21 Avqust 2024 17:04
403
Mədəniyyət
A- A+

Doktor Alban: “Mən bu şəhəri və xalqı sevdim” -  MÜSAHİBƏ 

Planetdə Doktor Albanın kim olduğunu bilməyən və onun bütöv bir nəslin böyüdüyü hitlərinə qulaq asmayan insan çətin tapılar. Nigeriya mənşəli məşhur isveçli müğənninin 90-cı illərdə “It's My Life”, “Sing Hallelujah”, “Look Who's Talking”, “Born in Africa” və bir çox başqa mahnıları İsveçdən çox-çox kənarda da gənclər tərəfindən əzbər bilinirdi. Hətta ingilis dilini bilməyən uşaqlar da Albanın hitlərini oxuyaraq, onun mahnılarının sözlərini qeyri-müəyyən şəkildə xatırladırdılar. Ötən əsrin 90-cı illərinin kumirinin populyarlığı bu günə qədər azalmır. İyul ayında Alban Bakıda “Sea Breeze Resort”da keçirilən DREAM FEST festivalında iştirak edib və burada artistin şəxsi ulduzu da “Walk of Fame” xiyabanında qoyulub.

Alban Uzoma Nvapa AZƏRTAC-a müsahibəsində musiqi karyerasının necə başlamasından, Bakı haqqında təəssüratından danışıb.

- Alban, salam. Çox şadam və minnətdaram ki, gəncliyimin kumiri Azərbaycanın informasiya agentliyi AZƏRTAC-a müsahibə verməyə razı olub. Sağ olun.

-Siz də sağ olun.

- Onda keçək suallara! İlk sualım: Hello Alban! Tell me how you're doing? (Salam Alban! Mənə deyin, necəsiniz? (“Hello Africa” mahnısının sözləri - müəllif)

- Təşəkkür edirəm. Yaxşıyam. (Gülür.)

- Heç kimə sirr deyil ki, Karolinska İnstitutunda diş həkimi ixtisası üzrə təhsil almısan. Bəs musiqi karyeran necə başladı və necə məşhur sənətçi oldun?

- Karolinska İnstitutunda oxuyanda pula ehtiyacım var idi, həftə sonları isə DJ işləyirdim. Məhz həmin dövrdə, 1990-cı ildə hər yerdə ildırım kimi guruldamağa başlayan “Hello Africa” mahnısı meydana çıxdı və çıxışlarım belə də davam etdi.

- Heç diş həkimi işlədinmi?

- Bəli, bir il.

- Bu, necə idi?

- Yaxşı, amma musiqi ilə çalışmaq daha əyləncəlidir.

- Həkim işləmək üçün darıxmırsan?

- Xeyr.

- Albomların milyonlarla tirajla satılıb. Sən hər yerdə görünürdün: televiziya ekranlarında, qəzet və jurnalların üz qabığında. Sonra geniş şəkildə tanınmağa başladın. Bu, həyatda sənə mane oldumu?

- Xeyr. Baxmayaraq ki, bəzən çətin olurdu. Axı məşhur adam bu və ya digər işi görə bilməz. Amma sən bununla yaşayırsan və sonunda öyrəşirsən.

- Musiqi karyeran burada, İsveçdə başlayıb. İsveçli olmayan bir insan üçün İsveç musiqi aləmində bunu etmək çətin deyildimi?

- Biz, ölkəyə yeni gələnlər, bilirik ki, sıfırdan başlamaq həmişə çətindir. Bu məsələdə təcrübəniz olduqda, daha asandır. Amma sonda bacardım.

- Bir müddət işində sakitlik yaranmışdı. Bunun səbəbi nədir və həmin müddətdə nə işlə məşğul idin?

 

- Körpə uşaqlarım, iki qızım vardı. İndi biri 19, digəri 16 yaşındadır. Uşaqlar dünyaya gələndə, gərək bir az yavaşlayaq.

- Keçək Bakı səfərinə. İyul ayında Emin Ağalarov tərəfindən Bakıda keçiriləcək DREAM FEST festivalına dəvət olundun. Festivaldan və Azərbaycan ictimaiyyətindən hansı təəssüratlarla ayrıldın?

- Bakı çox gözəl şəhərdir. Strukturlaşdırılmış və sakitdir. Tamaşaçılar isə fantastikdir. Mən bu şəhəri və onun insanlarını sevdim. Bakıda bəyənmədiyim heç nə yoxdur.

- Şəhəri gəzməyə, yerli mətbəxin təamlarını dadmağa vaxtın oldumu?

- Biz daha çox maşınla gedirdik. Yeməklərin Asiya və ərəb mətbəxi ilə ortaq cəhətləri var. Qızardılmış ət, çoxlu qızardılmış ət yedim. Ləzzətli idi.

- Adının ulduzu “Sea Breeze”də “Walk of Fame” xiyabanında qoyulub. Bununla bağlı təəssüratını bölüşərdin.

- Oraya gedib bu ulduzu qəbul etmək çox xoş idi. Mükafatın özü evdədir, ofisimdə ona tez-tez baxıram. Ulduzun üzərində “Alban” yazısını görmək çox xoşdur.

- Yerli ulduzlar da xarici sənətçilərlə birgə səhnədə çıxış etdilər. Onların çıxışı ilə maraqlandınmı və ya gələcəkdə kiminlə əməkdaşlıq etmək istərdin?

- Fakt budur ki, bir dəfə pərdə arxasına keçəndən sonra, demək olar ki, dərhal səhnəyə çıxdım. Mənim çıxışımdan sonra yağış yağmağa başladı. Beləliklə, konsert mənim ifamla başa çatdı. Çox təəssüf ki, məndən əvvəl çıxış edənləri görmədim.

- Sonuncu sualım. Bakıya qayıdıb solo konsert vermək istərdin?

- Bəli. Mütləq! Mən Bakını, Azərbaycanı sevirəm. Oraya təkrar getməliyəm? Bu, asandır! Problem yoxdur.

- Ən yaxın zamanda Bakıda solo konsertinə ümid edirik! Xoş söhbət üçün minnətdaram!

- Təşəkkür edirəm!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video