13 Dekabr 2023 10:10
942
CƏMİYYƏT
A- A+
Davamlı inkişaf strategiyasının yeni hədəfləri

Davamlı inkişaf strategiyasının yeni hədəfləri

 

Mingəçevir Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər" mövzusunda keçirilən II Beynəlxalq elmi konfrans uğurla başa çatıb.
Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan beynəlxalq konfrans MDU, Türkiyənin Qazi Universiteti, Ankara Hacı Bayram Veli Universiteti, Kayseri Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Kiyev Milli Texnologiya və Dizayn Universiteti və Qırğız İqtisad Universitetinin birgə təşkilatçılığı ilə keçirilib. Beynəlxalq konfransa dünyanın 9 ölkəsinin ali təhsil müəssisələri, elmi tədqiqat institutları və müvafiq qurumlardan akademik heyət üzvləri, alimlər və ekspertlər qatılıblar.
Konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov tədbirin  davamlı iqtisadi inkişafın qlobal trendləri, ekoloji dayanıqlılığın təmini, sosial-iqtisadi hədəflərin dayanıqlı inkişaf məqsədləri ilə uyğunluğu, Dördüncü Sənaye İnqilabından irəli gələn reallıqlar, regionların tarazlı inkişafı, davamlı enerji təminatı, postkonflikt dövründə müasir tendensiyalar, keyfiyyətli təhsil sahəsində milli və beynəlxalq təcrübələr, yüksək rifah cəmiyyəti və digər mövzularda həyata keçirilən tədqiqatların əsas nəticələrinin təqdim olunması və elmi diskussiyaların aparılması məqsədi daşıdığını diqqətə çatdırıb. Vurğulayıb ki, BMT tərəfindən qəbul edilmiş "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik", eləcə də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər", "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası", digər milli və beynəlxalq strateji sənədlərdən irəli gələn vəzifələrin icrasına töhfə verilməsi məqsədilə beynəlxalq konfransın dövri olaraq keçirilməsi nəzərdə tutulub.
MDU-nun evsahibliyi ilə ikinci dəfə keçirilən konfransa həm yerli, həm də xarici ictimaiyyət tərəfindən marağın daha da artdığını qeyd edən rektor ölkəmizdən və xaricdən ümumilikdə 562 tezis və məqalə daxil olduğunu bildirib.
Konfransın mövzusunun aktuallığından və əhəmiyyətindən bəhs edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov davamlı inkişafın təmin edilməsinin Azərbaycanın  dövlət siyasətinin prioritetlərindən olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə ali təhsil müəssisələrinin üzərinə düşən öhdəliklərdən bəhs edən nazir müavini konfransda təqdim ediləcək məruzələrin və aparılacaq müzakirələrin faydalı olacağına əminliyini bildirib, konfrans iştirakçılarına uğurlar arzulayıb.
Mingəçevirdə aktual qlobal mövzuda keçirilən beynəlxalq elmi konfransda iştirak etməkdən məmnunluğunu bildirən şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən siyasi kursun Azərbaycanı dünyanın qüdrətli dövlətlərindən birinə çevirdiyini vurğulayıb. Tarixi Zəfərdən sonra Azərbaycanın davamlı inkişaf strategiyasında yeni mərhələnin başlandığını qeyd edən icra başçısı bununla bağlı qlobal trendləri, milli təcrübələri və yeni hədəfləri özündə ehtiva edən beynəlxalq konfransın maraqlı və məhsuldar olacağına inandığını söyləyib.  
Daha sonra plenar iclas keçirilib. Bundan sonra isə konfrans 10 üzbəüz və 18 onlayn bölmə iclasları ilə işini davam etdirib. Beynəlxalq elmi konfrans çərçivəsində MDU və Türkiyənin Kayseri Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb. Protokol qarşılıqlı maraq doğuran sahələrdə universitetlərin ortaq fəaliyyətlərini ehtiva edir. 
Beynəlxalq elmi konfransın xarici qonaqları Heydər Əliyev Mərkəzini, "Azərbaycan İES" MMC-ni və Mingəçevir Sənaye Parkını ziyarət ediblər.
Həmçinin beynəlxalq elmi konfransın qonaqları MDU-nun tələbə və magistrantları üçün ustad dərsləri keçiblər. Daha sonra qonaqların MDU-nun akademik və inzibati heyət üzvləri ilə görüşləri təşkil edilib. Görüşlərdə bir sıra konkret istiqamətlər üzrə əməkdaşlığın reallaşdırılmasına dair ilkin razılıqlar əldə edilib.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Ordusunun Baş qərargah rəisi Belarusda səfərdədir

18:45
16 İyul

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BVF-nin nümayəndə heyəti ilə görüş

18:38
16 İyul

“John Deere” Azərbaycan bazarında fəaliyyətini genişləndirmək niyyətindədir

18:31
16 İyul

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıya qastrol səfəri edib

18:28
16 İyul

Bakıda qeydə alınan cinayətlərin 93 faizindən çoxu açılıb – Rəsmi statistika

18:08
16 İyul

Qızılın qiyməti 4000 dollardan aşağı enib

17:48
16 İyul

Milli Məclisin sədri Fələstin Dövlətinin Baş naziri ilə görüşüb

17:39
16 İyul

Haqlı mövqeyinə arxalanan dövlət açıq dialoqdan çəkinmir

16:17
16 İyul

Azərbaycan və Türkiyə aqrar sahədə yeni əməkdaşlığa başlayır

16:03
16 İyul

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası olub

15:41
16 İyul

“Eternity-2026” təliminin əsas planlaşdırma konfransı keçirilib

15:24
16 İyul

Beynəlxalq Valyuta Fondu ilə maliyyə sabitliyi siyasətinin əsas prioritetlərinə dair fikir mübadiləsi olub

15:05
16 İyul

Qusarın Sudur və Quxur kəndlərinin yolu əsaslı təmir olunub  

14:46
16 İyul

Türkiyə Müdafiə Nazirliyi Avropa Parlamentini qınayıb: Ankara Kiprdə sülhün və təhlükəsizliyin qarantıdır

14:37
16 İyul

“TV Berlin” kanalı: Azərbaycan Almaniya və Avropa üçün strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir

13:28
16 İyul

Sabah ölkə ərazisində hava necə olacaq?

13:11
16 İyul

Baş nazir Əli Əsədov Fələstinin Baş naziri ilə görüşüb

12:37
16 İyul

Azərbaycan və Serbiya Yüksək Səviyyəli Birgə İşçi Qrupunun iclası keçirilib

12:21
16 İyul

Azərbaycan və Misir arasında gənclər və idman sahələrində əməkdaşlıq artan dinamika ilə inkişaf edir

12:19
16 İyul

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

12:09
16 İyul

Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

12:00
16 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!