09 Dekabr 2021 12:31
1239
Səhiyyə
A- A+
 COVID-19-un qeyri-populyar əlamətləri

 COVID-19-un qeyri-populyar əlamətləri

 

Yeni növ koronavirus (COVID-19) infeksiyası zamanı orqanizmdə bir sıra kliniki əlamətlər yaranır, lakin həmin əlamətlərlə yanaşı, bir sıra başqa əlamətlər də yarana bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən həkim-infeksionist Əsmər İsmixanova deyib: “COVID-19-a yoluxmuş xəstədə temperaturun yüksəlməsi, dadbilmə və qoxubilmənin itməsi kimi kliniki əlamətlər baş verir. Lakin bununla yanaşı, COVID-19-un qeyri-populyar əlamətləri də var və çox vaxt xəstələr ondan xəbərsiz olurlar. Məsələn, səpgilərin olması, oynaqlarda və kürəkdə ağrı, hətta bəzi xəstələrdə müvəqqəti olaraq göz fəsadları yarana bilər. Bundan başqa bəzi hallarda qanda şəkərin miqdarının yüksəlməsi də müşahidə olunur”.

O, ev heyvanları vasitəsilə infeksiyaya yoluxmağın mümkünlüyü barədə sualın cavabında deyib: “Azərbaycanda ev heyvanlarının yeni növ koronavirus (COVID-19) virusuna yoluxması və onun insanlara yayılması barədə indiyədək heç bir fakt qeydə alınmayıb. Lakin COVID-19 virusu səthlərdə bir neçə saat ərzində qala bilir. Bu, həm də heyvanlara aiddir, yəni onların dərisində, tük örtüyündə virusun qalması mümkündür. Ona görə də ev heyvanları ilə yaxın təmasdan çəkinmək lazımdır. Lakin onu evdə bəsləyənlər, tüklərini oxşayanlar da var, xüsusilə uşaqlar heyvanlarla əylənir, vaxt keçirirlər. Belə təmasdan sonra əlləri 40-60 saniyə ərzində sabunla təmiz yumaq lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan növbəti Beynəlxalq İpək Yolu Astronomiya Konfransına ev sahibliyi edəcək  

20:34
01 İyun

ABŞ-də zavodda partlayış nəticəsində 11 nəfər həlak olub

20:23
01 İyun

“Apple”ın növbəti hədəfi  

20:06
01 İyun

Humanoid robotların inkişafı üçün yeni platforma təqdim edilib  

19:59
01 İyun

Starlink Mini artıq əlavə batareyaya ehtiyac duymaya bilər  

19:47
01 İyun

Yaşıl enerjinin “Çin” asılılığı və dünyada metal böhranı  

19:33
01 İyun

Myanmarda dəhşətli partlayış baş verib  

19:29
01 İyun

Ruhi sağlamlıq problemləri əlilliyin əsas səbəbidir

19:18
01 İyun

Alimlər beynin səhvlərdən necə öyrəndiyini aşkar ediblər

19:01
01 İyun

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

18:41
01 İyun

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

18:29
01 İyun

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır  

18:18
01 İyun

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

18:13
01 İyun

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır  

17:51
01 İyun

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

17:50
01 İyun

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

17:48
01 İyun

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil  

17:48
01 İyun

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir  

17:47
01 İyun

Məhkum valideynlər övladları ilə görüşdülər

17:46
01 İyun

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

17:37
01 İyun

Kambocanın Kralı Norodom Sihamonidən

17:36
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!