11 Dekabr 2025 18:28
350
CƏMİYYƏT
A- A+
Dövlət ittihamçısı: Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz həqiqətdir - MƏHKƏMƏ  

Dövlət ittihamçısı: Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz həqiqətdir - MƏHKƏMƏ  


Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən işğalı danılmaz həqiqət olmaqla məhkəmə iclasında təqdim edilmiş çoxsaylı sübutlar təsdiq edilsə də, bu fakt onun formalaşdırdığı cinayətkar birliyin əsas fiqurları olan hazırkı təqsirləndirilən şəxslərin məsuliyyətini azaltmır, onları məsuliyyətdən azad etmir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev 15 nəfər Ermənistan vətəndaşının məhkəməsində ittiham tərəfinin replika çıxışı zamanı deyib.

“Çünki qeyd edilən çoxsaylı cinayətlər məhz Ermənistanın hərbi və siyasi rəhbərliyinin təşkilatçılığı və dəstəyi ilə törədilsə də, hazırkı təqsirləndirilən şəxslərin müxtəlif vaxtlarda qoşulduğu cinayətkar birliyin də iştirakı ilə törədilib. Müəyyən vaxtlarda isə hazırkı təqsirləndirilən şəxslərin bir qismi formal olaraq da Ermənistan dövlətinin hərbi və ya siyasi rəhbərliyində yer tutublar. Yəni bu mənada, işğalın təşkilatçılığı, həyata keçirilməsi və saxlanması kontekstində Ermənistan dövləti və qondarma qurum vahid orqanizm kimi fəaliyyət göstərib”, - deyə dövlət ittihamçısı əlavə edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə Rusiya arasında həlak olanların cəsədlərinin növbəti mübadiləsi edilib  

15:51
29 Yanvar

Nikol Paşinyan: "Qarabağ hərəkatı" mövzusu birdəfəlik bağlanmalıdır  

15:48
29 Yanvar

İşğaldan azad olunmuş ərazilərdə elmi-tədqiqat işləri davam etdirilir  

15:31
29 Yanvar

Ər-Riyadda keçirilən beynəlxalq konfransda su və tullantıların idarə olunması məsələləri müzakirə edilib  

15:17
29 Yanvar

Azərbaycan və Gürcüstan dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib  

15:09
29 Yanvar

Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi üç ölkə sırasında yer alıb  

14:43
29 Yanvar

Nigeriya yenidoğulmuşların sayına görə Avropa və Rusiyanı geridə qoyub  

14:31
29 Yanvar

İspaniya yarım milyona qədər miqrantı leqallaşdırmağı planlaşdırır  

14:23
29 Yanvar

Nihat Kahveci “Qarabağ”ı təriflədi: Halal olsun!  

14:16
29 Yanvar

Məmmədbəyli kəndində daha 26 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:13
29 Yanvar

Ötən il Naxçıvanda sahibkarlara ayrılan güzəştli kreditlərin həcmi 13,4 milyon manata çatıb  

14:02
29 Yanvar

ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

13:53
29 Yanvar

ABŞ-da qar fırtınası azı 73 nəfərin həyatına son qoyub  

13:41
29 Yanvar

Yeni beynəlxalq audit standartlarının ölkədə tətbiqi hansı çağırışlar formalaşdırır?  

13:39
29 Yanvar

Fransa Avropa İttifaqının Tehrana qarşı sanksiyalarını dəstəkləyəcək  

13:34
29 Yanvar

Bakı və ətraf rayonlarda daşınmaz əmlakın inventarlaşdırılması rəqəmsallaşdırılıb

13:23
29 Yanvar

İstanbulda Türk dünyasının birliyini tərənnüm edən “Koroğlu” klipi çəkilib  

13:15
29 Yanvar

Media: Böyük Britaniyada avtomobil istehsalı 1952-ci il səviyyəsinə enib  

13:00
29 Yanvar

Azərbaycan və Aİ Naxçıvan dəmir yolu layihəsi üzrə əməkdaşlığa başlayır

12:46
29 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

12:39
29 Yanvar

Siyasi ekspert: Cənubi Qafqaz yeni geosiyasi mərhələyə daxil olur  

12:26
29 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!