27 Fevral 2023 18:51
437
SİYASƏT
A- A+
Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı olub

Dünya Bankının məcburi köçkünlərlə bağlı layihəsi üzrə görülən işlərin təqdimatı olub

 

ADA Universitetində Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilati dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda bərpa və sülh quruculuğu üçün tədqiqat, təhlil və potensialın gücləndirilməsi” layihəsi üzrə görülən işlərin təqdimatı olub.

Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə qurumun sədr müavini Fuad Hüseynov təqdimatın Azərbaycanda “Heydər Əliyev İli”ndə keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirərək, ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində səmərəli dövlət siyasətinin formalaşmasının məhz Ulu Öndərin adı ilə bağlı olduğunu bildirib. Prezident İlham Əliyevin sosial siyasətin prioritet istiqaməti kimi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasını, məşğulluğunun artırılmasını daim diqqət mərkəzində saxladığı, birinci xanım Mehriban Əliyevanın onların problemlərinin həllinə xüsusi həssaslıq və təsirli dəstək göstərdiyi vurğulanıb.

Qeyd edilib ki, beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının ölkəmizdə məcburi köçkünlərlə bağlı məsələlərin həllinə dəstək verməsi məmnunluq doğurur. İyirmi ilə yaxındır bu sahədə Dövlət Komitəsi ilə əməkdaşlıq edən nüfuzlu maliyyə qurumunun yeni layihəsinin Qarabağda və Şərqi Zəngəzurda işğaldan azad edilmiş doğma yurd yerlərinə qayıtmağa hazırlaşan vətəndaşlarımızın sosial ehtiyaclarının öyrənilməsi, köçürülmənin və dayanıqlı məskunlaşmanın səmərəli təşkili üçün müvafiq tədbirlərin görülməsinin mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

ADA Universitetinin təqdimatın təşkilində əvəzsiz xidməti minnətdarlıq hissi ilə qeyd edilib və bu nüfuzlu təhsil ocağının da işğaldan azad edilmiş ərazilərə qayıdışın proqnozlaşdırılması və effektiv təşkili ilə bağlı böyük Zəfərdən dərhal sonra apardığı tədqiqatın nəticələri yüksək qiymətləndirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev və Dünya Bankının nümayəndəsi Kaldvel Erik Conson təqdimatı keçirilən layihə haqqında tədbir iştirakçılarına məlumat veriblər. Qeyd edilib ki, layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması, onlar üçün gəlir gətirən proqramların hazırlanmasıdır.

Bildirilib ki, layihə çərçivəsində məcburi köçkünlər arasında sorğular aparılıb və onların ehtiyacları qiymətləndirilib. “PGlobal” (Türkiyə) və “SİAR Azərbaycan” şirkətləri tərəfindən aparılan sorğular zamanı məcburi köçkünlərin sosial, iqtisadi, demoqrafik vəziyyəti, eləcə də məşğulluq, özünüməşğulluq ilə gəlir əldə etmək imkanları və bacarıqları haqqında məlumatlar toplanılaraq təhlil olunub.

Ölkəmizdə həyata keçirilən layihə üzrə Dünya Bankının məsləhətçisi, Nyu-Mexiko Dövlət Universitetinin professoru Sara Drayer tədbirə “Zoom” internet platforması vasitəsilə ABŞ-dan qoşularaq sorğunun nəticələri, toplanılan məlumatların xüsusiyyətləri barədə ətraflı danışıb.

Tədbirdə Prezidentin Şuşa və Zəngilan rayonunda xüsusi nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Məşğulluq Agentliyinin, İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Turizm Agentliyinin, KOBİA-nın, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin, TƏBİB-in, MEDİA-nın, ABAD-ın, Vəkillər Kollegiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Avropa İttifaqının, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT), BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığının (QAK), BMT İnkişaf Proqramının, Koreya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (KOİCA), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), həmçinin ölkəmizin vətəndaş cəmiyyəti institutlarının, məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində sual-cavab sessiyası təşkil olunub, müzakirələr aparılıb. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Dövlət Məşğulluq Agentliyinin sədr müavini Cəmaləddin Quliyev, BMqT Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Giorgyev, BMT QAK-ın Azərbaycan nümayəndəliyinin Proqram şöbəsinin müdiri Blaze Kojcevski, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov və məcburi köçkünlər təqdimatla bağlı fikir və mülahizələrini bildiriblər.

Layihə çərçivəsində aparılan sorğunun nəticələri bir daha təhlil ediləcək və Böyük Qayıdış üzrə birinci Dövlət Proqramına aid tədbirlərin icraçılarına təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!