Otuz ilə yaxın erməni vandallığına məruz qalaraq xarabalığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur yeni dövrünə qədəm qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində azadlığına qovuşmuş digər ərazilər kimi, Ağdam rayonuna da həyat yenidən qayıdır, uzun illər yurd həsrəti çəkən ağdamlılar tədricən torpaqlarına qovuşurlar.
Ağdam rayonunun bərpa edilmiş birinci kəndi - Sarıcalıda tikintinin ilk mərhələsi artıq yekunlaşıb. Dünən daha 28 ailənin, 110 nəfərin kənddə daimi məskunlaşması təmin edilib. Bununla Sarıcalı sakinlərinin sayı 146 nəfərə çatıb. Kəndə birinci mərhələ üzrə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır.
Təməli 2022-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulan Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhalinin yaşayışı üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Artıq 203 fərdi ev inşa olunub. Evlərin 63-ü iki, 91-i üç, 45-i dörd, 4-ü isə beşotaqlıdır. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.
Sarıcalıda yaşayış evləri ilə yanaşı, bütün sosial infrastruktur da qurulub, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, o cümlədən klub-icma mərkəzi, çoxfunksiyalı inzibati bina, bazar kompleksi, ticarət və məişət xidməti obyektləri, tam orta məktəb, körpələr evi-uşaq bağçası tikilib. Kənddə inşa edilmiş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik enerjisinə ehtiyacları təmin ediləcək. Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.
Kənddə inşa edilmiş çoxfunksiyalı inzibati binada bir sıra qurumlar fəaliyyət göstərəcək. Bu isə öz növbəsində əhaliyə göstəriləcək xidmətlərin vahid məkandan təqdim olunmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə imkan yaradacaq.
Sarıcalıda uşaqların təlim-tərbiyəsinin ən yüksək səviyyədə təşkili, onların vətənpərvər, savadlı şəxsiyyət kimi yetişməsi istiqamətində də mühüm addımlar atılıb. Bunun bariz nümunəsi isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə martın 27-də açılışı olan Ağdam rayon Sarıcalı kənd körpələr evi-uşaq bağçasıdır. Müasir standartlara uyğun inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi və onların sağlam mühitdə yetişmələri üçün hər cür şərait yaradılıb. Burada balacaların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafının təmin edilməsi, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması kimi meyarlara xüsusi diqqət yetiriləcək.
Bu ilin sonuna qədər Ağdamın Kəngərli və Xıdırlı kəndlərinə də qayıdış nəzərdə tutulub. Hazırda inşaat işlərinin getdiyi bu kəndlər sürətlə yenidən qurulur.
Qürurla deyə bilərik ki, Zəfərdən qısa müddət keçməsinə baxmayaraq, dədə-baba torpaqlarına qovuşan insanların sayı artıq 12144 nəfərə (3042 ailə) çatıb, 5 şəhər və 8 kənd olmaqla 13 yaşayış məntəqəsində həyat axarına qayıdıb. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 371 ailə (1396 nəfər) Şuşa şəhərində, 52 ailə (204 nəfər) Xocalı şəhərində, 512 ailə (2293 nəfər) Cəbrayıl şəhərində, Xocalı rayonunun Ballıca kəndində 136 ailə (660 nəfər), Ağdərə rayonunun Həsənriz kəndində 50 ailə (166 nəfər), Ağdərə rayonunun Suqovuşan kəndində 20 ailə (54 nəfər), Ağdam rayonunun Sarıcalı kəndində 37 ailə (146 nəfər) məskunlaşıb.
Böyük qayıdışın birinci mərhələsi bitənədək Qarabağ və Şərqi Zəngəzurda 34 min 500 ailənin məskunlaşması nəzərdə tutulub. Qüdrətli dövlətimiz tərəfindən həyata keçirilən məqsədyönlü və genişmiqyaslı quruculuq işlərinə nəzər yetirib əminliklə deyə bilərik ki, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı ilə bağlı qarşıya qoyulan hədəflər uğurla gerçəkləşdiriləcək.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
Almaniyada quraşdırılan günəş enerjisi batareyalarının sayı beş milyonu ötüb
Gürcü ekspert: “Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanmış memorandumun böyük və xüsusi əhəmiyyəti var
Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri genişləndirilir
Somali ordusu terrorçu qruplaşmanın 20-dən çox üzvünü zərərsizləşdirib
Beynəlxalq Hakimlər Assosiasiyasının Bakıda keçiriləcək 67-ci Baş Assambleyasının rəsmi internet səhifəsi istifadəyə verilib
İrakli Kobaxidze: Təəssüf ki, ayrı-ayrı səfirliklərin və təşkilatların fəaliyyəti dəyərlərə əsaslanmır
Azərbaycanın və Bəhreynin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq qurulub
Keçmiş məcburi köçkün: Suqovuşanda gözəl mənzillə təmin edilmişəm
Milli Məclisin sədri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin sədri ilə görüşüb
Senat sədri: Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir
Müdafiə naziri: Azərbaycan Ordusu Ali Baş Komandanın etimadını hər zaman doğruldub, bundan sonra da doğruldacaq
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Ağdərə sakini: Bundan sonra doğma torpaqlarımızda xoş günlərimiz başlayacaq
Muxtar Babayev: COP29 konfransı çərçivəsində bir çox tarixi addımlar atdıq
AMADA "Ədalətli idman həftəsi" ilə əlaqədar məlumatlandırma işinə başlayır
İlin əvvəlindən 11,6 min şəxsə əlillik təyin olunub
Milli Məclisin sədri Asiya Parlament Assambleyasının Koordinasiya iclasında çıxış edib
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 142-ci kitabı çapdan çıxıb
Suqovuşanda daha 53 ailəyə mənzillərinin açarları təqdim olunub
“Motorola”nın yeni smartfonu təqdim ediləcək
Qalaktikamızda maraqlı ulduz sistemi aşkarlanıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!