08 Aprel 2022 00:27
959
SİYASƏT
A- A+
Dəyişən tarix, dəyişməyən qəddarlıq

Dəyişən tarix, dəyişməyən qəddarlıq

 

Baki və Xocali soyqırımları

 

Azərbaycanlılar ayrı-ayrı dönəmlərdə dəfələrlə soyqırımına məruz qalıblar. Tarix, məkan fərqli olsa da, məkrli planın müəllifləri də, icraçıları da dəyişməyib.

Və hər dəfə ermənilərin qəddarlığı, təcavüzkarlığı bütün dünyanı heyrətə salıb. Bu dəhşətli faciələri törədənlərin, azərbaycanlıları yalnız milli mənsubiyyətinə görə soyqırımına məruz qoyanların niyyətləri, daha doğrusu, irəli sürdükləri səbəb isə gülüş doğurur. Heç zaman mövcud olmamış və olmayacağı da gün kimi bilinən “böyük Ermənistan” xülyasına ağlı başında olan kimsə inanmaz. Bu səbəbdən də bu yalana ermənilərin özlərindən savayı heç kim inanmayıb. Ancaq hər zaman işğalçı ermənilərin bu sərsəm xəyallarının qəhrini, bəlasını çəkən azərbaycanlılar olub.

 

Azərbaycanlılara qarşı törədilmiş 1918-ci il Mart soyqırımı şahid ifadələrində...

 

XX əsrin ikinci onilliyinin sonları... İctimai-siyasi vəziyyətin yenidən kəskinləşdiyi illər... Birinci Dünya müharibəsinin, ardınca da Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən sonra yaranmış qarışıqlıqdan istifadə etmək, “böyük Ermənistan” xülyalarını həyata keçirmək üçün daşnaklar hərəkətə keçmişdilər. Ən qəddar, qaniçən erməniləri öz ətrafında birləşdirmiş “Daşnaksütyun” partiyası və Erməni Milli Şurası Bakıda soyqırımı planını 1917-ci ildə hazırlamışdılar. Əvvəlcə erməni daşnakları hiyləyə əl atdılar. Müsəlman əhalisini dəfələrlə bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə çalışdılar. Məqsədləri soydaşlarımızı bolşeviklərin əli ilə məhv etmək idi.

Bakıdan başlayacaq və Azərbaycanın bir çox bölgəsində davam etdiriləcək soyqırımının təşkilatçısı və rəhbəri Bakı Xalq Sovetinin sədri Stepan Şaumyan idi. O, Birinci Dünya müharibəsindən geri dönən və dövrünün ən yaxşı silahları ilə təchiz olunmuş başıpozuq hərbi birləşmələri Bakıya topladı. Stepan Şaumyan bunu etiraf etmişdi: “Bizim 6 minə yaxın silahlı dəstəmiz vardı. Daşnaksütyunların da bizim tabeçiliyimizə verilmiş 3-4 minə yaxın milli ordusu vardı. Döyüş soyqırımı formasını almışdı, ancaq bundan qaçmaq mümkün deyildi. Biz buna bilərəkdən getdik. Bakını ələ almasaydıq, o, Azərbaycanın paytaxtı elan ediləcəkdi”.

Bütün Bakı quberniyasını azərbaycanlılarsız qoymaq niyyətilə daşnak-bolşevik hərbi birləşmələrinin əsgərləri 1918-ci il martın 31-də sübhdən şəhərin müsəlmanlar yaşayan hissəsinə hücuma keçdilər. Həmin gün azərbaycanlılara qarşı genişmiqyaslı soyqırımına başladılar. Ovaxtadək sığındıqları şəhərin yerli əhalisi ilə olduqca mehriban davranan, özlərini dost kimi göstərən ermənilər də daşnak-bolşevik hərbi birləşmələrindən geri qalmırdılar. Hətta Bakıda yaşamış və bu şəhərdə özlərinə qarşı yalnız xoş münasibət görmüş erməni ziyalıları da soyqırımı törədənlərin yanında idilər.

1918-ci ilin martında minlərlə dinc azərbaycanlı işgəncələrlə qətlə yetirildi. Ermənilər heç nədən çəkinmirdilər. Onlar evlərə od vurur, insanları diri-diri yandırırdılar. Qədim, milli memarlıq nümunələrini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdır, gözəl Bakını xarabalığa çevirirdilər.

