28 Noyabr 2023 15:04
825
Elm və texnika
A- A+

DİA Ankara Sosial Elmlər Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

 

Ankara Sosial Elmlər Universitetinin rektoru professor Musa Kazım Arıcan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.

Görüşdə çıxış edən DİA-nın rektoru akademik Urxan Ələkbərov Azərbaycanda qazanılan uğurların təməlində əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin inkişaf etdirdiyi innovativ dövlət idarəçiliyi strategiyasının olduğunu xüsusi vurğulayıb. Akademik bildirib ki, Azərbaycanın hazırkı davamlı inkişafı dövlət idarəçiliyi sahəsində reallaşdırılan ardıcıl uğurlu islahatların nəticəsidir.

Professor Musa Kazım Arıcan DİA ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Rektor rəhbərlik etdiyi universitet haqqında geniş məlumat verərək qeyd edib ki, Ankara Sosial Elmlər Universiteti qısa zamanda dünyanın böyük ali təhsil müəssisələri arasında müasir, dinamik və yenilikçi bir ali məktəb olaraq yerini alıb.

Sonra Dövlət İdarəçilik Akademiyası ilə Ankara Sosial Elmlər Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində Dövlət İdarəçilik Akademiyasının tədbirlər planına uyğun olaraq bu ilin oktyabrında Türkiyəyə səfəri zamanı akademik Urxan Ələkbərov Ankara Sosial Elmlər Universitetinin professor-müəllim və tələbə heyəti üçün təlim keçib. Rektor təlimdə “Davamlı inkişaf məqsədlərinə çatmaq və inklüziv cəmiyyətin formalaşması üçün yeni idarəçilik texnologiyaları – Azərbaycan təcrübəsində” mövzusunda interaktiv təqdimatla çıxış edib.

Eyni zamanda, Dövlət İdarəçilik Akademiyası ilə Ankara Sosial Elmlər Universiteti arasında əməkdaşlıq sahələri təhlil edilib, dövlət qulluqçularının təlim və inkişafı üçün vasitələrin mübadiləsinə yönələn fəaliyyət və distant təhsilin gələcəkdə genişlənməsinin aktuallığı barədə fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video