22 Yanvar 2025 13:54
157
SİYASƏT
A- A+
Deputat: “Reyuniyonun koloniyadan dənizaşırı əraziyə çevrilməsi də vəd edilən bərabərliyi gətirməyib”

Deputat: “Reyuniyonun koloniyadan dənizaşırı əraziyə çevrilməsi də vəd edilən bərabərliyi gətirməyib”


Milli Məclisin deputatı Pərvanə Vəliyeva Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda çıxış edib. 

O bildirib ki, dünya ictimaiyyətinin diqqəti çətinliklərlə üzləşən Reyuniyon adasının haqlı narazılıqlarına və müstəqillik müqavimətinə çəkilməlidir. Fransanın dənizaşırı ərazilərindəki vəziyyəti müzakirə edərkən, bu regionların kolonial mirası, iqtisadi asılılıq və sosial bərabərsizliklər baxımından üzləşdikləri unikal şərait barədə məlumatlanmaq vacibdir. Reyuniyon adasının kolonial tarixi, Afrika və Malgaş mənşəli qulların istismarı ilə sıx bağlıdır. Onlar şəkər və kofe plantasiyalarında işləmək üçün adaya gətirilmişdilər. 1848-ci ildə quldarlığın ləğvindən sonra, fransızlar Hindistandan müqaviləli işçi qüvvəsi gətirdilər və bununla istismar dövrü davam etdi. Bu kolonial istismar, sosial və iqtisadi bərabərsizliklərin nəsillər boyu davam etməsinin təməlini qoydu. Ada 1946-cı ildə Fransanın dənizaşırı ərazisi statusu alsa da, bərabərsizliklər aradan qalxmadı, əksinə, daha da dərinləşdi.

Deputat qeyd edib ki, XX əsrin ortalarında müstəqillik qazanan Əlcəzair, Konqo və Madaqaskar kimi Afrika ölkələrində olduğu kimi, Reyuniyonun koloniyadan dənizaşırı əraziyə çevrilməsi də vəd edilən bərabərliyi gətirməyib: “Fransız hakimiyyəti dövründə Reyuniyonun iqtisadi inkişafı qəsdən məhdudlaşdırılmışdı ki, ada xammal və ucuz işçi qüvvəsi tədarükçüsü rolunu saxlasın. Fransız hakimiyyətinin tətbiq etdiyi siyasət adanın kənd təsərrüfatı istehsalını və sənaye potensialını məhdudlaşdıraraq, Reyuniyon əhalisini idxal olunan mallardan asılı vəziyyətə saldı və əhalinin əsas mallara görə yüksək xərclərlə üzləşməsinə səbəb oldu. Bu vəziyyət Fransanın digər keçmiş koloniyalarında müşahidə olunan iqtisadi manipulyasiyanı əks etdirir; resurslar çıxarılıb daşınır və yerli iqtisadiyyatlar Fransanın maraqlarına uyğun şəkildə formalaşdırılırdı, nəticədə əhali yoxsul və həssas vəziyyətdə qalırdı. Reyuniyonda Fransanın kolonial idarəetməsi təkcə istismarçı deyildi, həm də yerli əhalinin ləyaqətinə və milli kimliyinə sistematik şəkildə məhəl qoyulmaması ilə xarakterizə olunurdu. Fransız hakimiyyəti yerli mədəniyyət və ənənələri sistematli şəkildə sıxışdırır, fransız dilini və təhsil sistemini tətbiq edir, yerli dil olan Kreol dilindən istifadəyə mane olur”. 

P.Vəliyeva bildirib ki, adanın əhalisinin əksəriyyəti hələ də yüksək işsizlik səviyyəsi, yoxsulluq və imkan çatışmazlığı ilə mübarizə aparır. Faktiki olaraq adada gənclərin 60 faizi işsizdir. Bu, sadəcə iqtisadi məsələ deyil, kökləri adanın kolonial keçmişinə gedib çıxan dərin sosial problemdir. Lakin bütün bu çətinliklərə baxmayaraq, Reyuniyon əhalisi müqavimət göstərməyə davam edir. Maloya musiqisinin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsinə çalışan hərəkatlar və qeyri-hökumət təşkilatlarının yorulmaz fəaliyyəti Reyuniyonun mədəni kimliyinin qorunması və yenidən canlandırılmasına xidmət edirlər. Reyuniyon xalqı tarixlərini geri qaytarır və kolonializmin davam edən təsirlərinə qarşı mübarizə aparır. “Reyuniyon hekayəsi müqavimət hekayəsidir. Reyuniyon xalqı mərhəmət deyil, ləyaqət tələb edir. Onlar müstəqillik, bərabərlik tələb edir, öz müqəddəratını təyinetmə və öz gələcəyini müəyyən edəcək bir cəmiyyətdə yaşamaq uğrunda mübarizə aparırlar”, deyə deputat əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Rusiya ilə İran arasında baş tutacaq enerji mübadiləsində tranzit rolu oynaya bilər

16:25
22 Yanvar

Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb

16:24
22 Yanvar

Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışı başlayıb

16:23
22 Yanvar

Azərbaycanda aerodrom istismarı ilə bağlı hüquqi tənzimləmə genişləndirilir

16:23
22 Yanvar

Azərbaycan və Lüksemburq XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

16:22
22 Yanvar

Dövlət Gömrük Komitəsinin sədri Qusarda vətəndaşlarla görüşüb

16:21
22 Yanvar

Ov mövsümü açıq elan edilib

16:20
22 Yanvar

Azərbaycan Ordusunun iki zabiti Çin Hərbi Akademiyasının kursunu uğurla bitirib

16:17
22 Yanvar

27 saylı Sabunçu dairə ikinci seçki komissiyasında maarifləndirici treninqlər təşkil olunub

16:09
22 Yanvar

Misirdə 5 min ildən sonra ilk dəfə görünən xallı kaftar çobanlar tərəfindən öldürülüb

16:08
22 Yanvar

Cəlilabadda məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir

16:07
22 Yanvar

İqtisadiyyat naziri Dünya İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib

16:06
22 Yanvar

“Avroviziya-2025”in aparıcılarının adları elan olunub

16:05
22 Yanvar

Olimpiyaçılarımızın Paris-2024-də qazandığı medallar geri qaytarılacaq

16:02
22 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:58
22 Yanvar

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin cari ilin yaz sessiyasında ilk iclası olub

15:57
22 Yanvar

Tehranda Azərbaycan-İran əlaqələrinin perspektivləri müzakirə edilib

15:55
22 Yanvar

ABŞ-da anomal soyuq hava 10 nəfərin həyatına son qoyub

15:54
22 Yanvar

Azərbaycan, Qazaxıstan və Özbəkistan yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində tərəfdaşlıq edəcək  

15:53
22 Yanvar

Ötən il icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib

15:51
22 Yanvar

UEFA Çempionlar Liqası: "Barselona"dan möhtəşəm geridönüş  

14:47
22 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!