20 İyun 2026 01:25
834
Qanunlar
A- A+
"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 95) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 10.1.2-ci və 10.7-ci maddələr ləğv edilsin; 

1.2. 12-ci maddə üzrə:

1.2.1. 12.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"12.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının dövlət məvacibinə aşağıdakılar daxildir: 

12.1.1. aylıq vəzifə maaşı; 

12.1.2. diplomatik rütbəyə görə əlavə haqq; 

12.1.3. təmsilçiliyə görə əlavə haqq;

12.1.4. xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 (beş) saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq; 

12.1.5. əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələr (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraitinə və s.)."; 

1.2.2. 12.2-ci maddədə "vəzifə maaşlarının məbləği və vəzifə maaşına diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə əlavələr" sözləri "aylıq vəzifə maaşlarının və aylıq vəzifə maaşlarına diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə haqqın məbləğləri" sözləri ilə əvəz edilsin;

1.2.3. aşağıdakı məzmunda 12.2-1 - 12.2-6-cı maddələr əlavə edilsin:

"12.2-1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidmət keçən diplomatik xidmət əməkdaşlarının aylıq vəzifə maaşları və bu Qanunun 12.1.4-cü maddəsində müəyyən edilən əlavə haqq bu Qanuna və "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-4-cü maddəsində təsbit edilmiş şərtlərə uyğun müəyyən edilir.

12.2-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidməti fəaliyyətləri qiymətləndirilməyən vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pilləsi diplomatik xidmət stajının müddətindən asılı olaraq "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsi nəzərə alınmaqla müəyyən edilir.

12.2-3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) xidməti fəaliyyətləri qiymətləndirilən vəzifələrdə xidmət keçən diplomatik xidmət əməkdaşlarının əməyinin ödəniş pilləsi diplomatik xidmət stajının müddətindən və diplomatik xidmət əməkdaşının xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsindən asılı olaraq "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 33-4.4-cü maddəsi nəzərə alınmaqla müəyyən edilir.

12.2-4. Diplomatik xidmət orqanı əməkdaşına dövlət büdcəsindən ödənilən dövlət məvacibi yalnız bu Qanunla müəyyən edilir.

12.2-5. Bu Qanunun 12.1.5-ci maddəsində nəzərdə tutulan əlavələr müvafiq qaydada hesablanan məbləğin 50 (əlli) faizi məbləğində tətbiq edilir.

12.2-6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) diplomatik xidmətə qəbul həyata keçirilənədək diplomatik vəzifədə müvəqqəti işləyən işçinin aylıq vəzifə maaşı minimum əməkhaqqından aşağı olmamaqla həmin diplomatik vəzifənin 1-ci ödəniş pilləsi üzrə vəzifə maaşının 50 (əlli) faizi məbləğində müəyyən edilir.";

1.2.4. 12.3-cü maddədə ", dövlət qulluqçuları üçün nəzərdə tutulan vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən ibarətdir" sözləri "müəyyən edilir" sözləri ilə əvəz edilsin;

1.3. 13-cü maddə üzrə:

1.3.1. 13.14-cü maddə aşağıdakı redaksiyada verilsin:

"13.14. Diplomatik xidmət orqanı əməkdaşının "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya diplomatik xidmətdə olmanın yaş həddinə çatdığı üçün diplomatik xidmətinə xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə diplomatik xidmətin son 24 (iyirmi dörd) ayı və ya istənilən ardıcıl gələn 60 (altmış) ayı ərzindəki orta aylıq dövlət məvacibinin 6 (altı) misli miqdarında birdəfəlik haqq verilir və bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmur.";

1.3.2. aşağıdakı məzmunda 13.14-1-ci və 13.14-2-ci maddələr əlavə edilsin:

"13.14-1. Diplomatik xidmətə bu Qanunun 30.1.14-cü maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 (dörd) misli miqdarında müavinət ödənilir.

13.14-2. Diplomatik xidmətə bu Qanunun 30.1.3-1-ci maddəsi ilə xitam verildikdə diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 (üç) misli miqdarında müavinət ödənilir. Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 (altmış) təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin edilirlər.";

1.4. 22.1-ci maddənin birinci cümləsində "Bu" sözü "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən diplomatik rütbə verilən və bu" sözləri ilə əvəz edilsin;

1.5. 28-ci maddə üzrə:

1.5.1. 28.1.4-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 28.1.5 - 28.1.11-ci maddələr əlavə edilsin:

"28.1.5. məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş məcburi işburaxma dövrü;

28.1.6. diplomatik vəzifənin və orta əməkhaqqının saxlanılması şərtilə diplomatik xidmətdən ayrılma dövrü;

28.1.7. əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

28.1.8. ödənişli məzuniyyət dövrləri, o cümlədən uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət dövrü;

28.1.9. müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl diplomatik vəzifədə xidmət keçmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən diplomatik vəzifəyə təyin edilmiş diplomatik xidmət əməkdaşının müddətli həqiqi hərbi xidmətdə olduğu dövr;

28.1.10. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göndərilmək şərtilə beynəlxalq təşkilatın orqanında iş dövrü;

28.1.11. dövlət orqanının rəhbəri və rəhbərinin müavini vəzifələrində qulluq (xidmət) illəri.";

1.5.2. aşağıdakı məzmunda 28.3-cü maddə əlavə edilsin:

"28.3. Diplomatik xidmət əməkdaşının diplomatik xidmət stajı "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hesablanır.";

1.6. aşağıdakı məzmunda 30.1.3-1-ci maddə əlavə edilsin:

"30.1.3-1. müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda;".


Maddə 2. Keçid müddəa

Bu Qanun qüvvəyə minənədək "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində nəzərdə tutulan diplomatik xidmət əməkdaşlarına ödənilmiş aylıq vəzifə maaşı, əlavələr (diplomatik rütbəyə və təmsilçiliyə görə əlavə istisna olmaqla) və mükafat həmin əməkdaşların həmin Qanunun 12.2-1-ci maddəsinə əsasən müəyyən edilən aylıq vəzifə maaşlarına daxil edilir.

Maddə 3. Bu Qanun 2026-cı il yanvarın 1-dən tətbiq edilir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 5 iyun 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa şəhəri növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir YENİLƏNİB

19:47
17 İyul

Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir

19:15
17 İyul

Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülh de-fakto mövcuddur

17:52
17 İyul

ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17:46
17 İyul

Dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənir

17:37
17 İyul

Fərəh Əliyeva: Güclü lider ictimai məsuliyyət hissi daşımalıdır

17:18
17 İyul

Sergey Lavrov: Rəşt-Astara dəmir yolu hissəsində praktik işlərin başlamasına şərait yaradılıb

17:00
17 İyul

Azərbaycanın və Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər YENİLƏNİB

15:37
17 İyul

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

15:18
17 İyul

İstanbulda COP31 çərçivəsində D-8 ölkələri nazirlərinin görüşü keçirilir

14:31
17 İyul

ADSEA sədri Füzuli şəhərində vətəndaşlarla görüşüb

13:58
17 İyul

Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub YENİLƏNİB

13:19
17 İyul

Mədəniyyət naziri Şuşa şəhərində vətəndaşların müraciətlərini dinləyib

12:55
17 İyul

Rəşad Nəbiyev: "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur

12:53
17 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

12:33
17 İyul

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:25
17 İyul

Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:24
17 İyul

Altı ayda ölkədə 13,3 milyon ton neft, 25,4 milyard kubmetr təbii qaz hasil edilib

12:23
17 İyul

Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:22
17 İyul

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 

12:21
17 İyul

Masallıda Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun anım günü qeyd olunub  

12:18
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!