01 İyun 2026 18:41
97
CƏMİYYƏT
A- A+
Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb


Son illər qanunsuz onlayn kazino və qumar oyunlarının qlobal internet məkanında geniş miqyasda yayılması halları müşahidə olunur. Sosial şəbəkələrdə “asan qazanc”, “bonus”, “pulsuz balans” kimi vədlərlə təqdim olunan bu platformalar minlərlə insanı qanunsuz əməllərə sövq edir. Xüsusilə sosial media vasitəsilə yayılan reklamlar təhlükənin miqyasını daha da artırır. Nəticə isə əksər hallarda maddi ziyan, psixoloji asılılıq və törədilən bu qanunsuz əmələ görə azadlığın məhdudlaşdırılması ilə yekunlaşır.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, bir çox ölkələrdə hüquq-mühafizə orqanları artıq qanunsuz onlayn kazino şəbəkələrinə qarşı mübarizəni gücləndirib. Bu məqsədlə kibermonitorinq sistemləri təkmilləşdirilib, maliyyə əməliyyatlarına nəzarət artırılıb. Azərbaycanda isə qeyri-qanuni onlayn qumar və kazino oyunlarına qarşı mübarizə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılır.

“Kiberpolisin bu məqsədlə keçirdiyi sonuncu tədbirlərlə qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər - Səfər Səfərov, Fazil Məmmədov, Riyad Heydərli və Nadir Soltanov saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər ölkə hüdudlarından kənarda yaradılan onlayn kazino saytlarının Azərbaycan seqmenti üzrə admin panelini idarə ediblər. Bu isə həmin şəxslərə ölkə ərazisində kazino oyunlarını təşkil etməyə imkan yaradıb. Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan 200-dən artıq bank kartları, mobil nömrələr və s. aşkarlanaraq maddi sübut kimi götürülüb. Qeyd olunan şəxslərə Baş İdarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə S.Səfərov və F. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan digər 2 şəxslə bağlı başlanan cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir”, - deyə məlumatda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Starlink Mini artıq əlavə batareyaya ehtiyac duymaya bilər  

19:47
01 İyun

Yaşıl enerjinin “Çin” asılılığı və dünyada metal böhranı  

19:33
01 İyun

Myanmarda dəhşətli partlayış baş verib  

19:29
01 İyun

Ruhi sağlamlıq problemləri əlilliyin əsas səbəbidir

19:18
01 İyun

Alimlər beynin səhvlərdən necə öyrəndiyini aşkar ediblər

19:01
01 İyun

Onlayn qumar və kazino oyunlarına qarşı əməliyyat keçirilib, 4 nəfər saxlanılıb

18:41
01 İyun

SOCAR, “TotalEnergies” və XRG əməkdaşlığı genişlənir

18:29
01 İyun

Pərviz Şahbazov: Artan geosiyasi gərginliklər və yaşıl keçid qlobal enerji mənzərəsini yenidən formalaşdırır  

18:18
01 İyun

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

18:13
01 İyun

Energetika naziri: “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır  

17:51
01 İyun

Milli Məclisin sədri Serbiyaya işgüzar səfərə gedib

17:50
01 İyun

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilir

17:48
01 İyun

Pərviz Şahbazov: Mövcud enerji şəbəkələri bir çox hallarda artan tələbatı tam şəkildə qarşılamağa hazır deyil  

17:48
01 İyun

Pərviz Şahbazov: APRECA təşəbbüsü bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edir  

17:47
01 İyun

Məhkum valideynlər övladları ilə görüşdülər

17:46
01 İyun

Monteneqronun Prezidenti Yakov Milatoviçdən

17:37
01 İyun

Kambocanın Kralı Norodom Sihamonidən

17:36
01 İyun

İsraildə fəaliyyət göstərən “Sholumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tovdan

17:33
01 İyun

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları işğaldan azad olunmuş rayonlarda sakinlərlə görüşüblər  

17:32
01 İyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:31
01 İyun

Səyyar “ASAN xidmət” avtobusunun növbəti ünvanı Daşkəsən olacaq

17:30
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!