22 Yanvar 2025 12:42
120
CƏMİYYƏT
A- A+
Dövlət Komissiyasının işçi qrupu ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında tədbirlər planı imzalanıb  

Dövlət Komissiyasının işçi qrupu ilə Ədliyyə Nazirliyinin Penitensiar xidməti arasında tədbirlər planı imzalanıb  


“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.9-cu yarımbəndinə müvafiq olaraq, Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2024-cü ilə dair imzalanmış birgə Tədbirlər Planına əsasən aidiyyəti qurumların nümayəndələrini cəlb etməklə Penitensiar xdmətin Mühafizə alayında və müəssisələrində əməkdaşlar üçün təlimlər keçirilib, cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işi aparılıb, o cümlədən üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 20 ədəd yeni sosial lövhə quraşdırılıb.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.

Görülən işlərin davamlılığının təmin edilməsi və cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən 2025-ci il üçün də birgə yeni “Tədbirlər Planı” təsdiq edilib.

Tədbirlər Planı çərçivəsində müvafiq mövzuda Penitensiar xidmətin əməkdaşları üçün təlimlərin keçirilməsi, cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının təqdim olunması nəzərdə tutulub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UEFA Çempionlar Liqası: "Barselona"dan möhtəşəm geridönüş  

14:47
22 Yanvar

66 saylı Saatlı seçki dairəsi üzrə maarifləndirici treninqlər 282 komissiya üzvünü əhatə edir  

14:46
22 Yanvar

Avropa İttifaqı indiyədək Ukrayna üçün 134 milyard avro xərcləyib

14:42
22 Yanvar

Media: Tramp Ukrayna münaqişəsini 100 günə həll etməyi tapşırıb

14:29
22 Yanvar

DSMF: Ötən il 251 minə yaxın təyinat proaktiv qaydada aparılıb

14:27
22 Yanvar

Baş Prokurorluq: Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 54,4 milyon dollar ölkəyə qaytarılıb

14:22
22 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhərləri siyahısına başçılıq edir

14:21
22 Yanvar

Hicran Hüseynova: Valideynlərini itirmiş uşaqlar orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin ediləcək  

14:18
22 Yanvar

Deputat: “Reyuniyonun koloniyadan dənizaşırı əraziyə çevrilməsi də vəd edilən bərabərliyi gətirməyib”

13:54
22 Yanvar

21 saylı Nəsimi-Binəqədi seçki dairəsində treninqlər başa çatıb

13:23
22 Yanvar

Türkiyənin ölkəmizdəki səfiri Qərbi Azərbaycan İcmasına vida ziyarəti edib

13:22
22 Yanvar

Ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi 21 faiz artıb

13:21
22 Yanvar

Sabahın hava proqnozu açıqlanıb

13:20
22 Yanvar

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Ukrayna Prezidenti ilə görüşüb

13:19
22 Yanvar

Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri doğma sakinlərini qoynuna almağa hazırlaşır 

13:18
22 Yanvar

Yevlaxda aşağı seçki komissiyalarının üzvləri üçün treninqlər təşkil edilib

13:16
22 Yanvar

Türkiyənin 43 əyalətində terrorçuluqda şübhəli bilinən 240 nəfər saxlanılıb

13:15
22 Yanvar

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

13:14
22 Yanvar

Şəkidə aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər başa çatıb

13:10
22 Yanvar

Ballıcada rahat və təhlükəsiz yaşayış üçün hər cür şərait yaradılıb

13:08
22 Yanvar

“Politico”: Brüssel və London Vaşinqtonla mümkün ticarət müharibəsinə hazırlaşır  

13:00
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!