26 Iyul 2024 16:22
103
İQTİSADİYYAT
A- A+

DGK: Yanvar-iyun aylarında dövlət mülkiyyətinə vurulan ziyanın 86,7 faizi ödətdirilib

 

Cari ilin yanvar-iyun ayları ərzində gömrük orqanları tərəfindən 16 min 645 hüquqpozma faktı aşkar edilib.

"Azərbaycan" qəzeti Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu faktlardan 670-i cinayət xarakterli faktlar olub.

Bu ilin birinci yarımilində icraatına xitam verilən 4 cinayət işi və 4 cinayət xarakterli material üzrə dövlət mülkiyyətinə vurulan 988 min 265,1 manat ümumi ziyanın 857 min 183,78 manatlıq hissəsi və ya 86,73 faizi ödətdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Qeyd olunan dövr ərzində qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qızıl məmulatlarının, iri vergi tutumlu aksizli və digər bu qəbildən olan malların qanunsuz gətirilməsi üzrə törədilən bir sıra cinayətlərin qarşısı alınıb, onların istifadə etdiyi qaçaqmalçılıq kanalları aşkar olunaraq zərərsizləşdirilib.

Gömrük orqanları tərəfindən cari ilin 1-ci yarımilində aşkar olunan cinayətləri törədən 682 nəfər (488 Azərbaycan vətəndaşı, 194 xarici) barəsində müvafiq tədbirlər görülüb, 63 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, 18 nəfər barəsində məhkəmə tərəfindən həbs, 1 nəfəri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, istintaq orqanı tərəfindən 11 nəfər barəsində polisin nəzarəti altına vermə, 33 nəfər barəsində isə başqa yerə getməmə qətimkan tədbiri seçilib.

Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın gömrük orqanları tərəfindən 15 min 975 inzibati xəta faktı aşkar edilib. Bu faktlarla əlaqədar 1075 hüquqi şəxs (o cümlədən 468 xarici hüquqi şəxs) və 14 min 894 fiziki şəxs (o cümlədən 4447 xarici vətəndaş) barəsində inzibati tənbeh tətbiq olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video