16 Sentyabr 2023 00:49
2103
ELANLAR
A- A+

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi açıq tender elan edir

 

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Sumqayıt DOST Mərkəzinin tikintisinin aparılması və müxtəlif təchizat avadanlıqlarının satın alınması.

Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Açıq tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini təqdim edə bilərlər. Əlaqələndirici şəxs - Sudabə Qocayeva  (tel: 012 525-50-26 #9231)

İştirak haqqı: Lot üzrə 2500 (iki min beş yüz ) manat

Satınalan təşkilat: Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi

VÖEN: 1305817761

Bank: Azərbaycan Beynəlxalq Bankı ASC Yasamal filialı

Kod: 805562

Müxbir hesabı: AZ03NABZ01350100000000002944

VÖEN: 9900001881

SWIFT: IBAZAZ2X

H/hesabı: AZ59IBAZ38090019446221732216      

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Tenderdə iştirak etmək üçün yazılı müraciət.

2. İştirak haqqının ödənilməsi ilə

bağlı bank sənədi.

3. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Notarial qaydada təsdiq edilmiş surəti təqdim edilməlidir).

4. Tender təklifi (təkliflərin açıld

ığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).

5. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).

6. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Arayış satınalma elanının yerləşdirildiyi tarixdən sonra verilmiş olmalıdır. Həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır).

7. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2022-ci il üzrə mənfəət (gəlir) vergisinin bəyannaməsi (Dövlət Vergi Xidməti tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır).

8. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Arayış satınalma elanının yerləşdirildiyi tarixdən sonra verilmiş olmalıdır. Həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır).

9. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat (Arayış Dövlət Statistika Komitəsindən alınmalıdır və son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir. Həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır).

10. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (Rəhbər şəxsin təyin olunması barədə əmr və ya qərarın surəti PDF formatında yerləşdirilməlidir).

11. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması,  müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (Yüklülük arayışı satınalma elanının yerləşdirildiyi tarixdən sonra verilmiş olmalıdır. Həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır).

12. İddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Arayış Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən alınmalı və satınalma elanının yerləşdirildiyi tarixdən sonra verilmiş olmalıdır).

13.  Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması:

- iddiaçı tərəfindən müvafiq sahədə peşəkarlığın və təcrübənin mövcudluğu barədə təsdiqedici sənədlər, büdcə və ya fərdi sahibkarlarla müqavilələrin surətləri (ödəniş və təhvil-təslim sənədləri ilə birlikdə) təqdim edilməlidir;

- iddiaçı ixtisaslı kadr imkanlarının mövcudluğu barədə təsdiqedici sənədləri təqdim etməlidir. O cümlədən iddiaçı ilə qüvvədə olan əmək müqaviləsinə malik azı 1 nəfər sahə rəisi, inşaat mühəndisi, iş icraçısı, usta briqadir və topoqraf olmalıdır (ali təhsil barədə diplom, əmək kitabçası, əmək müqaviləsi bildirişi altsistemindən çıxarış, əməkdaşların müvafiq sahə üzrə azı 10 il ümumi və azı 5 il  xüsusi iş təcrübəsi barədə müvafiq təsdiqedici sənədlər təqdim edilməlidir);

- iddiaçının hesabında sərbəst vəsait və ya kredit imkanı ən azı 3000000,00 manat olmalıdır (Kredit xəttinin açılması barədə bank tərəfindən verilmiş arayışda bu satınalma predmeti üzrə layihənin yerinə yetirilməsi məqsədilə 3000000,00 manat vəsaitin konkret ayrılmasının mümkünlüyü barədə arayış verilməlidir);

- iddiaçının son 3 (üç) il (2020-2022) ərzində tikinti quraşdırma və əsaslı təmir işləri üzrə maliyyə dövriyyəsi azı 15 000 000,00 (on beş milyon) manat olmalıdır;

- iddiaçı son 3 (üç) il ərzində sahəsi minimim 5000 m2 olan 1 tikinti obyektinin tikintisini və əsaslı təmir işlərini həyata keçirməlidir. Həyata keçirilmiş əsaslı təmir işləri müasir üslubda müxtəlif dizayn elemetlərini (laminat, mərmər üzləmə və sair) özündə əks etdirməlidir (Müvafiq müqavilə, layihə və işin yekun nəticələrini əks etdirən fotogörüntülər, həmçinin rəylər təqdim edilməlidir);

- iddiaçı maddi texniki bazası, o cümlədən icarəyə götürdüyü avadanlıqlar (Ekskavator, traktor, yük maşınları, kranlar və s.) barədə geniş məlumat (Müvafiq təsdiqedici sənədlər ilə birlikdə) təqdim etməlidir.

14. Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalıdır (texniki tapşırıqda tələb olunan bütün sahələr üzrə).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan sənədlər Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları satınalan təşkilata ünvanlaya bilərlər. Satınalma proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 18.10.2023-cü il saat 11:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 26.10.2023-cü il saat 11:00-a qədər təqdim etməlidirlər. İddiaçıların təklifləri 27.10.2023-cü il saat 11:00-da Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 86) açılacaqdır.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video