16 Avqust 2024 08:12
1155
SİYASƏT
A- A+
Davamlı zəfərlər ölkəmizin nüfuzunu yüksəldir 

Davamlı zəfərlər ölkəmizin nüfuzunu yüksəldir 

 

Prezidentin idmançılara tövsiyə və tapşırıqları onların məsuliyyətini daha da artırır

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün həm də dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idmana göstərilən qayğı qazanılan uğurlarda özünü büruzə verir. 
Bununla yanaşı, Azərbaycan beynəlxalq idman yarışlarının keçirildiyi məkan kimi də yüksək nüfuza malikdir. 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu təsdiqləyir. Bu idman yarışlarında qazanılan nailiyyətlər göstərdi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. 
Əlbəttə, yüksək nailiyyətlər qazanılan yarışlar içərisində ən nüfuzlusu isə dünyanın məşhur və 4 ildən bir keçirilən kütləvi idman müsabiqəsi - Yay Olimpiya Oyunlarıdır. Dünyada müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya Oyunları ən mötəbər beynəlxalq tədbir kimi maraqla izlənilir. Azərbaycanda Olimpiya hərəkatının inkişafı birbaşa Prezident İlham Əliyevlə bağlıdır. Çünki məhz İlham Əliyevin Azərbaycanda Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsindən sonra idman sahəsinə diqqət və qayğı artaraq ən yüksək səviyyəyə çatdı. Azərbaycan idmançılarının dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında əldə etdikləri zəfərlər də bunu təsdiqləyən reallıqdır. 
Avqustun 14-də dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərkən ölkəmizdə  idmanın inkişafı istiqamətində atılan addımlara və uğurlu nəticələrə bir daha toxunaraq bildirdi ki, Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son oyunlarda da Azərbaycanın güclü idman dövləti olduğunu bir daha göstərdi. 
Prezident xatırlatma edərək diqqətə çatdırdı ki, Azərbaycanın "Paris-2024"də dünyanın ən güclü 30 ölkəsi arasında yer alması, müsəlman ölkələri arasında  üçüncü yerdə qərarlaşması böyük nailiyyətdir. İslam Əməkdaşlıq Təşkilatının 57 üzvünün olduğunu nəzərə alsaq,  bu, çox yaxşı və tarixi nəticədir. 
İlham Əliyev bu qələbəni belə dəyərləndirdi: "Bütövlükdə komandamızın çıxışına qiymət verərək mən hesab edirəm ki, bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır".
Xatırladaq ki, idmançılarımız Olimpiya Oyunlarında beş idman növündə - cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə yarışlarda medal qazanıblar. Prezident xüsusilə bu məsələyə toxunaraq dedi ki, bu göstərici Azərbaycanda idmanın bir çox növlərinin inkişaf etdiyini bir daha təsdiqləyir.  
Dövlət başçısı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançılarımızın zəhməti, istedadı, peşəkarlığı sayəsində qazandıqları qələbənin bütün xalqımıza sevinc bəxş etdiyini deyərək bildirdi ki, xüsusilə Olimpiya Oyunlarında qazanılan qələbə idmanda da, məişətdə də, həyatda da idmançının üzərinə böyük məsuliyyət qoyur. İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan Prezident dedi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi. 
Təbii ki, qazanılan uğurlar hər bir idmançıya növbəti beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmaq üçün həm motivasiya verir, həm də onların üzərinə böyük məsuliyyət qoyur. Ona görə də idmançılarımız Prezidentin etimadını davamlı şəkildə doğrultmaq üçün daha çox çalışmalıdırlar. Dövlət başçısı da idmançılarımıza bunu tövsiyə edərək dedi ki,  bu nailiyyətlər eyni zamanda medal qazanmış idmançıların məsuliyyətini artırır: "Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir".
Dövlət başçısı idmançılara tövsiyə və tapşırıqlarını da verərək bildirdi ki, indi müəyyən istirahətdən sonra yeni hazırlıq prosesinə start veriləcək, həm Avropa, həm dünya çempionatlarına hazırlıq işləri gedəcək. Əlbəttə, növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq. 
Azərbaycanda uşaq və yeniyetmələrin, gənc nəslin idmana marağı hər zaman yüksək olub. İdmançılarımızın beynəlxalq yarışlarda, xüsusən də Olimpiya Oyunlarında medal qazanmaları yeniyetmələrə, gənclərə stimul verib. Prezident də dedi ki, hazırda ölkəmizdə bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə də təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşılmalı və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Bunun üçün isə ölkəmizin hər bir yerində əlverişli şərait var. İdmana rəhbərlik edən qurumlar arasında koordinasiya işləri düzgün qurulub, federasiyalar, klublar uğurla fəaliyyət göstərir. 
Əminliklə deyə bilərik ki, Prezidentin tövsiyə və tapşırıqları idmançılarımıza növbəti yarışlara daha yüksək səviyyədə hazırlaşmaları üçün müsbət impuls verəcək və məsuliyyət hisslərini daha da artıracaq.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

16:43
21 Dekabr

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

16:38
21 Dekabr

Maqdeburqda qanlı hadisə nəticəsində ölənlərin sayı 4-ə, xəsarət alanların sayı 205-ə çatıb

16:37
21 Dekabr

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!