26 May 2026 04:58
836
Nazirlər Kabineti
A- A+
Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

Dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan əməkdaşları üçün mənzil kirayəsi xərclərinin ödənilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında


№ 157


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki:

1.1. dövlət orqanlarının işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan, qeydiyyat ünvanı iş (xidmət) yerindən 50 km-dən artıq uzaqda yerləşən (hərbi qulluqçulara münasibətdə bu şərt nəzərə alınmadan) əməkdaşları üçün mənzil kirayəsinə görə hər ay 100 manat məbləğində vəsait ödənilir;

1.2. bu Qərarın 1.1-ci bəndində nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərdə işləyən və ya xidmətdə olan ailə üzvlərindən yalnız biri üçün ödənilir;

1.3. bu Qərarın 1.1-ci bəndində nəzərdə tutulan şəxslərlə birlikdə yaşayan və 3 nəfərdən artıq olmamaqla hər bir ailə üzvü üçün 50 manat məbləğində əlavə vəsait ödənilir.

2. Dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, bu Qərarın 1-ci hissəsində göstərilən şəxslərin sayı haqqında hər il iyulun 1-nə olan məlumatın işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri və ya müvafiq ərazidə çoxmənzilli binaların idarə edilməsi sahəsində fəaliyyət göstərən qurumlarla (bundan sonra – səlahiyyətli qurumlar) razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki:

3.1. hər il dövlət büdcəsinin layihəsində mərkəzləşdirilmiş xərclər üzrə bu Qərarın 1-ci hissəsində göstərilən şəxslər üçün mənzil kirayəsi ilə bağlı xərclərin ödənilməsi məqsədilə vəsait nəzərdə tutsun;

3.2. hər ay üzrə müvafiq səlahiyyətli qurumlarla aidiyyəti dövlət orqanları arasında bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan şəxslərin sayı ilə bağlı razılaşdırılmış üzləşmə aktına əsasən müvafiq vəsaitin aidiyyəti səlahiyyətli qurumlara ödənilməsini təmin etsin;

3.3. dövlət büdcəsinin layihəsinin tərtibi zamanı müvafiq ərazidə bərpa, tikinti və idarəetmə xidmətləri həyata keçirən publik hüquqi şəxslərə dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün proqnozlaşdırılacaq məqsədli vəsaitin həcminin bu Qərara əsasən mənzil kirayəsinə görə ödəniləcək vəsaitin həcmi qədər azaldılmasını təmin etsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 319 (Cild I); 2024, № 3, maddə 326, № 5 (II kitab), maddə 612; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 dekabr tarixli 519 nömrəli Qərarı) ilə təsdiq edilmiş 4 nömrəli əlavə – “Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi Qaydası”na aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bu Qaydanın 1-ci hissəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xidmətdə olan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə şamil edilmir.”.

5. “Hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 iyul tarixli 171 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 7, maddə 638 (Cild I); 2025, № 12 (II kitab), maddə 1257) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bu Qərarın 1-ci hissəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə şamil edilmir.”.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 iyul tarixli 112 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 741 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Prokurorluq orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan prokurorluq işçilərinə və onların ailə üzvlərinə pul kompensasiyasının məbləği və verilməsi Qaydası”na aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

“1-1. Bu Qaydanın 2-ci və 2-1-ci hissələri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xidmətdə olan prokorurluq işçilərinə və onların ailə üzvlərinə şamil edilmir.”.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 5, maddə 567 (Cild I); 2024, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”na aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilsin:

“1.3. Bu Qaydanın 2-ci hissəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xidmətdə olan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə şamil edilmir.”.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyul tarixli 358 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 919) ilə təsdiq edilmiş “Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası”na aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilsin:

“1.3. Bu Qaydanın 2-ci hissəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xidmətdə olan ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə şamil edilmir.”.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 4 sentyabr tarixli 391 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 9, maddə 1054) ilə təsdiq edilmiş “Yaşayış yerindən kənarda yerləşən vergi orqanında xidmətə qəbul olunması və ya vergi orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq yaşayış yeri olmayan vergi orqanının vəzifəli şəxsinə və onun ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi Qaydası və məbləği”nin 1-ci hissəsinin mətni 1.1-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 1.2-ci bənd əlavə edilsin:

“1.2. Bu Qaydanın 2-ci hissəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xidmətdə olan vergi orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə şamil edilmir.”.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 6 sentyabr tarixli 407 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 9, maddə 1070) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi Qaydası və məbləği”nın 1-ci hissəsinin mətni 1.1-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 1.2-ci bənd əlavə edilsin:

“1.2. Bu Qaydanın 2-ci hissəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində xidmətdə olan gömrük orqanlarının işçilərinə və onların ailə üzvlərinə şamil edilmir.”.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 20 fevral tarixli 36 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 197) ilə təsdiq edilmiş “Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi Qaydası”nın 2.5-ci bəndi ləğv edilsin.

12. Bu Qərarın 1-ci, 4-11-ci hissələri 2027-ci il yanvarın 1-dən qüvvəyə minir.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 21 ” “ may ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DÇ-2026: Seneqal İraqı darmadağın edib

02:21
27 İyun

Futbol üzrə dünya çempionatı: Fransa Norveçi məğlub edib

01:44
27 İyun

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub

22:53
26 İyun

Zelenski: Ukrayna Rusiyaya müharibənin sona çatması ilə bağlı təkliflər verib

22:17
26 İyun

Vitse-qubernator: Qarabağda uşaq bağçasının tikintisi Azərbaycanla dostluğun rəmzidir  

21:57
26 İyun

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

21:46
26 İyun

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

21:30
26 İyun

Tramp: İranın dron hücumu atəşkəs sazişinin pozulmasıdır

20:41
26 İyun

Peskov Rusiyanın ABŞ-nin gələcək vasitəçilik səylərinə açıq olduğunu bildirib  

19:37
26 İyun

Bakı AQEM Gənclər Şurasının 9-cu iclasına ev sahibliyi edib

19:17
26 İyun

Venesuelada baş verən zəlzələnin qurbanlarının sayı artır

18:26
26 İyun

Hərbi qulluqçuların sağlamlığı daim diqqət mərkəzindədir  

17:47
26 İyun

MDB İqtisadi Şurası 2030-cu ilədək əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

17:33
26 İyun

Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin vəziyyəti müzakirə olunub

16:57
26 İyun

Ukrayna və Rusiya arasında əsirlərin mübadiləsi baş tutub

16:53
26 İyun

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib

16:34
26 İyun

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib  

16:08
26 İyun

Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin gücünün və müstəqilliyimizin etibarlı təminatçısıdır

15:48
26 İyun

Silahlı Qüvvələr Günü Bərdədə hərbçilərin yürüşü ilə qeyd edilib

15:47
26 İyun

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub

15:41
26 İyun

Türkiyə hökuməti və iqtidar partiyası Azərbaycan Silahlı Qüvvələrini təbrik edib

15:28
26 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!