18 Yanvar 2019 00:18
8923
Mədəniyyət
A- A+
Dağlar...

Dağlar...


Azərbaycan bir hissəsi meşə örtüyü və yaşıllıqlarla zəngin dağlıq ərazilərdir. Ölkəmizdə ən yüksək dağ Böyük Qafqaz silsiləsindəki 4466 metr hündürlüyünə malik Bazardüzü zirvəsidir.

Kiçik Qafqaz dağ silsiləsində 3724 metrlə Gamışdağ, Naxçıvan Muxtar Respublikası ərazisində Dərələyəz və Zəngəzur dağlarında 3904 metrlə Qapıcıq, Talış silsiləsində isə 2493 metrlə Gömürgöy ən hündür zirvə hesab olunur. Dağların zirvəsi nə qədər hündür olursa, buzlaqlarda su ehtiyatı da bol olur. Asiyanın 64, Şimali Amerikanın 56, Cənubi Amerikanın 22, Avropanın 25, Avstraliyanın 17, Afrikanın 3 faizi dağlardan ibarətdir. Dünyanın ən yüksək dağı Himalaydır ki, onun da ən yüksək zirvəsi 8848 metr olan Everestdir. Dağlar adətən, zəncir şəklində uzanır ki, onlara da sıra dağları deyilir. Dünyanın ən uzun dağ silsiləsi Cənubi Amerikanın qərbindəki And dağlarıdır. Onun uzunluğu 9 min kilometrdir. Ümumilikdə dünyanın quru hissəsinin 24 faizi tamamilə dağlıqdır və insanların 10 faizi həmin ərazilərdə yaşayırlar.

Dünyada olan 11 iqlimin 9-u Azərbaycandadır, buna da səbəb elə dağlarımızdır. Həm təbiətdə, həm də insan həyatında çox ciddi rol oynayan bu dağlar həyatımızdır desək, yanılmarıq. Böyük Qafqaz sıra dağları, eləcə də Kiçik Qafqaz sıra dağları meşələri, təmiz və quru havası, bənzərsiz bulaqları ilə məşhurdur. Bu dağlarda adı və dadı dillər əzbəri olan bulaqlar insan sağlamlığı üçün müalicə baxımından çox əhəmiyyətlidir. Dağların özünəməxsus təbiəti, mülayim iqlimi və mineral bulaqları ona xüsusi yaşam tərzi bəxş edir. Azərbaycanın 11 faiz ərazisini meşə təşkil edir ki, onun da 90 faizi dağlardır. 264 min hektar meşə sahəmiz isə düşmən tapdağı altındadır.

Dağların Azərbaycan təbiətinin formalaşmasında, flora və faunasının, habelə heyvanat aləmi ilə zənginləşməsində rolu əvəzsizdir. Əgər Böyük Qafqaz sıra dağları olmasaydı, Azərbaycanda təbiət bu qədər zəngin olmazdı. Dünyada baş verən qlobal istiləşmənin və digər amillərin yaratdığı problemlərin həlli bilavasitə həm də dağların varlığı ilə tənzimlənir. Əgər düzənlikdə yaşayırıqsa, bu o demək deyil ki, dağların bizə aidiyyəti yoxdur. Diqqət etdikdə, görürük ki, Kür-Araz ovalığının indiki təbiəti onu əhatə edən Böyük Qafqaz, Kiçik Qafqaz, habelə Talış dağları ilə sıx bağlıdır. Bu ovalığa gələn çayların çoxu öz mənbəyini dağlardan götürür.

Dağlar yağmurlu havalarda, ilin soyuq aylarında suları yığır, sanki süzgəcindən keçirib ilin isti dövründə çaylar şəklində bizə verir və bunun nəticəsində düzənliklərdə, ovalıqlarda həyat yaranır. Qanıx-Əyriçaydan yeraltı sular Oğuz-Qəbələ-Bakı su kəməri ilə Bakıya gətirilir. Əslində, bu yeraltı suyu formalaşdıran da Böyük Qafqazın buzlaqlarıdır. Böyük Qafqazın şimal-şərq yamacından Bakıya çəkilən bu kəmər Samur-Dəvəçi ovalığında olan yeraltı su ehtiyatı ilə bağlıdır. Həmin su ehtiyatı Baş Qafqaz silsiləsində illərlə konservasiya olunmuş buzlaqlardan, yeraltı sular kimi su ehtiyatlarından qaynaqlanır.

Rəhman SALMANLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!