10 Mart 2023 01:05
751
İQTİSADİYYAT
A- A+
Dövlətin sosial siyasətinin ana xətti - əhalinin işlə təminatı

Dövlətin sosial siyasətinin ana xətti - əhalinin işlə təminatı

 

Bu il fevralın 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 358,9 min nəfərdir. Onlardan 5 milyon 56,5 min nəfəri məşğul əhalidir. Keçən il ölkədə 71,3 min yeni iş yeri açılıb. Onların 91,4 faizi qeyri-dövlət sektorunda yaradılıb. 
Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi daim diqqət mərkəzində  olan məsələdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən  sosial islahatların ayrılmaz hissəsini təşkil edir. 2004-cü ildə  regionların sosial-iqtisadi inkişafına yönəldilən I Dövlət Proqramının icrasına start veriləndən üzübəri həyata keçirilən ardıcıl tədbirlər nəticəsində ölkədə çoxsaylı iş yerləri açılıb.
Buna ilk növbədə qeyri-neft-qaz sektorunun getdikcə irəliləməsi, iqtisadiyyatın diversifikasiyası və prioritet sahələrə irihəcmli investisiyaların yatırılması sayəsində yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması zəmin yaradıb. Əmək qabiliyyətli insanların işlə təmin edilməsi üçün eləcə də yeni yollar axtarılır, məşğulluğun yeni formaları tapılır, bu məqsədlə  daxili ehtiyat mənbələrindən geniş istifadə olunur.      
Əhalinin işlə təminatının daim diqqət mərkəzində olmasını Dövlət Statistika Komitəsinin təqdim etdiyi yuxarıda göstərilən və digər rəqəmlər də təsdiqləyir. Keçən il ölkədə yaradılmış 71,3 min yeni iş yeri həm mövcud, həm də yeni yaradılmış və fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda açılıb. Bu müəssisə və təşkilatlarda onların payı müvafiq olaraq belədir: 89,6 faiz, 8,8 faiz və 0,9 faiz. Yeni iş yerlərinin qalan 0,7 faizi digər tədbirlər üzrə yaradılıb. 
İş yerlərinin açılması zamanı coğrafiya da diqqət mərkəzində olub. Belə ki, iş yerləri təkcə paytaxtda və iri şəhərlərdə deyil, bütün bölgələrdə açılır. Bu bölgünü göstərən rəqəmlər də maraq doğurur. Məsələn, ötənilki yeni iş yerlərinin 80,2 faizi Bakı şəhərinin payına düşsə də, 0,6 faizi Naxçıvan Muxtar Respublikasında, 19,2 faizi digər regionlarda yaradılıb. Regionlarda açılan iş yerlərinin 3,3 faizi Abşeron-Xızı, 1,7 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Lənkəran-Astara, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 1,3 faizi Qazax-Tovuz, 2 faizi Şirvan-Salyan, 1,2 faizi Mərkəzi Aran, 1,3 faizi Qarabağ, 0,9 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarındadır.
Bununla yanaşı, 2022-ci il ərzində ölkədə 11,9 min iş yeri bağlanıb. Bunların 39,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 57,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar bağlanıb.    
Bu il  yanvarın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı  1 milyon 733,9 min nəfər olub. İqtisadiyyatın dövlət sektorunda 903,3 min, qeyri-dövlət sektorunda 830,6 min nəfər çalışıb. Neft-qaz sektorunda 31,7 min, qeyri-neft-qaz sektorunda isə 1 milyon 702,2 min nəfər cəmləşib.
Ölkədə istifadəyə verilən, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən yeni müəssisələr məşğulluq  məsələsinin həllinə töhfələrini verməkdədir. İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulan prioritetlər uğurla həllini tapır. Eyni zamanda qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının payı artır. Nəticədə həm də emal müəssisələri çoxalır. Bu isə ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın aradan qaldırılması ilə yanaşı, həm də yeni iş yerləri deməkdir. 
Əhalinin işlə təmin olunması sahəsində özünüməşğulluq da özünə geniş yer alır. Prezidentin tapşırığı ilə bu proqramın icrası zamanı şəhid ailələrinə və qazilərə üstünlük verilir.
Azərbaycan Respublikasının "Məşğulluq haqqında" qanununda  qeyd olunduğu kimi, özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Bu proqram  Prezidentin 7 aprel 2016-cı il tarixli  "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" sərəncamına əsasən  həyata keçirilir. Proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes-plana uyğun şəkildə istehsal və ya xidmət avadanlıqları ilə təmin olunur.  Bu, dövlət özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.
Özünüməşğulluq  vətəndaşlar üçün əlverişli qazanc formasıdır. Belə ki, hər ailənin öz büdcəsi olur, bunun sayəsində də insanlar müəyyən iş qura bilirlər. Əlbəttə, dövlətin köməyi ilə. Bu proqram insanların dolanışığını yaxşılaşdırmaqla yanaşı, iqtisadi inkişafa təkan verir. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində atılan uğurlu addımlardan biri də ictimai iş yerlərinin yaradılmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq proqramları ildən-ilə genişlənir. 2018-2022-ci illərdə agentlik on minlərlə şəxsi işlə təmin edib. Bu da onu göstərir ki, Azərbaycanda əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bunların da mühüm bir hissəsini yeni iş yerlərinin açılması təşkil edir.
 
Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb 

19:23
03 İyun

Nazir: “Əmək və Məşğulluq” altsistemi əmək münasibətlərinin vahid rəqəmsal platformasıdır  

19:22
03 İyun

Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub

19:21
03 İyun

Milli Məclisin sədri Qlobal Konfrans çərçivəsində bir sıra görüşlər keçirib

19:20
03 İyun

Energetika naziri Venesuela və İranın nazir müavinləri ilə enerji sektorunda əməkdaşlıq imkanlarını dəyərləndirib  

19:18
03 İyun

ISO-nun Turizm və əlaqədar xidmətlər üzrə Texniki Komitəsi indiyədək 61 beynəlxalq standart hazırlayıb  

19:18
03 İyun

Tarixi yaddaş və milli kimlik - panel müzakirə

19:16
03 İyun

“Reuters”: Donald Tramp İranın nüvə silahından imtina etməyə razı olduğunu bildirib

19:07
03 İyun

Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi – Bakıda I beynəlxalq elmi konfrans

19:06
03 İyun

Maldivlər 16 yaşından kiçik uşaqlarınn sosial şəbəkələrə girişini qadağan edir

18:54
03 İyun

Qarğıdalı sahələrinin sığortası davam edir

18:43
03 İyun

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!