02 Mart 2024 08:40
679
İQTİSADİYYAT
A- A+
Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur

Dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur

 

Ekologiya bir elm kimi XX əsrin ikinci yarısında formalaşmışdır. Bunun  obyektiv  səbəbləri var idi. Dünyada əhalinin sayı artdıqca sosial-iqtisadi, maddi  problemlər də çoxalırdı. Üstəlik, əvvəllər insanlar aza qane olurdularsa, yaşayış standartları dəyişdiyi üçün onların istəkləri də artırdı.
Belə olan halda insan yaşayış ehtiyaclarını ödəmək üçün təbii ehtiyatları  talamağa başladı. Təbii ehtiyaclar isə tükənməz deyil. Ona görə də təbii ehtiyacla təbii ehtiyatlar  arasında "mübarizə" getdikcə qızışdı. Hətta o dərəcədə ki bəşəriyyət ekoloji fəlakətlə üz-üzə qaldı. İndi dünyanın bütün ekoloqları bu fəlakətin qarşısını almağın yollarını arayırlar. 
Bu gün təbiətin ən böyük bəlası antropogen təsirlərdir. Meşələrin və  heyvanların məhv edilməsi faciə, landşaft, iqlim və atmosferin çirklənməsi böyük təhlükədir. Bu faciə və təhlükə özünü anomal iqlim şəraitində, təbii fəlakətlərin artmasında və  ərzaq məhsulları istehsalının azalmasında qabarıq büruzə verir. 
Azərbaycan da zaman-zaman ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirir. Amma yenə də problemlər olur. Ölkəmizdə ekoloji problemlərin əsas mənbəyi qlobal ekoloji proseslər və onların lokal təsirləridir. Su mənbələrinin azalması, sənaye müəssisələrinin və nəqliyyatın atmosferi çirkləndirməsi kənd təsərrüfatında yararlı torpaqların sıradan çıxmasına səbəb olur. Üstəlik də biomüxtəliflik, meşələr, flora və fauna  yaxşı qorunmur. Sadalanan və sadalanmayan digər problemlər Azərbaycanda "yaşıl iqtisadiyyat", "yaşıl enerji" və "yaşıl zona" kimi vacib addımların atılmasını zəruri edir. Və bəri başdan qeyd edək ki, bu istiqamətdə təsirli tədbirlər də görülür. Onlardan biri elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını 2026-ci ilədək 24, 2030-cu ilə kimi isə 30 faizə çatdırmaqdır. Bu hədəfə çatmaq üçün  Prezident İlham Əliyev işğaldan azad edilmiş əraziləri  2021-ci ildə "yaşıl zona" elan etmişdir. Ötən iki il regionda bərpaolunan enerji mənbələrindən istifadəni artırmaq üçün "Masdar", "ACWA Power", "China Gezhouba Group Overseas Investment", "Total Energies", "Nobel Energy Management", bp kimi xarici şirkətlərlə əməkdaşlıq edilir. Bu istiqamətdə 230 MVt gücündə olan "Qaradağ" Günəş-Elektrik Stansiyasının istismara verilməsi daha əlamətdar hadisədir.
"Yaşıl iqtisadiyyat"ın  inkişafı ekoloji problemlərin həlli yolunda atılan ən gərəkli addımdır. Bu həm də təkcə Azərbaycanda deyil, bütün dünyada geniş vüsət alıb. Çünki ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün bu gün "yaşıl iqisadiyyat"ın genişləndirilməsi tələb olunur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi"dir. 
Qeyd edək ki, Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Müasir iqtisadiyyatda "təkrar emal" vacib məsələdir. İstehlak prosesindən sonra tullantıların bir qismini yenidən istifadəyə yararlı hala gətirməklə müxtəlif sahələrdə yaranan qıtlığın qarşısını almaq mümkündür. Ümumiyyətlə, yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsi sayılan təkrar emalda əsas məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır. 
Azərbaycanın gələcək iqtisadi inkişafı ekoloji təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası sahəsində görülən uğurlu işlərdən asılıdır. Bu istiqamətdə ölkədə həyata keçirilən tədbirlərin nəticələri əsas verir deyək ki, Azərbaycan dünyanın indiki ekoloji "dağıntılar" şəraitindən çıxması üçün gərəkli addımlar atır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi qərarı da bu səbəbdən dolayı  alınıb. Ona görə də deyə bilərik ki, dünya ekoloqlarının COP29-dan gözləntiləri çoxdur.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirləri arasında telefon danışığı olub  

11:40
26 Dekabr

Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğramasını araşdıran komissiya işləyir  

11:28
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR  

11:16
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar ombudsmanların işçi qrupunun fəaliyyəti davam edir  

11:07
26 Dekabr

FHN-in həkimi: Təyyarə qəzası nəticəsində xəsarət alan sərnişinlərdən üçünün vəziyyəti ağır qimətləndirilir  

10:48
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!