Həmin ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyası tərəfindən dindirilmiş şahidlərdən biri - Bakı şəhərinin sakini A.N.Kvasnikin ifadəsində bildirirdi: “Müsəlman əhalisinin əvvəlcə Bakı şəhərində, sonra isə onun ətraflarında cismən məhv edilməsi, onların əmlakının və bütün var-dövlətlərinin qarət olunması və siyasi üstünlüyün ermənilərin əlinə keçməsi ermənilərin müsəlmanlara qarşı təşkil etdikləri qanlı qəsd idi”.

Bakının azərbaycanlı əhalisini qırmaq üçün azğınlaşmış və vəhşiləşmiş erməni quldurlar ən amansız üsullara əl atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Y.Kluge komissiyanın sədrinə yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər... ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.

Təhqiqat Komissiyasının sənədlərində 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 12 min nəfərədək türk-müsəlmanın qətlə yetirildiyi qeyd olunub. Şahidlərin ifadələrinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar. Bununla da cinayətin izini itirməyə çalışırdılar.

 

Erməni xisləti

 

XX əsrin axırları... Yetmiş illik sovet imperiyasının çökməkdə olduğu dövr... Sovet İttifaqına daxil olan bütün respublikalarda ictimai-siyasi vəziyyət kəskinləşirdi. Erməni qəsbkarları bu dəfə də fürsətdən istifadə etmək, Azərbaycan torpaqlarını ələ keçirmək, azərbaycanlıları soyqırımına məruz qoymaq məqsədilə məkrli planlarını həyata keçirməyə başladılar. Yetərincə tüfəngi belə olmayan igid Azərbaycan övladları SSRİ rəhbərliyi tərəfindən o illərin ən son silahları ilə silahlandırılan, azğın erməni daşnaklarına qarşı döyüşdə misilsiz qəhrəmanlıq göstərirdilər. Ancaq düşmən bu dəfə də havadarları hesabına istədiklərini edirdi.

1990-cı illərdə erməni silahlıları Azərbaycan torpaqlarının 20 faizini işğala məruz qoydular. Həmin ərazilərdəki bütün tikililəri uçurub dağıtdılar, milli memarlıq abidələrimizi məhv etdilər. Yerli əhalinin ermənilərin zülmlərindən, işgəncələrdən canlarını qurtarmaq üçün qaçmaqdan başqa çarəsi qalmadı. Qəddar ermənilər azərbaycanlılara qarşı amansız oldular. Günahsız dinc insanları dəhşətli işgəncələrlə ya qətlə yetirdilər, ya da şikəst etdilər.

1918-ci ildə olduğu kimi, 1990-cı illərdə də erməni daşnakları Azərbaycanın bir çox yaşayış məntəqəsinə hücum etdilər, kütləvi qırğınlar törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını mühasirəyə aldılar. Onlar ən müasir silahlarla hücuma keçdilər. Xocalının özünümüdafiə qüvvələri vuruşaraq düşmənə çox ciddi müqavimət göstərdilər. Amma qüvvələr qeyri-bərabər idi. Həmin gecə Xocalı adlı bir şəhər işğalçılar tərəfindən yerləyeksan olundu. Çoxsaylı ağır texnika ilə Xocalı şəhərini tamamilə dağıtdılar, yandırdılar. Mülki əhaliyə və özünümüdafiə dəstəsinə qarşı misli görünməmiş qəddarlıqlar törətdilər. Kimsəyə aman vermədilər. Qoca, cavan, uşaq, qadın, xəstə demədən soydaşlarımızı işgəncələrə məruz qoydular. Xocalıda şəhid verməyən ailə qalmadı. Qaçıb canını qurtarmağa çalışanların çoxu ya düşmən gülləsinə tuş gəldi, ya da əsir götürüldü.

1992-ci ilin şaxtalı, soyuq fevral gecəsində baş verənlər azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı idi. Rəsmi rəqəmlərə görə, Xocalı faciəsində 613 nəfər qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70 nəfəri isə qoca idi. Bunların içərisində 8 ailə tamamilə məhv edildi, 27 ailənin yalnız 1 üzvü qaldı, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini, 230 ailə öz başçısını itirdi, 487 insan şikəst oldu (onlardan 76 nəfər həddi-buluğa çatmamışdı), 1275 insan əsir götürüldü, 1165 insan girovluqdan azad edildi, 197 nəfərin taleyi hələ də məlum deyil. 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə dövlətin və əhalinin əmlakına 5 milyard rubl dəyərində ziyan vuruldu.

