25 Yanvar 2023 16:12
664
CƏMİYYƏT
A- A+
Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimatı olub

Dayanıqlı və davamlı icma quruculuğu konsepsiya sənədinin təqdimatı olub

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Qarabağ və Şərqi Zəngəzurda müasir dayanıqlı cəmiyyət konsepsiyasının təşviqi” layihəsi çərçivəsində aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Milli Məclisin deputatları və ekspertlərin iştirakı ilə dayanıqlı icmanın təşviqinə dair konsepsiya sənədinin təqdimat mərasimi olub və dəyirmi masa müzakirələri aparılıb.

Komitədən AZƏRTAC-a verilən məlumata görə, tədbirin açılışında çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Əfqan Əliyev layihə çərçivəsində paytaxt və regionlarda məcburi köçkün icmalarının təlimləndirilməsi, ekspertlər tərəfindən fokus qrupları ilə aparılan sorğu və müsahibələrin nəticələri, eləcə də müxtəlif mənbələrdən əldə olunan məlumatlar əsasında dayanıqlı və davamlı icmanın təşviqinə dair konsepsiya sənədinin hazırlandığını, sənədin Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına töhfə verəcəyini bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxışında bildirib ki, məcburi köçkünlərin problemlərinin uzunmüddətli və dayanıqlı həlli onların doğma torpaqlarına beynəlxalq hüququn prinsiplərinə əsasən könüllü, təhlükəsiz və ləyaqətli qayıdışı ilə bağlı idi. Vətən müharibəsi nəticəsində qazanılmış tarixi Zəfərdən sonra soydaşlarımızın Böyük Qayıdışına imkan yarandı. Məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsində davamlı icmaların qurulması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan belə bir konseptual sənədin hazırlanması zəruridir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Quido Ambresso çıxışında bu sənədin daxili köçürmə üzrə rəhbər prinsiplərə əməl edilməklə Qarabağda dayanıqlı və davamlı icmanın qurulmasının ən yaxşı həll yollarının tapılmasında faydalı olacağına ümid etdiyini və Ali Komissarlığın bu sahədə fəaliyyət göstərən qurumların potensialının gücləndirilməsini dəstəkləməyə hər zaman hazır olduğunu qeyd edib.

Daha sonra ekspertlər Anar Vəliyev və Lalə Cumayeva tərəfindən hazırlanan “Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı icma quruculuğu konsepsiya sənədi”nin təqdimatı keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin davamında Səhiyyə, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirlikləri, Ombudsman Aparatı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qarabağ Dirçəliş Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, BMT-nin Əhali Fondu, Uşaq Fondu, Qadınlar üzrə Agentliyi, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı, Aqrar Kredit və İnkişaf Agentliyinin mütəxəssislərinin iştirakı ilə dayanıqlı icmanın təşviqinə dair konsepsiya sənədinin müzakirəsi aparılıb. Səsləndirilən təkliflər əsasında konsepsiya sənədinin təkmilləşdirilərək aidiyyəti üzrə təqdim olunması qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın Şərqdəki vəziyyətlə bağlı BƏƏ-dən azərbaycanlıların təxliyəsi davam edir

11:31
10 Mart

Yanvarda paytaxt əhalisi ödənişli xidmətlər üçün 740 milyon manat xərcləyib  

11:30
10 Mart

İran: Hücumlar başa çatanadək neft blokadası davam edəcək

11:29
10 Mart

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:28
10 Mart

Dünya birjalarında neft ucuzlaşıb

11:14
10 Mart

Ötən ay Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi 4 faizdən çox artıb

11:13
10 Mart

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb  

11:08
10 Mart

Ötən gün 49 cinayətin açılması təmin edilib

11:07
10 Mart

Daha 200 Azərbaycan vətəndaşı Yaxın Şərqdən təxliyə edilir

10:45
10 Mart

İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək

10:44
10 Mart

Media: Şimali Kiprdə F-16-ların dislokasiyası Afina və Parisə cavabdır

10:24
10 Mart

Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə ombudsmanın ictimai sorğusu 

10:23
10 Mart

Qlobal silah ixracı artıb

10:10
10 Mart

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana humanitar yardım yola salınıb

10:03
10 Mart

Küləklə gələn yazın müjdəsi - Yel çərşənbəsi 

10:01
10 Mart

Azərbaycan neftinin qiyməti 103 dolları ötüb

09:58
10 Mart

Abbas Əraqçi: İran ABŞ ilə danışıqları davam etdirməyi düşünmür

09:41
10 Mart

CNN: Neft qiymətlərinin artması ABŞ administrasiyasında narahatlıq yaradıb

09:33
10 Mart

ABŞ Prezidenti: Biz İrandakı bütün qüvvələri tamamilə məhv etdik

09:24
10 Mart

NYT: İran ABŞ-nin gözlədiyindən daha çox hərbi əməliyyata hazırdır

09:22
10 Mart

Tramp: Putinlə çox yaxşı söhbətimiz oldu

09:21
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!