11 Avqust 2023 09:00
15641
SİYASƏT
A- A+
Dinamik və davamlı tərəqqi

Dinamik və davamlı tərəqqi

 

Qarabağ və Şərqi Zəngəzurla yanaşı, respublikamızın bütün bölgələrinin inkişafı iqtisadi qüdrətin göstəricisidir

 

Regionların tərəqqisi ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bölgələrin inkişafı sahəsində uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı yüksəlişinə, sosial infrastrukturun keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına təkan verib.
Respublikamızın bütün bölgələrinin hərtərəfli tərəqqisini  xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil inkişaf konsepsiyasının icra vəziyyəti ilə bağlı hər il hökumətin xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət siyasətinin prioritetidir.
Son illərdə İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə regionlarda müxtəlif sahələri özündə əks etdirən geniş və çoxşaxəli layihələr həyata keçirilir. Buna görə də dövlət başçısı mütəmadi olaraq ölkənin müxtəlif rayonlarında olur. Prezident səfər çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə uyğun müəssisələrin açılışını edir, onların fəaliyyətini yoxlayır, regionların sosial-iqtisadi vəziyyəti ilə yerində tanış olur və bu sahədə müvafiq tapşırıqlarını verir. Avqustun 7-də dövlət başçısının Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri zamanı müasir yol xəttinin, xəstəxana, məktəb və digər xidmət və istehsal sahələrinin açılışının edilməsi regionların inkişafına olan diqqətin təzahürüdür. Bütün bunlar ilk növbədə dövlətin iqtisadi qüdrətinin göstəricisidir. 
2004-cü ildən bəri regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən 4 dövlət proqramı (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023), həmçinin 44 günlük Vətən müharibəsindən sonra təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" əsasında müəyyən olunan inkişaf strategiyası məhz dövlət başçısının müvafiq fərman və sərəncamları ilə həyata keçirilməkdədir. Hazırda icra edilməkdə olan regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair dövlət proqramına əsasən, respublikamızın müxtəlif rayonlarında geniş abadlıq-quruculuq işləri aparılır, sosial və iqtisadi infrastruktur layihələri həyata keçirilir. 
Prezidentin son səfəri zamanı Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzinin açılışını etməsi də önəmli hadisələrdən biri sayılmalıdır. Dövlət başçısı bununla Qazax seminariyasının tarixi nüfuzunu yenidən bərpa etdi. Bu, həm də İlham Əliyevin Azərbaycan elminə və təhsilinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Göründüyü kimi, Azərbaycan Prezidenti əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl və davamlı siyasət yürüdür. Atılan addımlar məqsədyönlü şəkildə həyata keçirilir. Görülən işlər, reallaşdırılan layihələr Azərbaycan xalqının daha yaxşı yaşamasına, rifah halının yüksəldilməsinə hesablanıb. 
Bu sənədlərin, xüsusilə Milli Prioritetlərin qəbul edilməsi bütün ölkə ərazisində dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması ilə ümumilikdə iqtisadi inkişafın sürətləndirilməsi, yeni infrastruktur obyektlərinin inşası, əhalinin məşğulluğunun təmin olunması və sosial rifah halının yüksəldilməsi nəticəsində ədalətli və inklüziv cəmiyyətin qurulması, insan kapitalının inkişafı və müasir innovasiyalarla təminatın genişləndirilməsinə xidmət edir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın təmin olunması, həmçinin ekoloji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın "yaşıl artım ölkəsi"nə çevrilməsi, yəni qeyri-neft sektorunun inkişafı nəticəsində yaşıl iqtisadiyyatın artırılması istiqamətlərində işlərin yeni mərhələyə qədəm qoymasından xəbər verir.
44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ölkəmizin ümumi iqtisadiyyatına reinteqrasiyası məqsədilə yenidən qurulması, beynəlxalq və regional nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi əlbəttə ki, dövlətimiz üçün prioritet təşkil edir. Lakin bununla yanaşı, digər iqtisadi rayonlarımızın da sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarında nəzərdə tutulan heç bir sosial layihə təxirə salınmır. Prezidentin regionların inkişafı məsələlərini şəxsi nəzarətində saxlaması, bu istiqamətdə tapşırıqlar verməsi və qərarlar qəbul etməsi Azərbaycanın müasir simasının formalaşdırılmasıdır. Bölgələrdə iş yerlərinin yaradılması ilə insanların fəaliyyəti, xüsusilə də biznes və sahibkarlıq mühitinin formalaşdırılması, inkişafı və həyata keçirilən digər işlər bütövlükdə Azərbaycanın iqtisadiyyatının artması deməkdir.
Bu reallıqlar onu deməyə əsas verir ki, İlham Əliyevin sözü ilə əməli arasında heç bir fərq yoxdur. İndiyədək verdiyi vədləri vaxtında, zamanında yerinə yetirib və bu gün də davam etdirir. Azərbaycan Prezidentinin inkişaf konsepsiyası ilə ölkənin bütün bölgələrinin siması dəyişib. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması isə ölkəmizin iqtisadi qüdrətinə güc qatacaq.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"  

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!