 

Xocalı soyqırımı şahidlərin ifadələrində...

 

O vahiməli gündə baş verənlər bütün dünyanı dəhşətə gətirdi. Ermənilər qətlə yetirdikləri azərbaycanlı uşaqların sinəsini yarıb ürəyini parçalamışdılar. Əksər meyitləri tanınmaz hala salmış, tikə-tikə doğramış, gözlərini çıxarmış, başlarını kəsmiş, dərisini soymuşdular.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına verdiyi ifadədə Xocalı soyqırımı şahidlərindən biri - Camal Əbdülhüseyn oğlu Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti gördüyünü deyib: “Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar”.

Şahin Zülfüqar oğlu Heydərov Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyitin olduğunu söyləyib. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdi. Qətlə yetirilənlər arasında milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da var idi.

Cəlil Hümbətəli oğlu Hümbətovun gözü qarşısında ermənilər həyat yoldaşı Firuzəni, oğlu Muğanı, qızı Simuzəri və gəlini Südabəni güllələyiblər. Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşən Kübra Adil qızı Paşayeva gizləndiyi kolluqdan həyat yoldaşı Şuranın, oğlu Elşadın güllələnməsinin şahidi olub. Xocalının işğalı zamanı erməni silahlıları Xəzəngül Təvəkkül qızı Əmirovanın bütün ailə üzvlərini girov götürüb. Onun anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyiblər, atası Təvəkkülün üzərinə isə benzin tökərək yandırıblar. Başqa bir xocalılı - Zoya Əli qızı Əliyeva 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Dünya Əhmədova və onun bacısı Gülxar donaraq ölüb. Xocalı sakini Kübra Əliş qızı Mustafayeva ifadəsində bildirib: “Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələmişdilər”. Xocalı işğal olunan gün on iki nəfərlə birlikdə girov götürülən Səidə Qurban qızı Kərimova öz ifadəsində bildirib: “Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürmüşlər”. Xocalılı Əli Ağami oğlu Nəcəfovun ifadəsindən: “Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər”.

 

Ədalətin zəfəri...

 

Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, işğalçı Ermənistan bunları yerinə yetirmədi. Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu 1990-cı illərdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi və otuz ilə yaxın işğalda saxladıqları ərazilərimizi azad etdi.

Böyük zəfərimizin sevinci və qüruru misilsizdir. Amma bu da həqiqətdir ki, dərin yaralar heç zaman tamamilə sağalmır. İzləri qalır, ağrıları unudulmur. Təcavüzkar ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımların da mənəvi yaraları sağalmayacaq, ağrıları yaddaşlardan silinməyəcək. İşğalçı ermənilər xalqımıza qarşı həyata keçirdikləri soyqırımlara, terror əməllərinə, hərbi cinayətlərə görə beynəlxalq səviyyədə cavab verməlidirlər.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah ölkə ərazisində havanın temperaturu 36 dərəcəyə yüksələcək

12:51
17 İyun

Malayziya Mərkəzi Bankı: İslam maliyyəsinin uzunmüddətli iqtisadi inkişafın təmin olunmasına xidmət etməsini hədəfləyirik  

12:38
17 İyun

BƏƏ səhralaşmaya qarşı mübarizəni gücləndirir

12:16
17 İyun

Xəzər dənizində zəlzələ qeydə alınıb

12:09
17 İyun

“Politico”: ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq edə bilər

12:03
17 İyun

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib  

11:58
17 İyun

İran xam neft ixracına başlayıb

11:49
17 İyun

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

11:43
17 İyun

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb  

11:40
17 İyun

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

11:37
17 İyun

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

11:36
17 İyun

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

11:35
17 İyun

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

11:21
17 İyun

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır  

11:16
17 İyun

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

11:07
17 İyun

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

11:07
17 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:01
17 İyun

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

10:57
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq  

10:48
17 İyun

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

10:41
17 İyun

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!