19 Aprel 2022 00:41
1957
İQTİSADİYYAT
A- A+
Dövlətin dəstəyi sayəsində turizm özəl sektorun inkişaf edən sahəsinə çevrilib

Dövlətin dəstəyi sayəsində turizm özəl sektorun inkişaf edən sahəsinə çevrilib

 

Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-dək iqtisadi, sosialyönümlü assosiasiya və ittifaqı birləşdirmiş Azərbaycan Sahibkarlar Konfederasiyası ölkəmizdə iş adamlarının maraqlarını müdafiə edən və sahibkarlığın inkişafına dəstək verən əsas ictimai təşkilatlardandır. Ölkəmizin iqtisadi inkişafında onun özünəməxsus mövqeyi vardır.

Dövlət tərəfindən ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarlığın fəaliyyətinə verilən yüksək qiymət və Prezident İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi böyük diqqət və qayğıkeşlik biz sahibkarları daha əzmlə fəaliyyət göstərməyə sövq edir. Məlum olduğu kimi, dünya iqtisadiyyatını təhdid altında saxlayan COVID-19 pandemiyası Azərbaycandan da yan keçmədi. Lakin bu sınaqdan da alnıaçıq çıxdıq. 200 illik ruhumuzu birləşdirən 44 günlük Qarabağ savaşından qalib çıxmış millət və bu millətin sahibkarları olaraq Qarabağın əvvəlki şöhrətinin qaytarılmasında da öz töhfəmizi verəcəyik. Qarabağı və Şərqi Zəngəzuru dünyanın turizm mərkəzinə çevirəcəyik. 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi taleyüklü qərarlar özəl sektorun formalaşmasında mühüm rol oynamışdır. Məhz Heydər Əliyevin 2002-ci il aprelin 25-də sahibkarlarla keçirdiyi görüş özəl sektorun inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Yeri gəlmişkən, bildirək ki, "Sahibkarlar Günü" də bu səbəbdən məhz aprelin 25-də qeyd edilir.

Dünyanın bir çox ölkələrində ümumi daxili məhsulun formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin edilməsində, xarici ticarət balansının aktivləşdirilməsində əhəmiyyətli rol oynayan turizmin ölkəmizdə inkişafı da Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra qəbul etdiyi bir çox qərarlarla respublikamızda turizmin əsasını qoymuşdur. Ulu Öndərin tapşırığı ilə 70-ci illərdə Zaqatala və Şuşa şəhərlərinin turizm bazalarında yenidənqurma işləri başa çatdırılmış, Xankəndidə, Mingəçevirdə ekskursiya büroları açılmış, Qəbələdə "Qafqaz" və Nabranda "Dostluq" Turizm bazaları, Bakıda "Qarabağ" Turist Mehmanxanası fəaliyyətə başlamışdır.

1970-ci illərdən başlayaraq daxili turizmlə yanaşı, xarici turizmin inkişafına da diqqət artırılmışdır. 1973-cü ildə Bakıda ən böyük mehmanxana kompleksi olan 1042 yerlik "Azərbaycan", 1978-ci ildə isə 200 yerlik "Moskva" mehmanxanaları tikilib istifadəyə verilmişdir. O dövrdə həmçinin Zağulba qəsəbəsində "Sputnik" Gənclər Düşərgəsi yaradılmış və sonradan modernləşdirilərək Beynəlxalq Gənclər Turizm Mərkəzinə çevrilmişdir.

1978-ci ildə isə Respublika Nazirlər Sovetinin nəzdində Xarici Turizm İdarəsi yaradılmışdır. Həmin il "İnturist"in Bakı bölməsinin tabeliyində yerlərin ümumi sayı 1500 olan mehmanxanalar mövcud idi. Bu mehmanxanalarda SSRİ-nin digər respublikalarından Azərbaycana gələn nümayəndə heyətləri, mədəniyyət və idman tədbirlərinin iştirakçıları ilə yanaşı, turist qrupları da yerləşdirilirdi. Bu isə öz növbəsində Azərbaycanda beynəlxalq turizmin inkişafına təkan verirdi.

Bunlardan başqa, 1983-cü ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyevin birbaşa təşəbbüsü və rəhbərliyi ilə Xəzərin Azərbaycan sahillərində ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması barədə qərar qəbul edilmiş və Nazirlər Sovetinin 1984-cü il 2 oktyabr tarixli qərarına əsasən, Azərbaycan Respublikasında 2000-ci ilə qədərki dövrü əhatə edən turizmin inkişafı sxemi qəbul olunmuşdur.

Müstəqilliyin ilk illərində Azərbaycandan turist kimi xaricə gedənlərin sayı çox idi. Sərhədlərin açılması, gediş-gəlişin liberallaşdırılması, ölkədəki dükan-bazarların boşluğu əhalinin xaricə, xüsusən qonşu ölkələrə üz tutmasını şərtləndirirdi. Belə vəziyyəti görən və turizmdən uzaq olan bəzi "işbazlar" vətəndaşların əmlakını talamaqla, xarici tərəfdaşlarını aldatmaqla məşğul olmağa başlamışdılar.

Bunun qarşısının alınması üçün turizm sahəsinin dövlət tərəfindən tənzimlənməsinə  ehtiyac var idi. Turizmin dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi turizm fəaliyyətinin məqsəd, prinsip və vəzifələrinə tam cavab verən yeni yanaşma tələb edirdi. Odur ki, Heydər Əliyevin tapşırığı ilə "Turizm haqqında" Azərbaycan Respublikasının Qanunu hazırlandı və 1999-cu ildə Milli Məclis tərəfindən qəbul edildi.

Azərbaycanda turizmin potensial imkanlarını yüksək qiymətləndirən və bu sahənin inkişafı üçün yollar arayan Heydər Əliyevin 18 aprel 2001-ci il tarixli Sərəncamı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılandan sonra bu sahədə geniş işlər görülməyə başlandı. Həmin ilin sentyabrında Ümummilli Liderin xeyir-duası ilə ölkəmiz Ümumdünya Turizm Təşkilatının üzvlüyünə qəbul olundu.

Heydər Əliyevin Sərəncamı ilə "2002-2005-ci illər üçün turizmin inkişafının Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda turizmin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, turizm sahəsində çalışan sahibkarların dəstəklənməsi, bu sahədə kiçik və orta sahibkarlığın inkişafı, mövcud turizm obyektlərinin yenidən qurulması ilə yanaşı, yenilərinin yaradılması, turizmin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər tədbirlər müəyyənləşdirilmişdir.

Beləliklə, tam məsuliyyətlə demək olar ki, Azərbaycan turizmi bu gün əldə etdiyi nailiyyətlərə görə dahi şəxsiyyətə - Heydər Əliyevə borcludur. Turizm sektoru bu gün Ümummilli Liderin uzaqgörənliklə müəyyən etdiyi yolla inkişaf zirvəsinə doğru inamlı addımlarla irəliləyir. Təsadüfi deyil ki, 2003-cü ildən Ümummilli Liderin yolunu inamla davam etdirən Prezident İlham Əliyevin xüsusi diqqət göstərdiyi prioritet istiqamətlərdən biri də məhz Azərbaycanda  turizmin inkişafıdır. Turizm sektoru daim dövlət başçısının diqqət mərkəzindədir.

 

Ruslan QULİYEV,

Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin üzvü, 

"Millenium Turizm" şirkətinin rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!