hazırda fəaliyyət göstərdiyi binanın açılışı olub. Muzeydə 2 ekspozisiya salonu və 1200-dən çox eksponat var. Üç əsr yaşı olan ütülər, hicab və paltarla dolu sandıqlar, gümüş qablar və kasalar, incəliklə toxunmuş corablar, hələ də öz parlaqlığını itirməyən, əl əməyi hesabına başa gələn xalçalar bu eksponatlar sırasındadır.
Uzunömürlülərin şəxsi əşyaları, fotoları da muzeyin qiymətli eksponatlarındandır. Muzeydə 168 il ömür sürmüş Şirəli Müslümov (1805-1973), 150 yaş yaşamış Mahmud Eyvazov (1809-1959), 145 ilin şahidi Məcid Ağayev (1835-1978), 134 il ömür sürmüş Qızıl Quliyeva, 113 yaşı başa vurmuş Məhbubə Fətullayeva və digər uzunömürlülər haqqında stendlər yaradılıb. Dədə-babalara məxsus etnoqrafik materialları - geyimləri, onlara yazılan məktublar, uzunömürlülük haqqında qəzet və jurnal materialları da muzeydə qorunur. Onu da qeyd edək ki, şəkillər muzeyə fransalı fotoqraf Frederik Laşop tərəfindən hədiyyə olunub.
Zəfər ORUCOĞLU,
Lerik rayonunun Bradi kəndi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fransada beş miqrant həlak olub
23 Aprel
Vladimir Putinin andiçmə mərasiminin tarixi məlum olub
23 Aprel
Ukraynanın itkiləri 500 minə çatıb - Şoyqudan AÇIQLAMA
23 Aprel
İran İsrailə görə Avropaya səsləndi
23 Aprel
"Şeytanın kometası" sürətlə planetimizə yaxınlaşır
23 Aprel
Ən böyük qara dəlik aşkar edilib
23 Aprel
“Nothing” yeni smartfonunu təqdim edəcək
23 Aprel
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilməri...
23 Aprel
Azərbaycan Prezidenti: Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə...
23 Aprel
Füzuliyə köçənlərə ödənişsiz danışıq sim-kartları hədiyyə edilib
23 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!